NATO-nun Baş katibi Mark Rutte Alyansa üzv ölkələrin ümumi daxili məhsulun (ÜDM) 5 faizinin müdafiə xərclərinə ayrılması barədə razılığa gələcəyini gözləyir. Fact-info.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə M.Rutte NATO Parlament Assambleyasının ABŞ-da keçirilən yaz sessiyasında bildirib.
“Hesab edirəm ki, biz Haaqada ümumilikdə 5 faizlik yüksək müdafiə xərcləri hədəfi barədə razılığa gələcəyik”, - deyə Baş katib qeyd edib.
Bu ayın əvvəlində M.Rutte ÜDM-in 3,5 faizinin müdafiəyə, əlavə olaraq 1,5 faizinin isə infrastruktur layihələrinə ayrılmasını təklif etmişdi. NATO-ya üzv ölkələr bu yeni hədəflər barədə iyunun 24–25-də Haaqada keçiriləcək zirvə toplantısında razılığa gəlməyə çalışacaq.
Almaniya müdafiə xərclərinin ÜDM-in 5 faizinədək artırılması hədəfini dəstəklədiyini artıq bəyan edib. Müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, Almaniya müdafiə xərclərinin ÜDM-dəki payını hər il 0,2 faiz artırmaqla 5-7 il ərzində hazırkı 2,1 faizdən 3,5 faizə çatdıra bilər. Bu temp davam edərsə, 2032-ci ilədək 3,5 faizlik göstəriciyə nail olmaq mümkündür.
Baxış sayı: 140
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
