Azərbaycanın tanınmış musiqişünas alimi, akademik Zemfira Səfərovanın “Azərbaycanın musiqi qalası Şuşa” kitabı Türkiyədə Türk Ədəbiyyatı Vəqfi yayımları tərəfindən çap olunub. “Azərbaycanın musiqi qalası Şuşa” kitabının nəşrinə böyük dəstək verən Türk Ədəbiyyatı Vəqfinin İdarə Heyətinin rəhbəri Sərhad Kabaklı Kərkükdən Harputa qədər geniş bir coğrafiyanı əhatə edən Türk musiqisinin tarixən zəngin ənənə və örnəklərə malik olduğunu vurğulayıb: “Zemfira xanım bu kitabıyla zəngin musiqi ənənələrinə malik qədim Türk şəhəri olan Şuşanı və Şuşada formalaşan musiqi mədəniyyətini, musiqi mühitini bizlərə tanıtdı. Zemfira xanım bizə dilimiz, adət-ənənəmiz qədər musiqimizin də bir-birinə çox bənzədiyini bir daha sübut etdi. Bu kitabı oxuduqdan sonra mən Harput musiqisinin köklərinin Şuşadan qaynaqladığı qənaətinə gəldim”.
Kitabın tərcüməçisi İmdat Avşar isə bildirib: “Bu kitab sayəsində Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu başda olmaqla Şuşanın ədəbiyyat və musiqi mühitində yetişən neçə-neçə musiqiçini, bəstəkar və xanəndəni oxucular tanıya biləcəklər”.
Baxış sayı: 170
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
