FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Multikulturalizm: dünyaya diktə etməli olduğumuz çox məsələlər var
13-01-2016, 11:10 | TƏDQİQATLAR-ANALITIKA
Multikulturalizm: dünyaya diktə etməli olduğumuz çox məsələlər var

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, bu, bizim böyük sərvətimiz kimi dəyərləndirilir. Azərbaycan nümunəsi göstərir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə, qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər. Azərbaycan bundan sonra da çalışacaq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində həll olunsun, regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin. Azərbaycanda ən qədim zamanlardan mədəni müxtəlifliklər dinc və tolerant bir şəkildə yanaşı mövcud olub. Son zamanlar isə Azərbaycanda dövlət tərəfindən multikulturalizmin qorunması və daha da inkişafı üçün böyük işlər görülüb. Bu barədə illərdir ardıcıl olaraq dövlət və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən müxtəlif beynəlxalq tədbirlər və bu tədbirlərdə dünyanın nüfuzlu siyasətçiləri, elmi-tədqiqatçıları, sahə mütəxəssisləri tərəfindən Azərbaycanın dünyada az mövcud olan multikulturalizm adalarından biri olması barədə deyilənlər bariz şəkildə göstərir ki, dünyada  Azərbaycan timsalında multikulturalizm örnəyi yaşayır. 

Bununla yanaşı, ölkəmiz dünyada və qonşu ölkələr arasında multikulturalizm ənənələrinin və mədəniyyətlərarası dialoqun bərqərar olması və möhkəmlənməsi baxımından çox proqressiv siyasət aparır. Bu isə olduqca önəmlidir. Çünki bu gün dünyada multikulturalizmin qorunması, yayılması, sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşması və daha da möhkəmlənməsi, mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişaf etməsi məsələləri olduqca aktuallaşıb. Bəşər övladının indiyə qədər keçib gəldiyi yol sübut edir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlərə sürüklənə bilər. “Sivil insan” faktorunun tarixdə önə çıxmağa başladığı dönəmdən bəri baş verən dünya proses və olayları isə bu məqamın aktuallığını bir daha sübut edir. 

Dünyanın düşünən beyinləri artıq çoxdan dərk etməyə başlayıblar ki, dünyanın, eləcə də hər hansı bir cəmiyyətin daxilindəki müxtəlif etno-mədəni qütblər arasında dialoq və anlaşmanın, dinc birgəyaşayışın alternativi yoxdur. Belə “alternativ” yalnız “sivilizasiyaların toqquşması”na aparıb çıxara bilər ki, bunun da sonu dünyanı xaos və dəhşətlərə, kütləvi fəlakətlərə sürükləyə bilər. Hazırkı dünya proseslərində sivilizasiyalı insanın məhz bu məqamla hesablaşmadığı məqamlarda kütləvi qırğınlar və faciələrin baş verdiyi ilə bağlı çoxlu faktlar ortadadır. Eləcə də dünyadakı bəzi güclərin bu sahədə təxribatları və pozucu fəaliyyətləri nəticəsində ölkələrin və millətlərin qana boyandıqlarının şahidi olmaqdayıq. Bu baxımdan dünyada multikulturalizmin rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin intellektual, mədəni, tolerant müstəvidə həlli olduqca önəmlidir. Öz növbəsində, bu sahədə potensialı və dəyərləri güclü olan ölkələrin multikulturalizm məsələlərində təşəbbüslərinin və rolunun artırılması çox məqsədəuyğundur. Azərbaycan isə dünya siyasiləri və intellektualları tərəfindən bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirilməkdədir. Ölkəmiz bu gün əsas multikulturalizm mərkəzlərindən hesab edilir. 

Son dövrlərdə isə Azərbaycanda bu mövzuya aid məsələlər siyasi, elmi-nəzəri və fəlsəfi aspektdə nəzərdən keçirilməkdədir. Diqqətəlayiq haldır ki, Azərbaycan bu sahədə dünyaya açıq olduğunu bariz şəkildə sərgiləyir və multikulturalizm nümunəsini bütün dünyaya nümayiş etdirir, bu barədə mövzuları isə dünya dövlətlərinin elmi-mədəni elitası ilə birgə ən ali səviyyədə müzakirə etməyə üstünlük verir. Xüsusən də bu kontekstdə multikulturalizm məkanı kimi Azərbaycan modelinin özünəməxsusluğu, üstünlüyü və dünyaya verəcəyi töhfələr ciddi müzakirə mövzusudur. 

Çünki Azərbaycan multikulturalizm məkanı kimi xeyli orijinal çalarlara malikdir Ölkənin bütün ərazisində Şərqlə Qərbin sintezindən yaranmış yeni məzmun və mahiyyətli hadisə ortaya çıxır. Bu, insanlarımızın həyat və məişətindən, dil və dinindən tutmuş, incəsənət növlərimizə də təsir edir, yeni variasiyalar ortaya qoyur. 

Azərbaycanın istər coğrafi mövqedən, istərsə də dövlətimizin yürütdüyü siyasət baxımından Qərb və Şərq sivilizasiyalarının sintezində oynadığı rol xüsusilə böyükdür. Həmçinin Cənubla Şimal arasında münasibətlərin inkişaf etdirilməsi baxımından rolumuz böyükdür. Həm də Azərbaycanın öz mədəniyyətinin belə bir sintetik xarakter daşıması, yəni həm ənənəvi olaraq Şərq ölkəsi olması, həm də müasir Avropa mədəniyyətini mənimsəməsi bir növ dünya ölkələri üçün göz qabağında olan, başqalarının da gələcəkdə keçməli olduğu bir yoldur. Bu yolu ilk dəfə keçən bizik. Bu sahəyə aid forumlar da çox vaxt bizdə keçirilir. Digər tərəfdən Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət də buna ciddi zəmin yaradır. 

Məlum olduğu kimi, biz həm də dinlər arasında dialoq üçün bir mərkəz rolunu oynayırıq. Dinlər, müxtəlif mədəniyyətlər arasında tolerantlıq Azərbaycanda çox yüksək səviyyədədir. Burada müxtəlif dini icmalar nəinki dözümlülük, eyni zamanda səmimi qonşuluq və əməkdaşlıq şəraitində inkişaf edirlər. Dinlərin arasındakı bu xoş münasibət multikulturalizmin daha da bitkinləşməsini təmin edir. Yəni bizdə lokal, ancaq bir dinin ənənələri üzərində, Şərq motivləri üzərində qurulmuş bir cəmiyyət yox, bu ənənələrin modern sivilizasiya ilə birləşdirilməsi zəminində bir cəmiyyət qurulub. Başqa ölkələr də coğrafi baxımdan sivilizasiyaların qovşağında yerləşir. Amma həmin ölkələrdən elələri var ki, orada dini dövlət qurulub və o dövlət dinə əsaslanan ideologiya ilə idarə olunur. Belə hallarda başqa dinlərə və mədəniyyətlərə açıq qapı siyasəti aparılmır. Amma biz mədəniyyət və sivilizasiya müstəvisində açıq qapı siyasətinə üstünlük veririk. Bundan irəli gələrək bizim sivilizasiyaya, mədəniyyətə öz baxışımız formalaşır. Azərbaycanda bu sintetik vəhdətdə olan mənzərənin öz nəzəri konsepsiyaları meydana gəlməkdədir. 

Azərbaycanın multikulturalizm mərkəzi və mədəniyyətlərin qovuşduğu, dialoqa girdiyi bir planet mərkəzi olduğu yuxarıda ifadə edildi. Bəs biz öz bu üstünlüyümüzdən Azərbaycan həqiqətlərini dünyada yaymaq, beynəlxalq imicimizi möhkəmlətmək üçün strateji sahədə necə yararlana bilərik? Xüsusilə də bu ildən bu sahədə həyata keçiriləcək tədbirlərin daha da intensivləşəcəyi gözləniləndir.  Bu baxımdan demək olar ki, bu gün multikulturalizm, sivilizasiyalar, mədəniyyətlər və qloballaşma məsələlərində hər bir ölkənin güddüyü maraqlar var. Azərbaycanın isə bu baxımdan dünyaya diktə etməli olduğu çox işlər var. Bu baxımdan multikulturalizm məsələləri ilə siyasət arasındakı əlaqələrin metodologiyasını hazırlamaq çox məqsədəuyğun olardı. Bu sahədə həyata keçirilən konfranslar, tədbirlər və sair görülən işlər üstünlüyümüzün dünyada nümayiş etdirilməsidir. Bu, bizim səsimizin dünyada eşitdirilməsidir. Bu, bədxah qonşularımızın qələmə verdiyi kimi, bizim “qorxulası” millət yox, yüksək sivilizasiyaya və multikultural dəyərlərə malik, olduqca mədəni bir millət olduğumuzu göstərir. Biz dünyaya öz real multikultural varlığımızı bəyan edirik. Bizim sənət və mədəniyyət adamlarımız da  bunu dünyada nümayiş etdirir. Həm dünyaya öz mədəniyyətimizi transfer edirik, həm də dünya multikulturalizm mütəxəssisləri, müxtəlif mədəniyyətlərin  xadimləri ölkəmizə səfər edib, bunun bilavasitə şahidi olurlar. Bu kontektdə məqsədimiz gerçək bir inkişaf, bu baxımdan dünyada daha optimal bir model qurmaqdır. 

 Cəmiyyətimizin dünyaya örnək ola biləcək ənənələrini, yüksək dəyərlərini yaşatmaqla müasir və öncül olmaq bizim amalımızdır. Hazırkı informasiya əsrində multikulturalizmə böyük önəm verməyimiz isəən düzgün yol hesab edilir. Azərbaycanın bu baxımdan mədəniyyəti, dəyərləri və ümumi potensialı çox böyükdür. Azərbaycan dövlətinin bu yöndə fəaliyyətə önəm verməsi, multikulturalizmlə bağlı dünya filosof və siyasətçilərinin müzakirələrini təşkil etməsi isə ölkənizin bu sarıdan potensialını daha çox aktuallaşdırmasına, ortaya qoymasına və dünyaya mədəniyyətlərin nümunəvi şəkildə qovuşduğu bir məkan kimi geniş miqyasda təqdim olunmasına gözəl şərait yaradır. Müxtəlif sahələrə aid mütəxəssislərimiz bu imkanlardan geniş yararlanmaqla, eyni zamanda Azərbaycanın strateji və ümumi inkişaf məqsədlərinə xidmət etmiş olacaqlar. Məsələn, Azərbaycan multikulturalizminin təbliğatını aparan bütün tərəflər – tələbələr, mütəxəssislər, təhsil, elm və incəsənət, həmçinin din adamları, ilahiyyatçılar və eləcə də siyasətçilər daha da məsuliyyətli olmalı, onlar İKT vasitələrinin, yeni medianın verdiyi imkanlardan da yararlanmaqla multikulturalizm ənənələrimizi dünyaya daha geniş və hərtərəfli şəkildə çatdırmalıdırlar. Belə olduqda, dünyada müsbət yöndə daha geniş tanınmağımızla bərabər, həm də dünya ölkələri Azərbaycanın multikulturalizm təcrübəsindən daha yaxşı faydalana bilər ki, bu da dünyada sülhə və birgəyaşayışa öz bəhrəsini vermiş olacaq. Bu isə öz növbəsində dünyada gərginliyin hərarətinin kəskin şəkildə aşağı düşməsinə töhfə verəcək!




Baxış sayı: 2 290
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30