FACT-INFO.AZ » SİYASƏT » İmmiqrasiya Fransa hökuməti daxilində fikir ayrılığına səbəb olub
28-01-2025, 20:00 | SİYASƏT
İmmiqrasiya Fransa hökuməti daxilində fikir ayrılığına səbəb olub

Fransada miqrasiya məsələləri ilə bağlı hökumət daxilində fikir ayrılıqları davam edir. Daxili işlər naziri Brüno Rötayo immiqrasiyanı ölkə üçün zərərli hesab edir və bu sahədə sərtləşdirici tədbirlərin görülməsini müdafiə edir. Bunun əksinə olaraq, iqtisadiyyat, maliyyə və vergi naziri Erik Lombard immiqrasiyanın iqtisadi faydalarını vurğulayaraq Fransanın immiqrasiya ölkəsi olaraq qalmalı olduğunu bildirir. 

 Brüno Rötayo qeyri-qanuni immiqrasiyaya qarşı daha sərt yanaşmanın tətbiqinə çağıraraq sənədsiz immiqrantların qanuniləşdirilməsi meyarlarını sərtləşdirən yeni direktivlər təqdim edib. O, bununla ölkəyə qeyri-qanuni yolla gələnlərin sayını azaltmağı hədəfləyir. Nazir qeyd edib ki, yeni sirkulyar 2012-ci ildə qəbul edilmiş və yaşayış icazələrinin verilməsində prefektlərin səlahiyyətlərini genişləndirən Valls sirkulyarını sərtləşdirir.

Bununla belə, Erik Lombard immiqrasiyanın Fransa iqtisadiyyatı üçün vacib olduğunu bildirərək, “Şirkətlərdə, fabriklərdə və xəstəxanalarda iş yerlərini doldurmalıyıq”, deyə mövqeyini müdafiə edib. O, immiqrasiyanın iqtisadi inkişaf və işçi qüvvəsinin təminatı baxımından əhəmiyyətini önə çəkib.

Yeni direktivlər hökumət daxilində ziddiyyətləri daha da artırıb. İqtisadiyyat və maliyyə naziri, daxili işlər nazirinin yanaşmasını tənqid edərək, bu mövzuda hökumət daxilində fərqli baxışların olduğunu vurğulayıb.

Daxili işlər nazirinin təqdim etdiyi yeni qaydalar solçu və sağçı partiyaların, eləcə də müxtəlif siyasi qüvvələrin tənqidinə səbəb olub. “Əyilməz Fransa” partiyasından olan deputat Kler Löjön bu direktivlərin respublika dəyərlərinə zidd olduğunu və ifrat sağçı ideyalara dəstək kimi qiymətləndirildiyini bildirib.

İfrat sağçı “Milli Birlik” (RN) partiyası isə yeni qaydaları “saxta sərt” adlandıraraq sənədsiz immiqrantların qanuniləşdirilməsi prinsipindən tamamilə imtinaya çağırıb.

Milli Assambleyanın sədri Yael Braun-Pive də yeni direktivlərə qarşı çıxaraq onların inteqrasiya olunmuş və respublika dəyərlərinə uyğun yaşayan əcnəbilərin hüquqlarını məhdudlaşdıra biləcəyindən narahatlığını ifadə edib.

Qeyd edək ki, əvvəlki Valls sirkulyarı hər il təxminən 30 min insanın qanuniləşdirilməsinə imkan yaradırdı və prefektlərin səlahiyyətlərinə üstünlük verirdi. Yeni qaydalar bu mexanizmi xeyli məhdudlaşdırmağı nəzərdə tutur.




Baxış sayı: 155
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30