FACT-INFO.AZ » AKTUAL » Rəşad Zeynalov: “Bizim oxuduğumuz dövrdə tibb təhsili müasir standratlara cavab vermirdi”
23-12-2017, 13:05 | AKTUAL
Rəşad Zeynalov: “Bizim oxuduğumuz dövrdə tibb təhsili müasir standratlara cavab vermirdi”

- Azərbaycanda xeyli klinikaların fəaliyyət göstərdiyi və gündən-günə daha da artdığı şəraitdə rəhbərlik etdiyiniz bu klinika fəaliyyətini necə davam etdirir. Belə rəqabət mühitində fəaliyyətiniz möcvud standartlara tam cavab verirmi?

- Əvvəllər Güven klinikasında ciddi problemlər olub. Mən bu struktura 2017-ci ilin əvvəlindən rəhbərlik edirəm. İlk fəaliyyətim bu klinikada kadr islahatlarından başlandı. Xaricdə mükəmməl tibb təhsili alan peşəkar həkimləri bura cəlb edə bildik. Yəni Türkiyəyə kursa gedən yox, tam tibb təhsili almış kadrlardan söhbət gedir. Biz çalışırdıq ki, klinikanın nüfuzu qalxsın. Digər bir məsələ var. Bir çox hallarda Azərbaycanda xəstə xəstəxananın nüfuzuna, adına görə deyil, oradakı tanıdığı həkimə görə müraciət edir. Bu doğru deyil. Həm xəstəxananın adı, həm də həkimin nüfuzu öndə olmalıdır. Bu baxımdan düşünürəm ki, Güvən klinikasında önəmli işlər görə bilmişik. Çoxda böyük olmayan kollektivlə normal iş prinsipi yarada bilmişik.

-.Azərbaycanın tibb sahəsində tətbiq olunan yeniliklər, ümumiyyətlə, islahatlar öz effektiv nəticələrini verirmi?

- Bizim tibb təhsilimiz 10-15 il geri qalmışdı. Mənim fikrimcə, bu ciddi problem idi. Nəhayyət son dövrlər Azərbaycan Tibb Universitetində mən bildiyim qədər islahatlara başlanılıb. Xüsusilə, kadr dəyişiklikləri davam edir. Bir sıra xarici universitetlərlə geniş əməkdaşlığa başlanılıb. Xaricdən tanınmış professorlar dəvət olunur. Bu təcrübə mübadiləsi, tələbələrin xaricdə təcrübə keçmələri, təhsillərini davam etdirmələri yaxşı nəticələr verəcək. Beynəlxalq tibb təhsil sisteminə inteqrasiya vacib məqamdır. Ümimiyyətlə, Tibb Universitetində vaxtılə mövcud olmuş qeyri şəffaf mühit tibb təhsilinə mənfi təsir göstərmişdi. Mən də o zaman təhsil alırdım. Belə problemlərlə üzləşməmək üçün gecə-gündüz oxuyub çalışırdım. Düşünürəm ki, bu gün belə problemlər aradan qalxmaqdadır. Mən bildiyim qədər indi Tibb Universitetində şəffaf mühit formalaşıb.

-Deməli, şəffaf mühit üçün mexanizm formalaşmalıdır?

-Təbii ki, mexanizm vacib məqamdır. Vaxtilə bir sıra sənədləri rəsmi qurumlardan alarkən nə qədər probemlə üzləşirdik. Sonradan Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan Asan Xidmət mərkəzlərinin fəaliyyəti bu problemləri tam aradan qaldırdı. Bu gün heç kim deyə bilməz ki, Asan Xidmətdə kimdənsə rüşvət tələb olunur. Bu işin mexanizmi tapıldı. Təhsil sistemində də müsbət nəticələrə nail olmaq üçün onun mexanizmini tapmaq lazımdır.

-Xarici ölkələrin elm mərkəzləri, tanınmış tibb klinikaları ilə əməkdaşlığınız necə davam etdirilir? Beynəlxalq təcrübədən yararlanmaq və ümumilikdə həyata keçirilən yeniliklər Azərbaycanın tibb sahəsinə necə təsir göstərir?

-Bizdə Türkiyədə, Rusiyada təhsil almış kadrlar çalışır.Əslində türk məktəbi anlayışı yoxdu. Türkiyə Avropa və ABŞ təhsilindən qaynaqlanır, inkişaf edir. İndi tibb sahəsində elədir ki, bir elmi məqalə yazmaq, yeni bir şey tapmaq çətindir. Bu sahədə yeni baxışlar olur, yeni mülahizələr olur. Təsdiq olunmuş elmi təcrübəyə yeni baxışlar, fərqli yanaşmalar sərgiləmək mümkündür. Mənim düşüncəmə görə, bütün hallarda beynəlxalq aləmlə, nüfuzlu təhsil ocaqları ilə əməkdaşlıq davam etməlidir. Bizim həkimlərimiz mütəmadi olaraq beynəlxalq konfranslarda iştirak edirlər. Mənim əcnəbi tibb alimləri ilə hər həftə internet bağlatılarım olur. Müxtəlif qruplar var. Orada xəstəliklər haqqında video müzakirələrimiz hər həftə davam edir. Bu müzakirələr zamanı tibb sahəsində ortaya çıxan yeniliklər, fərqli baxışlarla tanışlıq imkanı yaranır. Bizim tibb sahəsində anlaya bilmədiyimiz məqamları orada müzakirəyə çıxarırıq. Belə elmi müzakirələr dünyanın çox tanınmış alimləri ilə internet vasitəsilə mütəmadi aparılır. Belə müzakirələr bizim işimizə effektli təsir edir.

-Bu gün ciddi dəyişiklikliyə nail olmaq üçün tibb təhsilində nəyi etmək zəruridir?

-Kafedralarda dəyişikliklər zəruridir. Müasir düşüncəli kadrların Tibb Universitinin kafedralarına gətirilməsi bir çox məsələlərin müsbət həllinə təsir edəcək. Mən bildiym qədər bu işlərə başlanılıb. Şəffaf çalışan, peşəkar, gənc kadrlara daha çox önəm vermək lazımdır. O zaman ciddi dəyişikliklərin şahidi olarıq.

-Məlum faktdır ki, Ermənistan-Azərbaycan münaqişəsi dövründə insan faktoruna böyük zərbə dəyib. Tibb sahəsi üzrə mütəxəssis kimi necə düşünürsünüz insan faktoruna dəyən ziyanın araşdırılıb müəyyən edilməsi və bu sahədə səmərəli işlərin görülməsi ilə bağlı nələri etmək mümkündür?

-Bu gün Azərbaycanın ən ağrılı, ən ciddi problemi Qarabağ münaqişəsidir. Hamımıza məlumdur ki, bu münaqişənin arxasında hansı dövlət durur. Ermənistanın elə gücü yoxdur Azərbaycanla müharibə aparsın. Azərbaycan çox qısa müddətdə öz tarixi torpaqlarını azad etmək gücündədir. Görünür bu zamanla bağlı məsələdir. Biz hər birimiz bu dövlətin əsgəriyik. Sabah cəbhədə döyüş olsa biz hər birimiz, əsgər kimi, komandir kim, həkim orada olmağa hazırıq. 2016-cı ilin aprel döyüşləri zamanı bizim həkimlərimiz könülllü olaraq döyüş bölgəsinə, müxtəlif xəstəxanalara gedib öz həkimlik börcunu yerinə yetirdilər. Bu işdə biz hər zaman hazırıq. Bu gün həqiqətən erməni işğalı, münaqişənin belə davam etməsi insan faktoruna ciddi ziyan vurub. İnsanlarda, azyaşlı uşaqlarda münaqişənin fəsadları hiss olunur. Ümumiyyətlə, sress faktoru, əsəbilik, ətraf aləmdə ekoloji tarazlığın pozulması və digər faktorlar insan sağlamlığına mənfi təsir edir. Biz həkim olaraq insanlarımızın hər zaman sağlamlıqlarının keşiyindəyik. Lakin insanlarımız da fərd olaraq cəmiyyətin sağlamlaşmasına, ətraf aləmin daha düzgün qorunmasına, düzgün qidalanmaya, döğru-dürüst yaşam tərzinə və digər vacib məqamlara diqqət etməlidirlər.

Toğrul

Fact-info.az




Baxış sayı: 4 250
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30