FACT-INFO.AZ » MÜSAHİBƏ » "Ana dilinin qorunması siyasi və ideoloji məsələdir"
11-11-2015, 09:15 | MÜSAHİBƏ
"Ana dilinin qorunması siyasi və ideoloji məsələdir"

Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı söylədiyi fikirləri şərh edərkən deyib.

Dilçi alimin fikrincə, dilə alınma sözlər gəlməlidir: "Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də alınma sözlər çoxdur. Amma alınma sözlər dilə gələrkən birinci növbədə həmin sözlərin qarşılığının tapılmasına çalışmaq lazımdır".

N.Cəfərov qeyd edib ki, bəzi sözlər ana dilində olduğu halda, onu başqa dildə işlətmək olmaz: “Məsələn, bizim dilimizdə “gözlük”, “eynək”, “çeşmək” sözü var, amma hamı ona “oçki” deyir. Buna nə ehtiyac var?! Yaxud “remont”, “uje” kimi sözlər dilimizi korlayır. Televiziyalarımızda belə sözlər işlədilir. Məişət mövzularına həsr edilən verilişlərdə ehtiyac olmadığı halda, daha çox xarici kəlmələrdən istifadə edilir”.

Bu sözlərin işlədilməsinə qarşı mübarizə aparılmasını vacib sayan N.Cəfərov hesab edir ki, bəzən “köçürülmək” sözünün əvəzinə “təxliyə edildi” işlədilir: “Buna ehtiyac yoxdur. Bu, gəlmə və özünü doğrultmayan sözdür. Yaxud son vaxtlar şərq və qərb dillərindən alınma sözlər dilimizə çox gətirilir”.

N.Cəfərovun sözlərinə görə, daha təhlükəli hal budur ki, gəlmə sözlər sonralar ana dilimizin sözlərini dildən çıxarır, onun yerini tutur.

N.Cəfərov qeyd edib ki, alınma sözlər elmi üslübda olan danışıq və yazı zamanı istifadə edilə bilər: "Çünki belə üslubda terminlərdən çox istifadə edilir. Amma publisistik üslübda, radio-televiziyanın, mətbuatın dilində, danışıq dilində buna ehtiyac yoxdur".

Dilçi alim hesab edir ki, Azərbaycan dilinin orfoqrafiya lüğətində, eləcə də digər lüğətlərdə bu prinsiplərə əməl etmək, elmi-tədqiqat işlərində bu məsələləri qaldırmaq lazımdır.

Onun fikrincə, Azərbaycan dilinin saflığının qorunması ilk növbədə KİV-lərdən asılıdır: “Doğrudur, Milli Teleradio Şurası Dilçilik İnstitutu ilə birgə monitorinqlər keçirir. Ancaq bu zaman onlardilin normasının pozulması hallarını göstərirlər. Təəssüf ki, bu, ancaq göstərməklə də bitir”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasını vacib saydığını deyib. Prezident İlham Əliyev bildirib ki, bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində kənar kəlmələrdən istifadə edilir: “Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”.

 

 




Baxış sayı: 2 204
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib Bu gün, 21:00 XİN: Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik Bu gün, 20:00 Kobaxidze Paşinyanla sülh prosesinin gedişini müzakirə edib Bu gün, 20:00 МИД: Решительно отвергаем и осуждаем антиазербайджанские заявления министра иностранных дел Франции Bu gün, 17:00 State program for improving transport infrastructure in Baku and surrounding areas approved - ORDER Bu gün, 16:00 Baxtiyar Saidov: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır Bu gün, 12:00 Azərbaycan regional layihələrin icrasında aparıcı rol oynayır Bu gün, 10:30 “Azərbaycanın musiqi qalası Şuşa” kitabı Türkiyədə nəşr olunub Bu gün, 10:00 Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək Bu gün, 10:00 Trampın bəzi fərmanları ABŞ ordusunda panika yaradıb Bu gün, 09:00 Ombudsman: Səsvermə zamanı hüquq pozuntusu və hər hansı dövlət qurumunun müdaxiləsi müşahidə olunmayıb Bu gün, 07:30 Gürcüstan mediası Prezident İlham Əliyevin nəqliyyat məsələləri ilə bağlı müşavirədəki çıxışından yazıb Dünən, 20:30 Turkish Foreign Minister hails high-level relations with Azerbaijan and Uzbekistan Dünən, 18:30 Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşü olub Dünən, 17:00 Hakan Fidan: Orta Dəhliz Asiya ilə Avropa arasında ticarətin ən təhlükəsiz və sərfəli arteriyasıdır Dünən, 16:30 Algerian TV Channel airs documentary on Azerbaijan Dünən, 15:30 Əcnəbi telekanalda Azərbaycan haqqında sənədli film nümayiş olunub Dünən, 11:30 Tanınmış futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür Dünən, 11:00 Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib Dünən, 11:00 Bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar mətbuat konfransı təşkil olunub Dünən, 10:30 Putin Rusiya-Ukrayna müharibəsinin bitməsinin mümkün tarixlərini açıqlayıb Dünən, 10:00 Şəhid Əmir Kazımovun bu gün doğum günüdür Dünən, 08:00 İmmiqrasiya Fransa hökuməti daxilində fikir ayrılığına səbəb olub 28-01-2025, 20:00 Türkiyə XİN: Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüşlər həmrəyliyin göstəricisidir 28-01-2025, 18:30 Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib 28-01-2025, 17:30 Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir - PREZİDENT 28-01-2025, 16:30 Western Azerbaijan Community’s letter to UN Secretary-General circulated as official documents of the organization 28-01-2025, 15:00 Magistraturaya sənəd qəbulu başa çatıb - 22 minə yaxın bakalavr ərizəsini təsdiqləyib 28-01-2025, 11:30 İstintaqın əhatə dairəsi genişlənməlidir 28-01-2025, 11:30 Qərbi Azərbaycan İcmasının məktubu Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb 28-01-2025, 11:00
Köşə yazarları
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031