FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » İran prezidentinin Azərbaycan səfərinin əhəmiyyəti və gözləntiləri
29-04-2025, 14:30 | TƏDQİQATLAR-ANALITIKA
İran prezidentinin Azərbaycan səfərinin əhəmiyyəti və gözləntiləri

 İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri çox mühüm bir diplomatik hadisə olmaqla yanaşı, həm də tarixi bir səfər kimi mühüm əhəmiyyət daşıyır. Xüsusi qeyd etmək lazımdır ki,Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra İranla Azərbaycan arasında ilk dəfə belə yüksək səviyyədə dialoq reallaşdı.İki ölkə  prezidentlərin Bakı  görüşünü Azərbaycanla İran arasında münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirən mühüm siyasi gediş də adlandırmaq olar.
İran prezidentinin  çox geniş tərkibdə nümayəndə heyəti ilə  Bakıya gəlməsi, heyətdə yüksək səviyyəli dövlət adamlarının ilə yanaşı, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələrinin,İranın şimal-qərbində yerləşən vilayətlərin valilərinin və  özəl sektorun müxtəlif sahələrdə çalışan çoxsaylı nümayəndələrinin yer alması  faktının özü rəsmi Tehranın Bakı ilə münasibətlərdə yeni səhifə açmağa marağının göstəricisidir.Bu,müxtəlif səpgili amillərlə şərtlənir.Azərbaycan-İran münasibətlərinin əsas səciyyəvi cəhətlərindən bir budur ki,bu münasibətlər çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib.Bu münasibətlərin formalaşması və inkişafında ikitərəfli əlaqələrlə yanaşı,həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb.Bu baxımdan İranın Azərbaycana münasibətdə əlaqələrinin normal məcrada inkişafı istəyi  xeyli dərəcədə dünyada gedən proseslərin təsiri, Yeni Dünya Düzəninin formalaşması prosesində dünyanın çox mürəkkəb və  təhlükəli  mərhələlərdən birini yaşamağa başlaması,regionda İran ətrafında yaranan və gərginləşən geosiyasi vəziyyətdə İranın Azərbaycanla münasibətləri nizama salınması və  yeni səhifənin açılmasını təkcə zəruri deyil, həm də qaçılmaz etməsi ilə əlaqdədardır. Bu kontekstdə Azərbaycanla münasibətlərin normallaşması və etimadın bərpası İran üçün çox mühüm  əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu səbəbdən İran prezidenti Məsud Pezeşkian  Bakıya səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı və problemlərin həlli istiqamətində bir sıra ciddi mesajlar verdi.İran prezidenti öz bəyanatında bildirdi ki: "çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə-sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik".... "Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq." Mən həmin qətiyyəti, həmçinin qardaşımızda-Azırbaycan prezidenti İlham Əliyevdə görürəm. "Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq."..."Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm. Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq. Çox şadam ki, Sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonrakı nəsillər üçün möhkəm gələcək quraq. Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq."
 Azərbaycan prezidenti öz bəyatında bildirb ki,."İran prezidentinin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Məramımız, məqsədimiz birdir-Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır." 
 Azərbaycan və İran prezidentlərinin  Birgə Bəyanatı ilə  yanaşı,digər sənədlər,o cümlədən "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı", 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı" imzalanıb.
Danışıqlar zamanı əməkdaşlığın geniş spektirləri müzakirə olunarkən  xüsusi  vurğulandı ki, yaxın qonşuluq və xalqlar arasındakı tarixi-dini bağlar Azərbaycanla İran arasında davamlı münasibətləri həmişə zəruri edib.Məhz bunun nəticəsidir ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi daim artan xətt üzrə inkişaf edir.2024-cü ildə iki ölkə arasıdakı ticarət dövriyyəsi özündən əvvlki illə nisbətdə 33 faiz artaraq 647 milyon ABŞ dollarına çatıb.Bunun   633  milyon dollardan çoxunu Azərbaycanın İrandan idxal etdiyi malların, 14 milyon dollarını isə Azərbaycandan İrana ixrac olunmuş məhsulların dəyəri təşkil edib.İki ölkə arasında ticarət dövriyyəsində Azərbaycanın İrana ixracı idxaldan 45 dəfə azdır əbu sahədə mənfi saldo 619  milyon dollar təşkil edir.Ümumiyyətlə isə  ticarət əlaqələrinin səviyyəsi  hər iki ölkənin potensial  imkanlarlndan aşağıdır.Ona görə ticarət dövriyyəsinin,eləcə də Azəbaycanın İrana ixracını artırmaqdan ötrü siyasi əlaqələrin gücləndirilməsinin məntiqi davamı kimi  əlavə tədbirlərin də görülməsinə,o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması,iş adamları arasında əlaqələrin genişləndirilməsi və digər istqamətlərdə fəaliyyətin dərinləşdirlməsinə  ehtiyac var.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinin ən diqqətçəkən və mühüm məqamlarndan bir budur ki, çox yüksək  diplomatik səviyyədə  baş tutan rəsmi səfər, bütün görüşlərdə və tədbirlərdə eyni səviyyədə səmimiyyətlə müşayət olundu. Bu özünü  Azərbaycan-İran biznes-forumunda daha qabarıq şəkildə  göstərdi. Azərbaycan prezidenti həmin forumdakı çıxışında bildirdi ki, İran İslam Respublikasının Prezidenti cənab Pezeşkianın Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir.Bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Əlbəttə, biz istərdik ki, ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin. Əfsuslar olsun ki, bu günə qədər bu, belə olmayıb. Ancaq əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik". 
 İran Prezidenti Prezident Məsud Pezeşkian öz çıxışında  bildirib ki,Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz qardaşım cənab İlham Əliyevə bizə göstərdikləri qonaqpərvərliyə, bizi səmimi qarşıladıqlarına, qarşılıqlı əlaqələrimizin konstruktiv şəkildə davam etməsi ilə əlaqədar ümidverici bəyanatına görə bir daha təşəkkürümü bildirirəm... Ümid edirəm ki, bu, növbəti uğurun başlanğıcı olacaq."
İran prezidentinin  Azərbaycan səfərinin gündəm yaradan əsas mövzusu,bəlkə də zirvəsi sayılan hadisə  isə Azərbaycan-İran Biznes Forumunda görkəmli Cənubi Azərbaycanlı şairi Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasının əsas qayəsini təşkil edən iki bəndlik  seir parçasının səsləndirməsi oldu:
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.
Hazırda dünyada gedən proseslərin  təsiri ilə Yeni Dünya Düzəninin formalaşması üçün zəruri olan dəyişikliklər bir sıra dövlətlərin öz siyasətini əsaslı surətdə korrekttə edib, dəyişdirməsini obyektiv zərurətə çevirib.Bu kontekstdə İran prezidentinin Azərbaycana səfərinin əsas nəticələrindən biri budur ki,Azərbaycanla İran arasında münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirən dövlətlərarası münasibətlərin bundan sonrakı mərhələsinin  əsas konturları Bakıda müəyyən olundu.Bəyan olundu ki, hər iki tərəfin məram və məqsədi-Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.İran prezidentinin  Bakıda "Heydərbabaya salam"  poemasının əsas qayəsini səsləndirməsi bu səfərinin çox mühüm mesajıdır.Bu səfər regionda strateji əməkdaşlıq və qarşılıqlı inamı gücləndirmək,hər iki tərəfin potensialını artırmaq üçün böyük bir fürsət təqdim edir.Bu fürsətin  real işə çevrilməsi,qəbul edilmiş qərarların iki ölkə arasındakı münasibətləri yeni mərhələyə daşıması,yaxın perspektivdə Azərbaycan-İran münasibətlərində köklü dəyişikliklərə start verilməsi və bundan sonra  bu  əlaqələrini uzun illər yüksələn xətlə davam etməsi üçün İran tərəfindən Azərbaycana münasibətdə  fikirdə,sözdə və əməldə hələ çox iş görülməlidir.Bu baxımdan İran prezidentinin Azərbaycan səfərinin böyük əhəmiyyəti  olduğu kimi, gözləntiləri də çox böyükdür...

Əli Məsimli
Millət  vəkili 




Baxış sayı: 345
6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Bu gün, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Bu gün, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Bu gün, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Bu gün, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Bu gün, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi Dünən, 20:30 Ruhun Bayraqla Yüksəlişi Dünən, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər Dünən, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb Dünən, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30 Georgian PM: We want to develop relations with Azerbaijan even further 23-07-2026, 17:30 Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub 23-07-2026, 16:30 Поэзия Хуршидбану Натаван и литературная среда «Меджлиси-унс» 23-07-2026, 14:30 "Böyük amallar və arzular şairi" kitabı işıq üzü görüb 23-07-2026, 11:00 Tarif Şurasının bəzi dərmanlarla bağlı qərarı 23-07-2026, 10:00 D vitamini almaq üçün nə qədər günəş altında qalaq? 23-07-2026, 10:00 Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib 23-07-2026, 09:30 Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi təşkil olunub 23-07-2026, 09:00 Beynəlxalq hesabatda Azərbaycanın elektromobil infrastrukturunun inkişafı siyasətinə istinad olunub 22-07-2026, 21:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031