FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
18-09-2018, 08:25 | TƏDQİQATLAR-ANALITIKA
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər

Erməni KİV-ləri danışıqlardan sonra məhz bu müstəvidə məlumatlar yaymağa başlayıblar. N.Paşinyanın özü də iki məsələni – Ermənistanın daxili işlərinə qarışmamağı və Dağlıq Qarabağ münaqişəsində təxribatlara yol verməməyi müzakirə etdiyini bəyan edib. Guya hər iki məsələdə V.Putinlə eyni mövqedə olduqlarını aydınlaşdırıblar. Bundan əlavə, erməni baş nazir V.Putinə Rusiya qazının əhaliyə neçəyə satıldığı haqqında “qiymətli” informasiya verib. Rusiya Prezidenti “təəccüblənib”: Ermənistan əhalisinə qaz niyə baha satılır? Bütün bunlar, əslində, başqa məqamlar üzərində düşünmək üçün əsas verir. Belə görünür ki, danışıqlarda qəti heç nə əldə edilməyib. Moskva əvvəlki kimi N.Paşinyana inanmır, onun siyasətindəki qeyri-müəyyənliklərdən narahatdır. Həmin kontekstdə baş nazir N.Paşinyanın uğursuz Moskva səfəri üzərində daha geniş dayanmağa ehtiyac görürük. Ənənəvi problemlər: vassal Ermənistanın narazılıqları

Ermənistanın baş naziri N.Paşinyanın Moskvaya səfərini erməni və Rusiya KİV-ləri geniş işıqlandırıb. Səfər ərəfəsi aydın idi ki, V.Putinin rəsmi İrəvana ciddi sualları meydana gəlib. N.Paşinyan siyasi kursu haqqında növbəti dəfə havadarına hesabat verməli idi. Rusiyalı ekspertlərin rəyləri göstərirdi ki, Kreml bütövlükdə İrəvanın davranışlarından narazıdır. Bu narazılığın Putin-Paşinyan müzakirələrinə öz damğasını vuracağı proqnozlaşdırılırdı. Proqnoz özünü doğrultdu.

Əvvəlcə qeyd edək ki, Ermənistan tərəfi də müəyyən narazılıqlarını bildirirdi. İrəvan Rusiyanın Azərbaycanla əməkdaşlığını genişləndirməsinə etiraz edir. Bununla yanaşı, Qərblə münasibətlərində sərbəstlik arzulayır. Özü də hərbi də daxil olmaqla, bütün istiqamətlərdə ABŞ və Avropa ilə dərin əməkdaşlıqdan bəhs edirdilər. Moskva isə bütün bunlara həssaslıqla yanaşır və Ermənistan rəhbərliyindən izahat tələb edirdi. Həmin sırada Ermənistanda Rusiyaya yaxın olan siyasi qüvvələrin sıxışdırılması və bir neçə nəfərə qarşı cinayət işinin açılması ayrıca əsəbilik yaradır. İttiham edilənlər sırasında keçmiş prezidentlərdən olan Dağlıq Qarabağ separatçısı R.Koçaryan da vardır. V.Putin şəxsən onunla avqust ayının sonunda telefon əlaqəsi yaratmışdı.

Ermənistanda ekspertlər bu hadisəni Rusiyanın R.Koçaryana açıq siyasi dəstəyi kimi qiymətləndirirlər. N.Paşinyan isə jurnalistlərə müsahibəsində V.Putinin şəxsi münasibətlərə yüksək qiymət verdiyindən R.Koçaryana zəng etdiyini ifadə etmişdi. Burada N.Paşinyanın ikibaşlı danışdığını vurğulayırlar. Birincisi, demək istəyir ki, V.Putini Ermənistanın müstəqilliyi və dövlətçiliyi deyil, buradakı əlaltıları ilə şəxsi münasibətlərinin taleyi maraqlandırır. Bütövlükdə V.Putin şəxsi münasibətlər adı altında, əslində, Rusiyanın imperialist maraqlarını güdür. İkincisi, R.Koçaryana zəng onun istintaqdan yayına bilməsinə əsas vermir. Çünki V.Putin dost saydığı adamla hal-əhval tutub!

Təbii ki, N.Paşinyanın bu izahının öz əsasları vardır. O da ondan ibarətdir ki, erməni baş nazir başının üstünü almaqda olan qara buludları hiss edir. O, müxtəlif manevrlərlə ictimaiyyətə (başlıca olaraq erməni cəmiyyətinə) elə bir təhlükənin olmadığını çatdırmağa çalışır. Konkret olaraq guya Rusiya rəhbərliyi ilə münasibətləri kifayət qədər konstruktiv və erməni dövlətinin maraqlarına uyğun məcradadır.

Danışıqlar haqqında N.Paşinyanın özünün dedikləri isə real durumun fərqli olduğunu göstərməkdədir. Belə ki, erməni baş nazir ifadə edib ki, V.Putinə iki məqamı çatdırıb. Birincisi, Moskva Ermənistanın daxili işlərinə qarışmasın və münasibətlər bundan sonra həmin prinsip üzərində qurulsun. İkincisi, Ermənistan Dağlıq Qarabağda Rusiya tərəfdən təxribat gözləyir və İrəvan buna sərt cavab verəcək. Hansı qüvvə ilə? Görünür, N.Paşinyan bu məsələdə Qərbdən müəyyən təminat aldığını V.Putinə çatdırmaq istəyib.

Bu məqamlar birbaşa geosiyasi xarakterli olduğundan üzərində geniş dayanmağa dəyər. Öncə vurğulayaq ki, N.Paşinyan yenə də qeyri-səmimilik nümayiş etdirir. O, həqiqi məqsədini ört-basdır etmək üçün müəyyən bəhanələr uydurur. Çünki forpost Ermənistan supergüc sayılan və hətta Yaxın Şərqdə hərbi-geosiyasi təşəbbüsü ələ alan Rusiyanın qarşısında heç bir şərt qoya bilməz. Moskva ABŞ-ın və Avropanın böyük dövlətlərinin şərtlərini qulaqardına vurur, o ki qaldı Ermənistan!..

Eyni zamanda, V.Putin kifayət qədər xarizmatik liderdir. O, lazımi səviyyədə sərt, konkret və birbaşa fikirlə qarşı tərəfə mövqeyini bildirir. Bu, V.Putinin apardığı danışıqlarda dəfələrlə öz təsdiqini tapıb. İndi təsəvvür edin: vassal Ermənistanın siyasi taleyi və mövqeyi dəqiq olmayan siyasətçisi V.Putin qarşısında “şərtlər” qoyur! Deyir ki, bizim daxili işlərimizə qarışmayın, özümüz necə istəyirik o cür də daxili siyasət yeridəcəyik. Qürurlu və güclü Moskva: siyasət davam edir...

Əslində isə Ermənistanın özünün daxili siyasəti yoxdur axı! Bütün göstərişlər Moskvadan verilir. Lokal qərarlar üçün isə geniş siyasi sərbəstliyi heç kimsə məhdudlaşdırmayıb. V.Putin yəqin ki, elə bu ruhda da N.Paşinyanı sakitləşdirib ki, sizin daxili işlərinizə Kreml qarışmayacaq, çünki bu elə Kremlin özünün daxili işidir. Yəni, N.Paşinyanın birinci iddiasının real əsası yoxdur.

Erməni “inqilab” rəhbərinin ikinci məsələ kimi təqdim etdiyi Dağlıq Qarabağda təxribatı Rusiyanın törətmək istəməsi isə çox gülməlidir. Əgər Rusiya elə bir fikrə düşsə, yüz Ermənistan belə vəziyyətə təsir edə bilməz. Digər tərəfdən, təxribat Rusiyanın nəyinə lazımdır? Rusiya üçün (elə İran üçün də) hazırda sabitlik, sakitlik daha önəmlidir. Çünki Qərb hər tərəfdən onu sıxışdırır. Rusiyaya sadiq olan Abxaziyanın baş nazirinin və yenə də Moskvaya loyallığı ilə seçilən Moldova Prezidenti İ.Dodonun yol qəzasına düşməsi, Donetsk separatçılarının lideri A.Zaxarçenkonun sui-qəsddə öldürülməsi təsadüfi hadisələr deyil. Moskva situasiyanın nəzarətdən çıxmasına yol açan proseslərə rəvac verməz. Dağlıq Qarabağda hər hansı təxribat da Moskvanın əleyhinə işləyər. Deməli, əslində, N.Paşinyan V.Putinə demək istəyir ki, Dağlıq Qarabağda ermənilər növbəti təxribat törədər ki, bu da Moskvanı pis vəziyyətə salar. Təbii ki, bunu Rusiya rəsmiləri bizdən çox yaxşı anlayırlar.

Digər tərəfdən, Qərbin gizli məsləhəti ilə N.Paşinyan dolayısı ilə V.Putini Azərbaycanla Ermənistan arasında seçimə “təhrik etməyə” çalışır. Yəni, əgər Moskva İrəvanı Qərblə Rusiya arasında tərəddüd etməkdə ittiham edirsə, N.Paşinyan da Kremli Ermənistanla Azərbaycan arasında manevrlər etməkdə günahlandırır. Və deyir ki, ya ikimiz də eyni oyunu oynayaq, ya da birlikdə bir oyun qaydası tətbiq edək. Bu isə diplomatik dildən adi dilə çevriləndə Ermənistanın Rusiyaya ultimatumu, onunla özünü eyni geosiyasi və siyasi statusda olduğunu nümayiş etdirməsi deməkdir.

V.Putinin Rusiyanın forpostundan bu cür təhdid xarakterli “şərtlərə” münasibəti necə ola bilər? Əslində, biz onu Ermənistanda yaxın gələcəkdə baş verəcək siyasi proseslərin məzmununda görəcəyik. Ancaq təbii ki, təcrübəli siyasətçi olan Rusiya Prezidenti N.Paşinyanı “yola verib”. Bunu həm də Ermənistan əhalisinə qaz satışı məsələsində də görmək mümkündür. N.Paşinyan deyir ki, V.Putinin qazın Ermənistana neçəyə satıldığı haqqında dəqiq informasiyası olmayıb. Rusiya Prezidenti elə bilib ki, “Qazprom” əhaliyə güzəştlə qaz satır, əsl həqiqətdə isə güzəşt Ermənistanın qaz şirkətinə edilirmiş. İndi V.Putin “məlumatsızlığını” aradan qaldıraraq, təbii qazın əhaliyə güzəştlə satılması məsələsini qaldıracaq.

N.Paşinyan ya sadəlövhdür, ya axmaq, ya da növbəti dəfə hiyləgərcəsinə və V.Putinə “sataşmaqla” danışır. Ukrayna, Belarus, Qazaxıstan nümunələri göstərib ki, Moskva neft və qaz siyasətini çoxdandır ki, geosiyasi kursunun ayrılmaz hissəsi kimi aparır. Yəni, bu məsələdə hər şey zərgər dəqiqliyi ilə hazırlanır və ümumi razılıq əsasında həyata keçirilir. Rusiya belə məsələlərdə qardaşı olan Belarusa belə güzəştə getmir, öz xeyrindən imtina etmir. Baxmayaraq ki, A.Lukaşenko dəfələrlə məsələ qaldırıb, V.Putin onunla söhbət edir, sakitləşdirir və hər şey yenə də əvvəlki kimi qalır. Hər halda, indiyə kimi belə olub. İndi V.Putin Ermənistan əhalisinə qazı Rusiyanın neçəyə satdığını bilmir və ya forpost Ermənistanın tələbi ilə mövqeyini dəyişəcək? Şübhəsiz, mümkündür ki, qazın qiymətində ermənilərə güzəşt olsun, ancaq onun əvəzində birbaşa və ya dolayı yolla itkini ardan qaldıran hansısa yeni tələb meydana çıxacaq!

Bunlar göstərir ki, N.Paşinyanın Moskva səfəri iki ölkə arasındakı münasibətlərin dəyişməsinə heç bir təsir göstərməyib. Problemlər qalır, Ermənistanın vassallığı davam edir. Eyni zamanda, Kreml N.Paşinyanın siyasi taleyi ilə bağlı da müsbət bir fikrə gəlməyib. Bütün bunların əyani təsdiqini İrəvan ağsaqqallar şurasına üzvlərin seçkisindən sonra görəcəyik. Mümkündür ki, həmin seçkilər indiyə qədər Rusiya ilə Ermənistanın pərdəarxası qurduqları ssenarinin ifşasının başlanğıcı olsun! Newtimes.az




Baxış sayı: 1 565
Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir Dünən, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Dünən, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Dünən, 18:00 Azerbaijan’s mine problem raised in Prague Dünən, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Dünən, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Dünən, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Dünən, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Dünən, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb 2-09-2026, 08:30 Şamaxıda zəlzələ baş verib 2-09-2026, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 1-09-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930