FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Beynəlxalq Türk Akademiyası nadir tarixi əsərləri nəşr edib
2-11-2018, 14:15 | MƏDƏNİYYƏT
Beynəlxalq Türk Akademiyası nadir tarixi əsərləri nəşr edib

Təqdimat mərasimində Nur Otan Partiyası sədrinin birinci müavini Maulen Aşimbayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırəli, Qazaxıstanın ictimai inkişaf nazirinin müavini Berik Arın, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Yerlan Sıdıkov, Qazaxıstan Parlamentinin deputatları, tanınmış dövlət xadimləri, elm adamları iştirak ediblər.

Nur Otan Partiyası sədrinin birinci müavini Maulen Aşimbayev bildirib ki, Fəzlullah Rəşidəddinin “Cəmi ət-Təvarix” və Bekasıl Bibolatulının “Zikzal” əsərlərinin qazax dilinə tərcüməsi tarixi hadisədir. Orta əsrlərdə qələmə alınan “Cəmi ət-Təvarix” böyük çölün tarixi, Çingiz xanın həyatı və şəcərəsi, Qazaxıstan və Orta Asiya ərazilərində yaşayan əcdadlarımızın mənşəyi, inkişafı, dövlətçiliyimizin formalaşması haqqında səhih məlumatları ehtiva edən hərtərəfli və elmi cəhətdən əhəmiyyətli əsərdir. Bir neçə dilə çevrilən əsərin Beynəlxalq Türk Akademiyasının səyi ilə "Mənəvi yenilənmə" proqramı çərçivəsində birbaşa farscadan qazaxcaya tərcümə edilməsi böyük uğurdur.

Beş cilddən ibarət olan “Cəmi ət-Təvarix” əsəri 1300-1316-cı illər arasında qələmə alınıb. Əsər türk xalqlarının tarixi, toponimləri, dövlət rəhbərlərinin şəcərələri, böyük boylar və onlar arasında münasibətlər haqqında məlumatları əhatə edir. Kitabda Çingiz xanın qurduğu dövlət, Elxanlılar dövlətinin bəzi rəhbərləri, Cənubi Qafqaz, Xorasan, İran, Orta Asiya, İtil çayı vadisi (Volqaboyu), Monqolustan kimi bir çox bölgələr haqqında çox dəyərli məlumatlar var. Əsər indiyədək bir çox dilə tərcümə edilərək elmi ictimaiyyətə çatdırılsa da, qazax dilinə ilk dəfə və orijinaldan çevrilib. “Cəmi ət-Təvarix” türk tarixinin misilsiz mənbəyi və ensiklopediyasıdır. Bildirilib ki, Bekasıl Bibolatulının “Zikzal” əsəri vasitəsilə türk xalqlarının dini anlayışı haqqında məlumat əldə etmək mümkündür.

Təqdimat mərasimində çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli hər iki əsərin xalqlarımız üçün əhəmiyyətini qeyd edərək deyib: “Tarixi yazmaq, onu yaratmağa bərabərdir. Çünki yazılmayan, daşa həkk olunmayan tarix silinir, yaxud da onu yazanlar tərəfindən özününküləşdirilir. Zamanında böyük çöldə mühüm izlər qoyan qəhrəman babalarımızın şanlı şəcərəsini müxtəlif vaxtlarda millətin yaddaşından silməyə çalışdılar. Xoşbəxtlikdən sərvətimiz olan müstəqilliklə yanaşı, belə dəyərli qaynaqlar sayəsində qədim tariximizə də yenidən qovuşduq. Hər iki əsər Qazaxıstan Prezidentinin elan etdiyi "Mənəvi Yenilənmə" proqramında elan olunan milli kodla uyğun gəlir. Biri beynimizə xitab edib yaddaşımızı canlandırarkən, digəri qəlbimizlə iç dünyamızı bəsləyir". Mərasimdə hər iki əsəri orijinaldan qazax dilinə çevirən alim, fars dili mütəxəssisi Zaripbay Orazbay Beynəlxalq Türk Akademiyasının gümüş medalı ilə təltif olunub.




Baxış sayı: 1 470
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Bu gün, 10:00 “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti Bu gün, 10:00 Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb Bu gün, 09:30 Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb Bu gün, 08:00 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930