FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Ermənistan diplomatik yoldan imtina edib”
16-08-2017, 10:40 | TƏDQİQATLAR-ANALITIKA
“Ermənistan diplomatik yoldan imtina edib”

Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək hələ də Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmağa çalışır. Ermənistan status-kvonun saxlanılması üçün sülh danışıqlarından da yayınır. Son zamanlar təmas xəttində Ermənistan ordusunun təxribatçı əməlləri məhz bu separatist siyasətə xidmət edir. Bununla yanaşı, Ermənistan Dağlıq Qarabağda hərbi təlimlər keçirməklə sülh danışıqlarına məhəl qoymadığını göstərir. Politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bu məsələ haqda da danışıb. 
O qeyd edib ki, Dağlıq Qarabağda iyul ayı ərzində müxtəlif adlarda 6 hərbi təlim, 1 hərbi müşavirə və Ermənistan müdafiə nazirinin iştirakı ilə bir hərbi toplantı keçirilib: “Alxanlı hərbi-siyasi aksiyası da bu dövr ərzində baş verdi. Cəmi bir dəfə diplomatik görüş (Xİ nazirləri - Brüssel) baş tutdu. Ermənistan Xİ nazirlərinin görüşünün baş tutmaması üçün əlindən gələn hər şeyi etdi. Vasitəçilərin qətiyyəti görüşün baş tutmasının əsas səbəbi idi. Prezident S.Sərkisyanın Tavuş rayonunda hərbi hissələrə baş çəkməsini, prezidentin və digər erməni rəsmilərinin Azərbaycanın müdafiə naziri Z.Həsənova cavab olaraq “İsgəndər” raket kompleksini aktuallaşdırmaları və Ermənistan Fövqəladə Hallar Nazirliyinin ay ərzində keçirdiyi çoxsaylı tədbirləri də nəzərə alsaq, Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın diplomatik yoldan imtina edib, hərbi yola üz tutduğunun sübutunu əldə etmiş olarıq. Ermənistanın ümumi inkişaf istiqaməti bəllidir”.
Politoloq bildirib ki, erməni hərbçiləri aprel döyüşlərinədək də indiki kimi “xoruzlanırdılar”: “Ermənistanın maliyyə naziri Vardan Aramyan 2018-2020-ci illərdə müdafiə xərclərinin ÜDM-in 3.71%-indən artaraq 4%-i aşacağını bildirdi. Hökumətin 2018-2020-ci il proqramında təhsilə ayrılan vəsait 2.18% dən 1.85 faizədək azaldılır. Fövqəladə Hallar Nazirliyi 2 qoruq meşədə başlanmış kiçik miqyaslı yanğını söndürə bilmir. Görünür, çoxsaylı təlimləri təyinatı üzrə deyilmiş. Yüksəkçinli erməni hərbçilərinin belə davranışını müşahidə edərkən və bəyanatlarını oxuyarkən bir aspekt xüsusi diqqəti çəkir. İndiki zamanda heç bir problemin olmadığını, Azərbaycan hücum edəcəyi təqdirdə daha böyük itki ilə üzləşəcəyini bildirən bu hərbçilər aprel döyüşlərinədək öz ordularında çatışmazlığın olduğunu etiraf edirlər. Diqqət çəkən məqam orasındadır ki, bu rəhbərlər aprel döyüşlərinədək eyni ilə bu qaydada xoruzlanırdılar”. Onun fikrincə, Ermənistan elə hesab edir ki, Rusiyaya qarşı mübarizə aparmaq gücündədir: “Son zamanlar Ermənistan Rusiyaya qarşı bu yolu seçib”. Politoloq əlavə edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland əvvəlcə Azərbaycanın maraqlarına uyğun bəyanatlar verirdi. Lakin diplomat son bəyanatında bildirdi ki, çərçivə sazişi var, onun üzərində iş gedir: “Hoqland bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında etimada ehtiyac var, buna görə də snayperlər geri çəkilməlidir. Hoqland Ermənistanın sözünü deyir, lakin bu müvəqqətidir. Yəqin onlar yenidən Ermənistana aldanmaq istəyir". Politoloqun fikrincə, Ermənistanın ABŞ-a 1 metr yaxınlaşması Rusiyanın Ermənistandan 2 metr uzaqlaşması ilə nəticələnir. Politoloq hesab edir ki, münaqişənin tənzimlənməsi ilə Rusiya və ABŞ təmsilçisi məşğul olmalıdır, yəni Voleker-Surkov formatına keçməlidir. Fransa isə danışıqlar prosesindən uzaqlaşmalıdır: "Azərbaycan Fransa münasibətlərində uğurlar əldə edilsə də bizim cəmiyyətdə belə fikir var ki, Fransa ermənipərəstdir. Ona görə də Fransanın danışıqlar prosesindən uzaqlaşması cəmiyyətimizə psixoloji təsir edəcək".
Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistan tərəfinin verdiyi açıqlamalar göstərir ki, Qarabağ klanının Azərbaycanla bağlı siyasəti partlayacaq: “Qarabağ klanının başçısı S.Sərkisyan 2018-ci ildə həm Ermənistanda, həm də qondarma Dağlıq Qarabağda “prezident” seçkisinə imkan verə bilməzdi. Qondarma Dağlıq Qarabağda qəflətən “prezident” seçkiləri keçirildi. Son konstitusiya islahatlarında aralıq prezident seçkisi nəzərdə tutulmamışdı. 2018-ci ildə növbəti prezident seçkisi keçirilməli idi. Amma 2018-ci ilin aprelində Qarabağ klanının başçısı, Ermənistanın prezidenti S.Sərkisyan prezident vəzifəsini təhvil verir. S.Sərkisyan 2018-ci ildə həm də Dağlıq Qarabağda prezident seçkisinə imkan verə bilməzdi. Ona görə məhz indi B.Saakyanı yenidən prezident seçdirdi. S.Sərkisyan özü də bilmədən Qarabağ klanının içərisində əskəranlıların (DQMV-nin Əskəran rayonundan çıxanlar) mövqeyinin güclənməsinə şərait yaradıb. Özünün Moskvadan dəvət edib Ermənistana baş nazir gətirdiyi Karen Karapetyan əskəranlıdır. Separatçı Dağlıq Qarabağın “baş naziri” A.Arutyunyan K.Karapetyanın qohumu, uşaqlıq dostu və əskəranlıdır. General Vitali Balasanyan iki il bundan əvvələdək Dağlıq Qarabağda ən kəskin müxalifətçi idi. Prezident seçkilərində iştirakına görə ciddi cəzalandırıldı, bir müddət həbs olundu sonra ona sui-qəsd təşkil olundu. V.Balasanyan məşhur ifadənin müəllifidir: Qarabağ ermənilərinə rəhbərlik edənlər pis olduğuna görə 1923-cü ildə Qarabağ erməniləri referendumda səs verərək Azərbaycanın tərkibinə keçdilər. General V.Balasanyanın bərpa aktivliyi “Sasna srer” hadisələri dövrünə düşdü. “Sasna srer”çilər V.Balasanyanı doğma qəbul etdiyi üçün S.Sərkisyanla öz adlarından danışmağa icazə verdilər. Nəticədə “Sasna srer”çilər həbsxanaya düşdülər. General V.Balasanyan isə Dağlıq Qarabağda “Təhlükəsizlik Şurasının” katibi vəzifəsinə təyin olundu. 2018-ci ildə bir əskəranlı (V.Balasanyan) Dağlıq Qarabağa, digər əskəranlı (baş nazir K.Karapetyan) Ermənistana rəhbərlik edə bilər. Ona görə növbədənkənar seçkilər vasitəsilə Dağlıq Qarabağdakı seçkiləri 2018-ci ildən 2020-ci ilə keçirdi”. Politoloq bildirib ki, Dağlıq Qarabağdakı seçki şousu əməlli-başlı sirk oldu: “Heç bir beynəlxalq təşkilat, hətta ermənipərəst təşkilatlar da müsbət münasibət bildirmədilər. Ermənilərin demokratiyaya münasibəti ifşa olundu. Demokratiyaya münasibətdə ermənilərin də avropalı olmadığı üzə çıxdı”.




Baxış sayı: 1 752
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30