FACT-INFO.AZ » İQTİSADİYYAT » Arif Paşayev: "Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub"
17-10-2018, 08:45 | İQTİSADİYYAT
Arif Paşayev: "Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub"

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat Azerbaijan” müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir zamanı Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev deyib.

Qonaqları salamlayan A.Paşayev müsabiqə barədə danışaraq qeyd edib ki, bu müsabiqənin keçirilməsi fikri Təhsil Nazirliyi və “Azərkosmos” ASC-yə aiddir: “CanSat Azerbaijan” müsabiqəsində ölkənin 11 universitetindən 200-ə yaxın tələbə iştirak edib. Onlardan 66 nəfəri müsabiqənin finalçısı olub. Bu müsabiqədə uduzan yoxdur, çünki iştirakçılar həm mühəndis, həm də proqramçı kimi böyük təcrübə qazanıblar. Mən bütün finalçılara yeni qələbələr arzu edirəm”. A.Paşayevin sözlərinə görə, müsabiqənin keçirilməsində münsiflər heyətinin böyük əməyi var. Bu heyətə ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev rəhbərlik edib.

Tədbir zamanı R.Saqdeyev “CanSat Azerbaijan” müsabiqəsinin Azərbaycanın orta tədris müəssisələri arasında da keçirilməsini təklif edib: “Bir neçə il əvvəl Azərbaycan Milli Aviasiya Akademiyasından olan komandalar “CanSat” müsabiqəsi ilə tanış oldular. Bu müsabiqədə, həmçinin ADA Universitetinin tələbələri iştirak etdilər və qeyd etmək lazımdır ki, Bakıdan olan komandalar layiqincə çıxış etdilər. Bundan sonra “Azərkosmos” ASC-nin təşəbbüsü ilə bu fikir Azərbaycanda reallaşdırıldı”.

O xatırladıb ki, 61 il əvvəl ilk peyk buraxılıb və elə o zaman mühəndislər fikirləşib ki, bu prosesi müşahidə etmək üçün geniş kütlə cəlb olunması arzuolunandır:

“Bütün dünyada radio həvəskarları bu peykdən siqnallar almağa başladı. Bu ənənə davam edir. Sonra kosmik proqramın inkişafı ilə çoxlu həvəskarlar meydana çıxdı. NASA mütəxəssisləri ABŞ tələbələri üçün xüsusi müsabiqələr keçirmək qərarına gəldi, bir müddət sonra isə digər ölkələrdən tələbələr dəvət edildi. Müsabiqə “CanSat” adını aldı”. R.Saqdeyev əlavə edib ki, müsabiqə böyük populyarlıq qazandı və bir müddət sonra Rusiyada təşkil olundu: “Azərbaycanda “CanSat” müsabiqəsində komandalar mikropeyk dizaynı fikirləşməli və onu maket şəklində hazırlayıb münsiflərə nümayiş etdirməli idi. Birinci mərhələnin yekununda 10 komanda dəvət olundu. Mikropeyklərin buraxılışı sentyabrda keçirildi. Havanın küləkli olmasına baxmayaraq, yarış uğurla keçdi. Bu müsabiqədə uduzan yoxdur. Əminəm ki, bu yaradıcı müsabiqə ənənəyə çevriləcək və iştirakçıların sayı çoxalacaq”.




Baxış sayı: 1 568
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30