FACT-INFO.AZ » SİYASƏT » Baxtiyar Saidov: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır
30-01-2025, 12:00 | SİYASƏT
Baxtiyar Saidov: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır

Özbəkistan, Türkiyə və Azərbaycan arasında üçtərəfli dialoq formatı üç türk dövlətinin möhkəm və səmərəli əməkdaşlıq platformasını formalaşdırır. Bu uğurun əldə edilməsində dövlətlərarası münasibətləri yüksək səviyyəyə qaldıran ölkələrimizin liderlərinin böyük rolu var. Fact-info.az xəbər verir ki, bunu Özbəkistan XİN rəhbəri Baxtiyar Saidov Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair keçirilmiş birgə mətbuat konfransında söyləyib.

Nazir Özbəkistan və Türkiyə arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını xatırladaraq, Azərbaycanla müttəfiqlik münasibətlərinin də yüksək səviyyədə olduğunu vurğulayıb.

O qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq ölkələr qarşısında yeni imkanlar açır. “Son illər dövlətlərimiz arasında qarşılıqlı fəaliyyət misli görünməmiş səviyyəyə yüksəlib. Xarici siyasətdə mövqelərimiz yaxınlaşır, dinamika müşahidə olunur, əməkdaşlığın yeni istiqamətləri müəyyən olunur”, - deyə B.Saidov söyləyib. O, Daşkəndin Bakı və Ankara ilə strateji dialoqun daha da möhkəmləndirilməsinə hazır olduğunu qeyd edib.

Özbəkistan XİN rəhbəri Prezident Şavkat Mirziyoyevin rəhbərliyi altında həyata keçirilən ölkənin açıq, praqmatik və təşəbbüskar siyasi kursuna diqqət çəkib. “Müasir dövrün böhran və çağırışlarına baxmayaraq, Daşkənd Mərkəzi Asiya ölkələri ilə mehriban qonşuluq əlaqələrinin dərinləşdirilməsi kursunu davam etdirir, dünyanın müxtəlif nöqtələrində tərəfdaşları ilə əməkdaşlığı inkişaf etdirir”, - deyə o söyləyib.

Nazirin sözlərinə görə, türk dövlətləri ilə əlaqələr, o cümlədən nəqliyyat dəhlizlərinin inkişafı Özbəkistan üçün vacib prioritet məsələdir.

B.Saidov trans-Əfqanıstan dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayaraq bildirib ki, “bu, Mərkəzi və Cənubi Asiya arasında ticarətin inkişafı üçün güclü stimul olacaq, ümumilikdə dünya ticarətinə müsbət təsir göstərəcək”.

Sonda özbəkistanlı nazir ölkəsinin turizm və mədəniyyət sahəsində Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsinə hazır olduğunu qeyd edib, həmçinin Bakıya böyük beynəlxalq tədbirlərin təşkil edilməsində uğurlar arzulayıb.




Baxış sayı: 150
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30