FACT-INFO.AZ » SİYASƏT » Ombudsmandan tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlılarla bağlı BMT-yə çağırış
27-05-2025, 11:30 | SİYASƏT
Ombudsmandan tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlılarla bağlı BMT-yə çağırış

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandiyə vaxtilə Ermənistandan deportasiya edilmiş azərbaycanlı soydaşlarımızın qayıdış hüququ ilə bağlı məktub ünvanlayıb.

Fact-info.az Ombudsman Aparatına istinadən xəbər verir ki, Ombudsman məktubda beynəlxalq hüquqa zidd olaraq, soydaşlarımızın indiki Ermənistan ərazisindən etnik təmizləmə siyasəti nəticəsində müxtəlif dövrlərdə sistemli şəkildə deportasiya olunduqları barədə məlumat verib.

Məktubda qeyd olunub ki, bir sıra beynəlxalq hüquqi sənədlərdə, o cümlədən, BMT Baş Assambleyasının 194 saylı qətnaməsində insanların qayıdış hüququ fundamental insan hüququ kimi tanınır və hər bir fərdin öz vətəninə geri dönmək hüququ vardır. Eyni zamanda, beynəlxalq hüququn ümumi prinsiplərinə əsasən qayıdış hüququnun yalnız öz torpaqlarından zorla qovulmuş şəxslərə aid edilmədiyi, eləcə də onların ailə üzvləri və gələcək nəsillərinin də bu hüquqdan istifadə etməsinin, dəymiş maddi və mənəvi zərərə görə kompensasiya tələb etmə hüququnun tanındığı qeyd olunub.

Müvəkkil Filippo Qrandiyə ünvanladığı məktubda onun mandatı çərçivəsində tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması və bu məsələnin qlobal insan hüquqları gündəminə çıxarılması üçün fəal təşəbbüslərlə çıxış etməsinin vacibliyini vurğulayıb.

Həmçinin bu həssas məsələnin BMT-nin aidiyyəti hesabatlarında və tövsiyələrində əks olunmasına dəstək göstərməyə çağırıb, bu kimi fəaliyyətin bölgədə uzunmüddətli sülhə və ədalətin bərqərar olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.




Baxış sayı: 95
Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir Bu gün, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu Bu gün, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb Bu gün, 07:30 "Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar" - Fransa XİN Dünən, 15:30 Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib Dünən, 14:00 “Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik” - XİN Dünən, 10:30 Media və Yayım Şurası yaradılıb Dünən, 08:30 Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb 7-08-2026, 21:00 Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar 7-08-2026, 19:30 Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib 7-08-2026, 18:30 Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötdü 7-08-2026, 18:30 Azad edilmiş ərazilərdə aqropark layihələrinin təqdimatı baş tutub 7-08-2026, 14:30 ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək 7-08-2026, 12:00 ABŞ-ın İrana qarşı hərbi əməliyyatı tezliklə başa çatacaq - Tramp 7-08-2026, 09:30 İxtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edilib 7-08-2026, 09:30 Bütün ermənilərin katolikosu hakim qarşısında 7-08-2026, 08:30 Ceyhun Bayramov: Zelenski Ukraynaya göstərdiyi humanitar yardımla bağlı Prezident İlham Əliyevə təşəkkür edib 6-08-2026, 19:30 Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır 6-08-2026, 19:30 Andrey Sibiqa: Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa üçün strateji əhəmiyyətə malikdir 6-08-2026, 17:00 Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb 6-08-2026, 16:30 “IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb 6-08-2026, 16:30 Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər 6-08-2026, 13:30 "Qərbi Azərbaycanın repressiya tarixi ilə bağlı effektli müzakirələr apardıq" 6-08-2026, 13:30 Məsud Pezeşkian: Əgər İran indiyə qədər ayaqda qala bilibsə, buna görə xalqa borcludur 6-08-2026, 10:30 Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb 6-08-2026, 10:30 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir 6-08-2026, 10:00 Bu qurum əlilliyi olan şəxslərin müraciətləri əsasında tövsiyələr hazırlayacaq 5-08-2026, 17:30 "Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib" - Hikmət Hacıyev 5-08-2026, 16:00 Azərbaycan xarici siyasətində Türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir 5-08-2026, 15:00 Beynəlxalq konfransda Azərbaycanda dinlərarası dialoqun təşviqi ilə bağlı həyata keçirilən layihələrdən danışılıb 5-08-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31