Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Fact-info.az xəbər verir ki, tədbiri ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova açaraq, Azərbaycan dilçiliyinin aktual məsələlərinin müzakirə olunmasının zəruriliyindən bəhs edib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Həcər Hüseynova, Müasir Azərbaycan dili kafedrasının dosenti Yeganə Qəhrəmanova Azərbaycan dilçiliyinin aktual problemləri ilə bağlı məruzə ediblər.
Konfrans işini “Dövlət, dil və dilçilik”, “Nəzəri dilçilik problemləri”, “Tətbiqi dilçiliyin müasir problemləri və inkişaf istiqamətləri” və “Tarixi-müqayisəli dilçilikdə müasir yanaşmalar” adlı bölmələrdə əyani və onlayn formatda davam etdirib.
Baxış sayı: 175
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
