FACT-INFO.AZ » XƏBƏR » Şəhid Əmir Kazımovun bu gün doğum günüdür
29-01-2025, 08:00 | XƏBƏR
Şəhid Əmir Kazımovun bu gün doğum günüdür

44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən  biridir. Uzun tarixi fasilədən sonra ilk dəfə ayağa qalxaraq, işğal altındakı torpaqları azad etdik. Bu, Azərbaycan xalqının və dövlətinin yaşadığı ən şərəfli, vüqarlı, qürurlu günlər idi. Həmin günlərin şahidi olmaq hər bir azərbaycanlı üçün böyük xoşbəxtlikdir. Tarixi yenidən yazan, bizə zəfər sevincini yaşadan qəhrəmanlarımız tərəddüd etmədən ən dəyərli və şirin nemət olan həyatlarından keçiblər. Biz həm cəmiyyət, həm də fərd olaraq onlara borcluyuq. Qəhrəmanlarımız haqqında məlumatları bir yerə toplamaq və daim yeniləmək bizim vəfa borcumuzdur.

Azərbaycanın ərazi bütövlüyü, azadlığı uğrunda fədakarlıq göstərən və bu müqəddəs yolda Şəhidlik zirvəsinə yüksələn hər bir soydaşımız bizim hər birimiz üçün qiymətlidir. Bu gün belə fədakar, cəsur insanlardan biri Əmir Kazımıvdan söhbət açırıq.

 Şəhidimizin anası Xuraman xanım övladının uşaqlıq dövrünə nəzər salır: “Əmir 1998-ci ilin yanvarım 29-da dünyaya gəlib. O. altı yaşında olarkən Şağanda qəsəbəsindəki 124 saylı məktəbə gedib. 4 il orada oxuyandan sonra Şüvələndəki 230 saylı məktəbdə təhsilini davam etdirib. Nümunəvi bir şagird olub. Heç yadımdan çıxmaz. Bir dəfə valideynlər iclasına getmişdim. Elvin müəllim bütün şagirdlərdən narazılıq etdi. Valideynlərə uşaqları ilə bağlı iradlarını bildirdi. Mən çox təəccübləndim. Yalnız Əmirlə bağlı Elvin müəllim çox razılıqla danışdı, hətta digər şagirdlərə nümunə olduğunu göstərdi. Əmirdə ilahi həqiqətə inanmaqla bərabər, güclü mütaliə vərdişləri vardı”.

Əmirdə həm də dənizçi olmaq istəyi, dənizi sevmək eşqi olub. Xuraman xanım Əmirin dənizə olan sevgisindən danışaraq deyib: “Əmirin bibisioğlu  Aşur dənizçi idi. Aşurun dəniz haqqında fikirləri Əmirdə bir coşqu yaratmışdı. O, dənizə, ümumilikdə təbiətə, torpağa sevgilə yanaşırdı. Bu sevgi idi onu Qarabağa, döyüşə aparan güc. Mən bir ana kimi 2020-ci ilin sentyabrın 29-da Əmiri cəbhəyə bir cəsur kimi yola saldım”.    

Əmirin atası İlham Kazımov Şəhidin itkin düşməsinə aydınlıq gətirib: “Oktyabrın 5-dən sonra bizim Əmirlə əlaqəmiz kəsilmişdi. Sonuncu dəfə o, bizə zəng etdi. Mənimlə və anası ilə danışdı. Narahat idi. Elə bil vidalaşırdı. Bizə özümüzü qorumağı, möhkəm olmağı tapşırdı. Mən dedim ki, oğlum sən odun-alovun içindəsən. Sən özündən muğayat ol. Sən özünü qoru. Həmin vaxtdan bizimlə əlaqə kəsilmişdi. Sonradan o, itkin düşmüşdü. Mən onu çox axtardım. Demək olar ki, bütün ünvanlara müraciət etdim. Lakin xəbər yox idi. Bu axtarış müharibə bitəndən sonrada davam edərək, demək olar ki, 52 gün çəkdi. Sonradan biz öyrəndik Əmir 2020-ci ilin oktyabrın 10-da ağır döyüşlər zamanı şəhid olub. Neytral ərazidə qalmışdı.  Yalnız 26 noyabrda onun cənazəsi Xəzər rayonunun Şağan qəsəbəsinə gətirildi və  27 noyabrda dəfn edildi.  Əmir uşaqlıqdan imanlı, vətənpərvər uşaq idi. Onun kiçik toy məclisində masabəyinin ona əsgər gedəcəksənmi sualına, o zaman altı yaşlı Əmir video çəkilişində olduğu kimi, çox qısa cavab vermişdi, “Vətəni qorumaq üçün əgər gedəcəm və erməni bizim düşmənimizdir”. Əmir öz uşaq andına, sözünə sadiq qaldı. Vətəni qorudu, bu yolda Şəhid oldu. Biz Əmiri cəbhəyə yola salanda o, düşündürücü bir fikir bildirmişdi: “Mənim gedişim kimi, dönüşüb də möhtəşəm olacaq”. O zaman biz bu ifadələrə fikir vermədik. Amma bu gün düşünürük, həqiqətən də Əmirin dediyi kimi oldu”.

Şəhidimizin kiçik bacısı Fatimə Əmir haqqında fikirlərini bölüşüb: “Əmirlə mənim aramda 7 yaş fərqi olsa da, bizim çətinliyimiz olanda ona müraciət edərdik. Dərslərimizdə  bizə kömək edirdi. İslam dəyərləri gözəl bildiyi kimi, güclü mütaliəsi vardı.  Biz ondan həm dinimizlə bağlı çox şey öyrəndik, həm də onun kitaba olan sevgisi bizim də mütaliəyə marağımızı yüksəltdi. Əmirin kitab sevgisi tükənməz idi. Əmirin kiməsə acı söz dediyini, narazılığını görməmişik. Çox zarafatcıl idi, üzü gülərdi. Əmir şən, mehriban və bizə yaxşı qardaş olub. Əmirin gülərüzülü  olması şəkillərindən də  görünür. O, qəhrəmandır. Qardaşımla  fəxr etmişik, ömrümüzün sonuna qədər də fəxr edəcəyik...”.  

 Xatırladırıq ki, Əmir  İlham oğlu Kazımov 29 yanvar 1998-ci ildə Xəzər rayonunun Şağan qəsəbəsində anadan olub. O, 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir

2020-ci ilin  27 sentyabrında  Vətən müharibəsi başlayandan sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən zaman Əmir Kazımov şəhid olub. O,  "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  tətif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Fact-info.az




Baxış sayı: 655
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30