FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Zamanın ilmələri” layihəsi təqdim edilib
27-05-2025, 10:00 | MƏDƏNİYYƏT
“Zamanın ilmələri” layihəsi təqdim edilib

Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” adlı layihənin təqdimatı olub.

Fact-info.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və HüsnART Müstəqil Bədii Birliyinin təşkilatçılığı ilə reallaşıb. Layihə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Tədbir çərçivəsində Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun fərdi sərgisi açılıb. Ekspozisiyada 2024–2025-ci illərdə yaradılmış və xalçanın yaranma mərhələlərini ardıcıllıqla əks etdirən əsərlər nümayiş etdirilib. Qarışıq texnikada kətan üzərində işlənmiş 20-dən artıq qrafik əsər müəllifin xalçaçılığa, milli adət-ənənələrə olan sevgisini əks etdirir və maraqlı süjet xəttində birləşir.

Tədbirin açılışında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək sərginin təşkili barədə danışıb və onun maarifləndirici xarakter daşıdığını vurğulayıb. Ardınca süni intellekt vasitəsilə hazırlanmış qısa videoçarx təqdim olunub.

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında Arif Hüseynovun yaradıcılığının çoxşaxəliliyini qeyd edib, layihə münasibətilə təbriklərini çatdıraraq uğurlar arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqı sədr müavini, Xalq rəssamı, professor Ağəli İbrahimov bildirib ki, Arif Hüseynovun əsərləri zamanla xalqın kollektiv yaddaşının bir hissəsinə çevriləcək.

“Azad Azərbaycan” Teleradio şirkətinin Bədii Şurasının sədri Etibar Babayev və Xalq yazıçısı Natiq Rəsulzadə isə rəssamın hər bir sərgisində yüksək sənətkarlıq nümayiş etdirdiyini bildiriblər: “Hər sərgidə Arif bizi təəccübləndirir. Mövzular dəyişsə də, yaradıcılıq səviyyəsi daim yüksək olaraq qalır”.

Daha sonra çıxış edən xalq rəssamı Arif Hüseynov bu sərgini özünün ən vacib layihələrindən biri kimi dəyərləndirib: “Bu gün mənim ən yaxşı sərgimdir”.

Tədbir çərçivəsində mədəni proqram da təqdim olunub. 3 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri “Zaman xətləri” layihəsinə xüsusi olaraq hazırlanmış rəqs kompozisiyası ilə çıxış ediblər. İlk dəfə təqdim olunan bu rəqs tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qonaqlar sərgi ilə tanış olduqdan sonra əsərlərin süni intellekt vasitəsilə canlandırıldığı və süjet xəttinə uyğun videoçarx formasında təqdim edildiyi ekspozisiyanı izləyiblər.

Bundan əlavə, uşaqların xalçanın yaranma mərhələləri ilə tanışlığı və milli irsə marağının artırılması məqsədilə muzeyin Uşaq şöbəsi “Xalça necə yaranır?” adlı yeni ustad dərs təşkil edib. Dərs zamanı uşaqlar qoyunun qırxılması, yun daranması və ip əyrilməsi, həmçinin xalça toxunuşu proseslərinin şahidi və iştirakçısı olublar.

Qeyd edək ki, sərgi və ustad dərsləri iyunun 26-dək davam edəcək.




Baxış sayı: 95
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30