FACT-INFO.AZ » SİYASƏT » BMT Təhlükəsizlik Şurasında keçirilən debatlarda Ermənistanın beynəlxalq hüquq normalarını sistemli şəkildə pozmasından danışılıb
5-08-2019, 08:35 | SİYASƏT
BMT Təhlükəsizlik Şurasında keçirilən debatlarda Ermənistanın beynəlxalq hüquq normalarını sistemli şəkildə pozmasından danışılıb

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları törədilib. Erməni tərəfinin yürütdüyü yanmış torpaq siyasəti zəbt olunmuş ərazilərin bütün azərbaycanlılardan təmizlənməsi və minlərlə dinc insanın, o cümlədən uşaqların amansızcasına qətli və ya öldürülməsini ehtiva edirdi. Otuz ildən çox bir müddətdir ki, Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkün olan ölkələrdən biri olaraq qalır və onların da çoxu azyaşlılardır”. Bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev avqustun 2-də təşkilatın Təhlükəsizlik Şurasında “Uşaqlar və silahlı münaqişələr” mövzusunda keçirilən debatda səsləndirib.

AZƏRTAC xəbər verir ki, diplomat öz çıxışında Azərbaycan Respublikasının azyaşlıların silahlı münaqişələrdə iştirakı ilə bağlı uşaq hüquqları haqqında Konvensiyanın və uşaq hüquqları haqqında Konvensiyaya Fakultativ protokolun, həmçinin müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyasının iştirakçısı olduğunu qeyd edib. O əlavə edib ki, ölkə rəhbərliyi silahlı münaqişə zonalarında uşaqların hüquqlarının daha effektiv qorumasının təmin edilməsinə yönəlmiş beynəlxalq səyləri ardıcıl şəkildə dəstəkləyir.

Azərbaycan diplomatı qeyd edib ki, beynəlxalq, regional və milli səviyyələrdə uşaqlara qarşı ciddi hüquq pozuntularının qarşısının alınması və onlara münasibət bildirilməsi sahəsində müəyyən irəliləyiş əldə olunsa da, ciddi problemlər həll olunmamış qalır. Baş katibin hesabatına görə, Təhlükəsizlik Şurasının 1612 (2005) qətnaməsinə (A / 73/907 – S / 2019/509, maddə 6) uyğun olaraq, uşaqlar və silahlı münaqişələr barədə müşahidə və hesabatlıq mexanizminin yaradılmasından sonra uşaqların qətli və onlara bədən xəsarəti yetirilməsi halları bütün dünyada rekord səviyyədə artıb.

Uşaqların müdafiəsi üzrə effektiv səylər ayrı-seçkilikdən azad olmalı və onlar heç bir fərq qoyulmadan silahlı münaqişələrlə bağlı bütün şəraitləri, o cümlədən uzunsürən xarakterli və mülki əhaliyə və uşaqlara uzunmüddətli təsir edən münaqişələri əhatə etməlidir. Yaxın keçmişin səhvlərini, o cümlədən məktəb və xəstəxanalara hücumları, uşaqların öldürülməsi və onlara xəsarət yetirilməsi, azyaşlıların zorakı yerdəyişdirməsi və oğurlanması hallarını nəzərdən qaçırmaq olmaz.

1992-ci ilin fevralında münaqişənin ən böyük qırğını Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilib. Ermənistan silahlı qüvvələri tərəfindən şəhərə hücum və onun işğal edilməsi nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadın, uşaq və qocalar qətlə yetirilib, yaralanıb və ya girov götürülüb, şəhər isə tamamilə dağıdılıb.

Y. Əliyev vurğulayıb ki, Azərbaycana qarşı müharibə nəticəsində 3888 Azərbaycan vətəndaşı, o cümlədən 718 mülki şəxs itkin düşüb ki, onlardan 71 nəfəri uşaqlar olub. İtkin düşənlər, xüsusən münaqişənin gedişində erməni tərəfinin geniş tətbiq etdiyi müharibə aparılmasının amansız üsullarını nəzərə almaqla, onların taleyi üçün ciddi narahatlıq yaradan şəraitdə yoxa çıxıblar. Yerevan onun nəzarətində olan itkin düşmüş şəxslər barədə hesabatlılıqdan, həmçinin onların taleyinin tez bir zamanda və effektiv təhqiq edilməsindən imtina edir.

Azərbaycan diplomatı bəyan edib ki, rəsmən atəşkəs rejiminin mövcud olmasına baxmayaraq, erməni silahlı qüvvələri cəbhəboyu və cəbhə xəttindən aralıda Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə dəfələrlə zərbələr endirib. Belə ki, 2016-cı ilin aprelində intensiv atəş nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında məktəblərin əksəriyyəti zərər görüb. Bu fakt Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarının idarəsinin Azərbaycanın zərər çəkmiş rayonlarına missiyasının başa çatmasından sonra dərc etdirdiyi 2016-cı il 15 may tarixli hesabatda da qeyd olunub.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi bildirib ki, beynəlxalq hüquqa görə, təhsil təyinatlı binalara zərbələr endirilməsi hərbi cinayətdir. Həmçinin qeyd etmək lazımdır ki, məktəb və xəstəxanalara hücumlar BMT Baş katibinin silahlı münaqişələrdə uşaqların hüquqları üzrə Xüsusi nümayəndəsinin qeydə aldığı və barəsində məlumat verdiyi ciddi pozuntulardan biridir.

Y.Əliyev çıxışının sonunda bəyan edib ki, zorakılıq silsiləsini dayandırmaq və onların qarşısını almaq üçün beynəlxalq humanitar hüquq normalarına əməl edilməli və cəzasızlığa son qoyulmalıdır. Törədilmiş cinayətlərin labüd nəticəsi olaraq, cavabdehlik sülh və uzunmüddətli barışıq istiqamətində mühüm şərtdir.




Baxış sayı: 1 408
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031