FACT-INFO.AZ » AKTUAL » “Razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənəcək”
15-08-2018, 12:50 | AKTUAL
“Razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənəcək”

Fact-info.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov deyib. Mərkəzin rəhbəri qeyd edib ki, ötən həftə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması uzun müddətdir davam edən danışıqların nəticəsi idi: “Konvensiyada ən çox diqqətçəkən maddə bundan ibarətdir ki, Xəzərə başqa ölkələrin bazalarının və hərbi qüvvələrinin girişi birmənalı, çox açıq şəkildə qadağan olunur. Ancaq sahilyanı ölkələrin buna dair haqqa sahib olduğu ifadə olunur”.

E.Soltanov bildirib ki, burada Azərbaycanı maraqlandıran iki əsas mövzu var: “Bu, Türkmənistan və İranla sərhədlərin müəyyənləşdirilməsidir. Yəni ölkəmizin haqqı olan ərazilərin Azərbaycanın istifadəsinə verilməsidir. Çünki Türkmənistan və İranla bizim dondurulmuş və mübahisəli yataqlarımız var idi. Hansı ki bura Azərbaycan əraziləridir. Azərbaycan bunların birmənalı olaraq beynəlxalq hüquq nöqteyi-nəzərindən özünə aid olduğunu bilir, ortaya qoyur və bunun qəbul edilməsini istəyir. Bu məsələ bizim üçün əhəmiyyətlidir. İkinci məsələ də “Transxəzər” boru kəməridir. Xəzərin dibi ilə Türkmənistandan təbii qaz və Qazaxıstandan isə neft boru kəmərləri çəkilə bilər. Bu da əhəmiyyətlidir, amma daha ikinci dərəcəli mövzulardır. Konvensiyada boru kəməri mövzusuna bir az daha aydınlıq gətirilib. Xüsusən Rusiya, bəzən də İran bu mövzuda ətraf mühit arqumentini ortaya atırdı. Fikrimcə Konvensiya ətraf mühitin əhəmiyyətini vurğulanmaqla yanaşı, bunu diqqətə aldığımız müddətcə boru kəmərlərinin mümkünlüyünü göstərdi. Müəyyən ölçüdə bu məsələdə “yaşıl işıq” yandırıldı”.

“Daha əhəmiyyətli mövzu isə Azərbaycan-Türkmənistan və Azərbaycan-İran arasında dənizin dibinin, buradakı dondurulmuş və mübahisəli yataqların bölünməsi məsələsi idi. Bu məsələ ölkələr arasındakı ikili danışıqlara həvalə edilir. Yəni, bu o deməkdir ki, əslində bu məsələ uzadılır, konkret sözlər deyilmir. Getdikcə bu mövzuda daha konkret maddələrin olub-olmadığını daha yaxşı başa düşəcəyik. Çünki bu Konvensiyanın imzalanması ilə İran istədiyini əldə etdi. Eyni zamanda, Rusiya da “Transxəzər” boru kəməri mövzusunda hər zaman müqavimət göstərib. Özünün Avropada olan dominant mövqeyinə zərbə vuracağını düşünür. Rusiya hərbi mövzuda aldığı inam qarşılığında “Transxəzər” boru kəməri mövzusunda geri addım atıb. Mənə elə gəlir ki, hər iki ölkə bu mövzunu çox açıq ifadə eləmir. Düşünürəm ki, yaxın günlərdə xüsusən də dənizin dibinin bölünməsi mövzusunda, müəyyən ölçüdə də “Transxəzər” boru kəməri mövzusunda İranın və Rusiyanın bir az daha konstruktiv addımlar atmasının şahidi olacağıq. Azərbaycan və Türkmənistan tərəfinin də borular mövzusunda qazancı bundan ibarət olacaq. Yəni, Rusiya və İran hərbi mövzuda istədiklərini əldə etdilər. Növbə artıq Azərbaycan, Türkmənistan və Qazaxıstanındır”.




Baxış sayı: 1 716
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30