FACT-INFO.AZ » CƏMİYYƏT » Bir ata sığalı istəyir könül
23-10-2015, 09:15 | CƏMİYYƏT
Bir ata sığalı istəyir könül

 Uca dağlarla əhatələnmiş kəndin dağlardan başlanğıcını götürüb neçə qola ayrılaraq ilan kimi qıvrılıb axan gur sulu çayı, diş göynədən buz bulaqları, ormana bənzər taxıl zəmiləri, üzüm bağları, şəfalı oylaqları, gülü- çiçəyi ilə insanı valeh edən, füsünkar təbiəti vardı. Suyu saf, havası insan sağlamlığına dərman bu kənddə ailəsi ilə birgə ömür-gün sürürdü Eldar. O, hələ 1941-ci li- müharibənin qanlı-qadalı günlərinin birində atasını itirəndə həyatın yazılmamış qanunlarından baş  çıxarmayan, keşməkeşlərini, əzablarını duymayan qayğısız, südəmər körpə oğlan  uşağı idi. Anası fermada sağıcı işləyirdi. Zəhmətkeş ana qayğısı ilə böyüyüb, boya-başa çatdı, kənddəki səkkizillik orta məktəbi bitirdi o. Hamı kimi Eldar da orta məktəbi bitirib Vətən qarşısında borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollandı.

Həyatın sərt üzünü görən ana bu kəndin şaxtalı-boranlı qışına, qızmar yayının istisinə də dözür, əlinin zəhnəti ilə başını girləyirdi.  Tənha kənd həyatı yaşayan ana əsgər oğlunun məktublarını aldıqda savadı olmadığı üçün onu qohum-qonşulardakı uşaqlara  oxudar, cavabını da onlara yazdırardı. Oğlu cəbhədə olduğu bu iki ildə hər günü bir ilə döndü. Səhər-axşam qəmli  baxışları ağzında şirin dili kimi bəslədiyi, başına pərvanə kimi dolandığı övladının  gəldiyi yollara dikilmişdi.Gözləməkdən “gözünün  kökü saralan ana” günləri sayır,  ciyərparasına qovuşacağı- köksünü fərəhlə dolduracaq anı səbirsizliklə  gözləyirdi. Həmin günlərdə oğlu üçün onlarla bir kənddə yaşayan qumral gözlü bir qızı gözaltı eləmişdi.  Oğlunun nişan gününə gözəl parçalar, örtük üçün kəlağayı, tirmə şal və ətriyyat şeyləri alıb yığmışdı.  Oğlu yanına dönəndən sonra ona nişan aparıb, toy edəcəyi günün xoş məqamları keçirdi xəyalından.

Günlər-aylar ötdü. Nəhayət bir gün bu iki illik ayrılığın sıxıntılı-üzüntülü həsrətinin sonu gəldi. Oğul Vətənə borcunu ödəmiş alnı açıq, üzü ağ bir igid kimi doğma ocağına qayıtdı.  Adətən, cavanlar əsgərlikdən qayıdanda bu kəndin uşaqları özlərinə xas hay-küylə onların qarşısına qaçar, dost-tanışdan, qohum-əqrəbadan müjdə istəyərdilər. Amma bu dəfə payız günü günortadan  xeyli keşmiş əsgər geyimli oğlan səssiz-səmirsiz küçə qapısında görünəndə həyətlərini və anasını qoruyan alabaş itdən başqa bir kimsə gözə dəymədi.  İtin hürməsindən narahat olan anası cəld həyətə düşüb “kimsən?”- deyə soruşdu. Əsgər geyimli oğlanı gördükdə gözlərinə inanmasa da, həyəcan və sevinc içərisində ona tərəf qaçdı. Oğlu xeyli dəyişmiş, uca qamətli bir oğlan görkəmi almışdı. Bəstə boylu,  ağ bənizli  ana oğlunun boynuna qol salıb üzündən öpmək istədikdə əli boynuna çatmadı. Günlərlə ana dodaqlarının şirin öpüşünə həsrət oğul bu görüş üçün mütləq başını  aşağı əyməli oldu. Ana ilə oğul hər ikisi qucaqlaşıb doyunca bir-birini öpdülər. Bircə oğlundan ötrü nigaran qalıb darıxanda göz yaşı axıdan, gözünün nurunu itirən ananın gözlərində sanki bir anlığa nur, işıq parladı.

 Bu şad xəbər bir andaca el-obaya yayıldı. Əsmər xalaya gözaydınlığı vermək üçün dost-tanış, qohum-əqraba onun evinə toplaşdı, sevincinə şərik oldular. Arxasınca su atıb xeyir- dua verərək oğlunu əsgərliyə yola salanda ona uşaq gözü ilə baxan ana indi Eldara bir kişi kimi baxırdı. Əsgərlik həyatı onu həm görkəmcə, həm də xasiyyətcə çox dəyişmişdi. Hər gün Əsmər xala balasının şümşad boyuna baxıb, “şükür Allahın birliyinə”- deyib dərindən köks ötürür, öz-özünə, ürəyində götür-qoy edir, onu evləndirmıək barədə düşünürdü.

Bir yay günü səhər çağı günəş təzəcə üfüqdən boylanırdı. Qızılı tellərini torpağa sərirdi, quşlar goy budaqlara qonub cəh-cəh vururdu. Ana-bala süfrəyə əyləşib səhər yeməyi yeyirdilər. Gözaltı Əsmər  xala fərəh hissilə oğlunun boyuna baxıb ürəyində: “Daha böyük kişidir, gərək onu evləndirim. Həm o vaxtında oğul-uşaq sahibi olar, həm də mənim qol-qanadım açılar.  Qoy mənim də xörəyimi gəlin bişirsin, qarşıma bir stəkan çay gətirsin”.

Doğrudan da ananın arzusu çin oldu.  Ümidini ancaq ona bağlayan ağbirçək ananın məsləhətinə Eldar əməl etməyə razı oldu. O, ailə quracağı qızla bulaq üstə görüşüb  söhbət etdi. Ona könül verdi. Beləliklə, yurdumun “su sonası”na bənzər bir qızla ailə həyatı qurdu. Ana övladına yaxınların-doğmaların köməyi ilə, el adəti ilə nişan-toy elədi. Bu ocağa qırmızı duvaqlı, qədəmləri sayalı bir gözəl təşrif gətirdi.  İndi bu kasıb komada süfrə başında təkcə ana-oğul deyil, özüylə bu evə yeni səadət gətirən,  qaynanası onu səsləyəndə “bəli-xeyir” deyib hörmətini saxlayan ismətli bir gəlin də əyləşirdi. O, hər gün səhər tezdən ev-eşiyi səhmana salar, biş-düşlə məşğul olardı. Günlər-aylar beləcə ötüşürdü. İndi isə ananın ürəyində başqa bir arzu baş qaldırmışdı: nəvə keçirdi ürəyindən. Hərdən ətrafına göz gəzdirərək:  “Bircə nəvələrim bu otaqlarda iməkləyib ətəyimdən tutaydılar. Dillərindən ana, ata, nənə kəlmələrini eşidəydim.  O  günü də görsəydim dərdim olmazdı heç”- deyirdi. Gah da köks ötürərək: “Allaha ümid bağlayab ətəyindən tutmuşam, mən də onun bir quluyam, yəqin ki, bir  gün gün səsimi eşidər” kimi kəlmələr işlədərdi. Bu arzusuna da  öz vədəsində yetdi beləcə Əsmər xala. Tanrının bəxş etdiyi şirin nemət- nəvədən də ona pay düşdü. Eldarın bir-birinin ardınca iki oğlu dünyaya  gəldi. Kənd həyatı ürəyincə olsa da, burada iş şəraitinin yaxşı  olmadığını və dolanışığın çətinliyini görən Eldar Bakıya işləməyə getməli oldu. Zavodda işlə təmin olundu.  Bir neçə il burada çalışdıqdan sonra zavod rəhbərliyi tərəfindən evlə təmin edildi.  Şəhərdən kəndə, kənddən-şəhərə mütəmadi gediş-gəliş onu bezdirdiyindən birdəfəlik ailəsi ilə birgə  şəhərə köçdü və  buranın daimi sakini oldu. Kənd həyatına alışmış anası isə isti ocağından, el-obasından ayrı düşməyin ona asan gəlmədiyini etiraf etdi. Eldar anasının kənddə tənha qalması ilə razılaşmasa da, Əsmər xala təkidlə  burada qalacağını bildirdi: “Ay bala, öz elim-günümdü. Sənsiz burada baş girləyəndə bir quş da səkməzdi. İndi nədən qorxuram? Narahat olma!”

Oğlunun şəhərdəki  mənzilində dəfələrlə qonaq olub gəlini və nəvələri ilə mənalı anlar yaşasa da, yenidən doğma yurd-yuvasına qayıdardı. Oğlu: “Ay ana,  sənin orada kimin var”, - deyə qayıdışına etirazını bildirəndə, Əsmər  xala: “bala, qoy  öləndə də evimdə ölüm,  məni öz kəndimizdə basdırarsan”- deyə kövrələrdi. Sən demə, aqibətini bilirmiş, Əsmər xala. Günlərin bir günü bu inadkar qadın    gözlərini qapayıb dünyasını dəyişəndə ətrafında nə oğlu- gəlini, nə də nəvələri vardı. Sarsıdıcı ölüm xəbərini eşidən ailə üzvləri və kənd camaatı onun dəfninə toplaşdılar.Ömrünün sonunadək bu torpağa, elə-elata bütün varlığı ilə  bağlı vəfalı qadını kənd camaatı son mənzilə yola saldı. Böyükdən tutmuş kiçiyə kimi bu dünya görmüş ağbirçək qadının  ruhuna rəhmət dilədilər.

Anasının yas  mərasimi başa çatdıqdan sonra Eldar  Bakıdakı mənzilinə qayıtdı. Ailə  qayğıları ilə  məşğul olmağa başladı. Günlər-aylar ötüb,  fəsillər bir-birini əvəz etdikcə gənc ata-ananın  yaşı üstə  yaş gəlir, onların oğlan  övladları isə böyüyürdü. İki oğul bəsləyən Sona indi də qız övladının  dünyaya ***gəlməsini arzulayırdı:  “Qız ananın dərdinə şərik çıxır.  Allah mənə bir qız övladı da versəydi, o, mənə  həyan olar, canım ağrıyanda başımın üstünü alar, bir içim su verər”- deyə gülümsəyərək düşünərdi.

Sonanın gözəl qız balası da dünyaya gəldi. Eşidənlər: “Axır ki, Sona arzusuna çatdı, elə hey qızım olsun deməkdən dilinin  ucunda göy ot bitmişdi. Bu da qız, “qız yükü-duz yükü”, di gəl onun ağırlığının altından çıx görüm, necə çsxsrsan?- deyə sorğu-sual edirdilər. Sona isə: “Mənim qızım barədə heç bir nigarançılığım yoxdur. Ona gərə ki, qız var ki, on oğula dəyər. Elə mənim də qızım on oğula dəyən övlad olacaq!”- deyə arxayınlıqla cavab verirdi.

Aytən dünyaya gəldiyi gündən Sonanın həyatına bir şadyanalıq çökmüşdü.  Fərəhi yerə-göyə sığmırdı. Qəlb arzusu sandığı ərköyün qızının hər bir qayğısını çəkir, onu göz bəbəyi kimi  qoruyurdu. Hərdən də şirin-şəkər, gül  qızının ipək,  xurmayı tellərini darağa bənzər barmaqları  arasına keçirərək “Arzu qızım” mahnısının sətirlərini asta-asta zümzümə edərək,  qızını oxşayar, nazını çəkərdi:

- “Ay mənim arzu qızım”-  deyə  mahnını asta-asta zümzümə edir, qızını nazlayıb bağrına basırdı:

                                   - “Ay mənim arzu qızım, ömrümün yazı qızım”

                                     Arzu qızım!!!           

İllər ötdü.... Aytən məktəbə getdi. Məktəbi bitirdi.Qarabəniz, suyu şirin bir qızdı. Görənlər onu nənəsinə bənzədirdilər. Elə gülər üzlü, xoş xasiyyət atası özü də onu anam,- deyə səsləyirdi. O, mehribanlıqla qızının saçlarını tumarlayıb: “lap anama oxşayır, zərrəcə yanılmamışam, anamdı mənim”- deyib fərəh hissi keçirərdi. Onda  qızlara xas olan xanım-xatunluq,  fərqli xüsusiyyət özünü büruzə verdikdə hər kəsin diqqətini cəlb edirdi. Qonşular bir gün ona elçi gəldiyini eşitdilər. Anasının razılıq verdiyini biləndə:  “Sona, qızı nə tez ərə verirsən, o, nə ev-eşik, ər-uşaq qədri biləcək axı,  özü hələ  uşaqdır”-  deyənlər oldu.

Bir gün həmin qonşular gözlənilmədən Aytənin nişan-toy gününə dəvət olunub, onun məclisinə toplaşdılar. Gəlin paltarında qız  tavanda  bərq  vurub otağı işıqlandıran  çıraqdan fərqlənmirdi. Bu gün o  həmişəkindən qat-qat gözəl  görünürdü.  Əlində bir dəstə çiçək bəylə qoşa məclisin  yuxarı başında əyləşdi Aytən. Anası, qardaşları, dost-tanışlar, bütün qohumlar-qonşular hərəsi öz   gözəl hədiyyəsi ilə onu təbrik edir,  xoşbəxtlik diləyirdilər. Bu dostlar-doğmalar  içində onu yola salacaq bir nəfər gözə dəymirdi. O da atası Eldar idi. İlk övladı Elçinin toyundan sonra ağır   xəstəlikdən dünyasını dəyişmişdi Eldar... Aytənin doğmaları ata xeyir-duasını Eldarın əmisi oğlu Sabirə həvalə etdilər. Bu təklifi qəbul etmək bir qədər çətin olsa da, Sabir kişi bunu özünə borc bilib el əhlinin sözünü yerə salmadı. Ani zaman kəsiyində atanı əvəz etməli olan  əmioğlu dünya görmüş ağsaqqal kimi:  “Qızım, get xoşbəxt ol, çörəyin bişmiş, suyun gəlmiş olsun, çırağın həmişə gur yansın” deyərək xeyir-dua verib, alqışlar sədası altında səadət dolu günlər arzuladı. Aytən “Vağzalı” sədaları ilə həyatına yar olacağı bəylə qoşa addımlayır, sehrinə düşdüyü bu bəxtəvər anların şirinliyini yaşayırdı. Sanki bu yerdə illərlə əməkdən-zəhmətdən yorulmayan qabarlı ata əlinin sığalına ehtiyac duydu gəlin qız.  Güldən-çiçəkdən incə, zərif üzlü Aytən atalı ötüşən xoşbəxt günləri, ayları bir anlığa xatırladı... Və gözlərində yaş gilələri inci  təki   parladı. Onu yolundan saxlayaraq  üz-üzə, göz-gözə dayanan anasının: “Get bala, bu gündən atan qaynatan, anan isə qaynanandır” sözləri qulaqlarında təkrarlandı... Kövrək qəlbli Aytənin lal və səmimi baxışlı gözlərində parlayan incələr qızaran yanaqlarından süzüldü. “Vağzalı” çalındı, ağ göyərçinə bənzəyən gül üzlü gözəl qəlbinə daha yaxın və əziz olan insanların əhatəsində bəzəkli maşına doğru addımladı. Aylı gecənin qaranlığını qovan rəngli lampaların, sağ-solunda yanan şamların işığında ünvanına doğru bir cüt göyərçin pərvazlanırdı sanki...

 

  Nailə Süleymanlı




Baxış sayı: 2 169
Baxtiyar Saidov: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır Bu gün, 12:00 Azərbaycan regional layihələrin icrasında aparıcı rol oynayır Bu gün, 10:30 “Azərbaycanın musiqi qalası Şuşa” kitabı Türkiyədə nəşr olunub Bu gün, 10:00 Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək Bu gün, 10:00 Trampın bəzi fərmanları ABŞ ordusunda panika yaradıb Bu gün, 09:00 Ombudsman: Səsvermə zamanı hüquq pozuntusu və hər hansı dövlət qurumunun müdaxiləsi müşahidə olunmayıb Bu gün, 07:30 Gürcüstan mediası Prezident İlham Əliyevin nəqliyyat məsələləri ilə bağlı müşavirədəki çıxışından yazıb Dünən, 20:30 Turkish Foreign Minister hails high-level relations with Azerbaijan and Uzbekistan Dünən, 18:30 Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşü olub Dünən, 17:00 Hakan Fidan: Orta Dəhliz Asiya ilə Avropa arasında ticarətin ən təhlükəsiz və sərfəli arteriyasıdır Dünən, 16:30 Algerian TV Channel airs documentary on Azerbaijan Dünən, 15:30 Əcnəbi telekanalda Azərbaycan haqqında sənədli film nümayiş olunub Dünən, 11:30 Tanınmış futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür Dünən, 11:00 Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib Dünən, 11:00 Bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar mətbuat konfransı təşkil olunub Dünən, 10:30 Putin Rusiya-Ukrayna müharibəsinin bitməsinin mümkün tarixlərini açıqlayıb Dünən, 10:00 Şəhid Əmir Kazımovun bu gün doğum günüdür Dünən, 08:00 İmmiqrasiya Fransa hökuməti daxilində fikir ayrılığına səbəb olub 28-01-2025, 20:00 Türkiyə XİN: Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüşlər həmrəyliyin göstəricisidir 28-01-2025, 18:30 Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib 28-01-2025, 17:30 Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir - PREZİDENT 28-01-2025, 16:30 Western Azerbaijan Community’s letter to UN Secretary-General circulated as official documents of the organization 28-01-2025, 15:00 Magistraturaya sənəd qəbulu başa çatıb - 22 minə yaxın bakalavr ərizəsini təsdiqləyib 28-01-2025, 11:30 İstintaqın əhatə dairəsi genişlənməlidir 28-01-2025, 11:30 Qərbi Azərbaycan İcmasının məktubu Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb 28-01-2025, 11:00 DİN süni intellektlə bağlı xəbərdarlıq edib 28-01-2025, 10:30 Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib 27-01-2025, 20:00 Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı 27-01-2025, 16:00 Azad edilmiş ərazilərdə daha 177 mina, 208 PHS aşkarlanıb 27-01-2025, 15:30 Ömrünü millətinin maariflənməsi və tərəqqisinə sərf edən ədib 27-01-2025, 14:30
Köşə yazarları
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031