FACT-INFO.AZ » AKTUAL » Edvard Karvardin: UNICEF-in Azərbaycan hökuməti ilə tərəfdaşlığı şəraitində mühüm nailiyyətlər əldə olunub
9-08-2017, 10:25 | AKTUAL
Edvard Karvardin: UNICEF-in Azərbaycan hökuməti ilə tərəfdaşlığı şəraitində mühüm nailiyyətlər əldə olunub

 

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığı şəraitində səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı sahələrində mühüm nailiyyətlər əldə olunub. Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlayan UNICEF-in ölkə üzrə ilk proqramlarında əsas diqqət peyvəndləmə, səhiyyə, reabilitasiya, qida, təhsil və uşaqların müdafiəsi kimi təxirəsalınmaz ehtiyaclara yönəldilib. Hökumət və vətəndaş cəmiyyəti ilə birlikdə işləyərək UNICEF Azərbaycanda əhəmiyyətli inkişafa öz töhfəsini verib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib. Ötən il Azərbaycanda fəaliyyətə başlayan E.Karvardin ölkəmizdə görülən işlər, həyata keçirilən fəaliyyət proqramları və perspektiv planlar barədə məlumat verib.

İbtidai məktəbə gedən uşaqların davamiyyət səviyyəsi 100 faizə çatdırılıb

Müsahibimiz bildirib ki, ibtidai məktəbə gedən uşaqların davamiyyət səviyyəsi 100 faizə çatdırılıb. Bu istiqamətdə UNICEF-in əsas tərəfdaşlarından olan Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində məktəbəqədər təhsilin təkmilləşdirilməsi ilə bağlı xüsusi proqram həyata keçirilir. Proqram çərçivəsində 5 yaşında olan uşaqlar ibtidai sinfə getməzdən əvvəl məktəbəqədər təhsil sisteminə qoşulurlar. Artıq ölkədə 5 yaşınadək olan uşaqların yarısı bu proqramdan faydalanır, məktəbəhazırlıq kurslarında iştirak edirlər və davamiyyət 50 faizə çatıb. Bu məqsədlə müəllimlər üçün xüsusi təlimlər keçirilib. Eyni zamanda, xüsusi kurikulum tədris proqramının hazırlanmasına diqqət yetirilib. Növbəti beş il ərzində 5 yaşlı uşaqların ölkə üzrə 90 faizinin bu proqramla əhatə olunması nəzərdə tutulur. 

E.Karvardin müəyyən təbəqələrdən olan, ilk növbədə əlilliyi olan uşaqların geniş tətbiq edilən təhsil proqramlarından faydalana bilmədiklərini diqqətə çatdırıb. Bu uşaqların böyük bir qisminin orta təhsil imkanlarından məhrum olduğunu qeyd edən UNICEF-in nümayəndəsi bildirib ki, ötən il əlilliyi olan uşaqların təhsili ilə bağlı dörd orta məktəbi əhatə edən sınaq layihəsi həyata keçirilib və xüsusi tədris planı tətbiq edilib. Layihənin nəticələrinə əsasən, istər əqli, istər fiziki qüsurlu uşaqlar da təhsil sistemindən faydalana bilərlər.

Ana və uşaq sağlamlığı və qidalanması sistemi tətbiq olunur

E.Karvardin səhiyyə sektoru üzrə həyata keçirilən tədbirlər çərçivəsində ilk olaraq polimit yoluxucu xəstəliyi ilə bağlı mövcud vəziyyəti qeyd edib: “Artıq Azərbaycan 15 il əvvəl polimitdən azad ölkə statusu qazanıb. Bu xəstəliyin kökünün kəsilməsi üçün ölkədə böyük sərmayələr qoyuldu. Dövlət qurumları və beynəlxalq təşkilatlar tərəfindən bu məsələyə xüsusi diqqət yetirildi, peyvəndləşmə proqramı həyata keçirildi. Nəticədə Azərbaycanda bu xəstəliyin kökü kəsildi”.

UNICEF-in nümayəndəsi diqqətə çatdırıb ki, Səhiyyə Nazirliyi ilə UNICEF arasında imzalanmış birgə Fəaliyyət Planı çərçivəsində ana və uşaq sağlamlığı və qidalanması sistemi tətbiq olunur. Uşaqların sağlamlığı və qidalanması ilə əlaqədar nəzərəçarpan irəliləyişin olmasına baxmayaraq, aparılmış tədqiqat nəticəsində qadınlar və uşaqlar arasında anemiyanın (qanazlığı) olması narahatlıq doğurur. Asanlıqla müalicə edilməsinə baxmayaraq, uşaqların sağlamlığı ilə əlaqədar ən ciddi təhlükələrdən və ana ölümünə səbəb olan amillərdən biri anemiyadır.

“Bu ilin birinci yarısında inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda öz körpələrini ana südü ilə qidalandıran anaların sayı nisbətən aşağıdır. Ana südü ilə qidalanma göstəricilərinin aşağı səviyyədə olması uşaqlarda dəmir çatışmazlığı ilə əlaqədar qidalanma probleminin olduğunu göstərir. Ana südünün tərkibində dəmir mövcuddur. Gənc anaların və tibbi personalın əksəriyyətinin anemiyanın qarşısının alınmasında ana südü ilə qidalandırmanın əhəmiyyətindən xəbərdar olmadığı görünür. Bu məqsədlə bu il 150 tibb işçisinin iştirakı ilə təlimlər təşkil olunacaq. Eyni zamanda, ana olacaq qadınların qidasının tərkibinə dəmir komponenti daxil edilməlidir. Qadının hamiləliyi dövründə onun sağlamlığı üçün ən böyük təhlükə anemiya xəstəliyidir. Bu problemin aradan qaldırılması üçün ananın pəhrizlə qidalanmasına xüsusi diqqət yetirilməlidir və qidanın tərkibində dəmirin nisbəti artırılmalıdır. Bunun ən sadə yollarından biri buğda unundan istifadənin genişləndirilməsidir. Azərbaycan hökuməti və Milli Məclisdə aparılan müzakirələrin məntiqi nəticəsi olaraq yaxın gələcəkdə buğda ununun tərkibində dəmir komponentinin artırılması məsələsinə diqqət yetiriləcək”, - deyə E.Karvardin bildirib.

Xüsusi probasiya xidməti yaradılır

E.Karvardin Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində yeni mərhələnin əsasının qoyulduğunu bildirib.

“Hüquq mühafizə orqanları ilə problemləri olan azyaşlıların maarifləndirilməsi əsas məsələlərdəndir. Hüquq mühafizə orqanları ilə problemləri olan və çətin tərbiyə olunan uşaqların mövcudluğu inkaredilməzdir. Bu, hər bir cəmiyyətə məxsus olan məsələdir. Təəssüflər olsun ki, mükəmməl uşaq, kamil yeniyetmə çox azdır. Hər bir uşağın davranışı ilə bağlı müəyyən problemlər və çətinliklər var. Qanunvericilik qarşısında müəyyən günahları olmuş yeniyetmələr ilə bağlı iki istiqamətdə iş görmək olar. Bir tərəfdən onları cəmiyyətdən təcrid edib cəzalandırmaq, digər tərəfdən maarifləndirmə işləri aparıb onları gələcəkdə belə əməllərdən çəkindirmək olar. Təcrübəyə əsasən demək olar ki, təcrid olunmuş uşaqlar cəzaçəkmə yerlərindən qayıtdıqdan sonra onların əksəriyyəti daha da pis davranışla səciyyələndirilir. Belə bir yanaşma istər Azərbaycan üçün, istərsə də beynəlxalq miqyasda qəbulolunmazdır. Uşaqların təcridxanalardan kənarda reabilitasiya olunaraq cəmiyyətə yenidən qaytarılması daha çox fayda verə bilər”, - deyə UNICEF-in nümayəndəsi qeyd edib.

Müsahibimiz bildirib ki, bu istiqamətdə həyata keçirilən uğurlu addımlardan biri kimi hüquqi yardım xidmətləri yaradılıb. Həyata keçirilən pilot layihə 5 rayonu -Qəbələ, Şəmkir, Mingəçevir, Şirvan və Ağcabədi rayonlarını əhatə edib. Layihənin icrası ilə bağlı həmin rayonlarda min uşaq bu hüquqi imkanlardan istifadə edib.

Bundan başqa, xüsusi probasiya xidmətinin yaradılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən müəyyən tədbirlər görülüb. Probasiya xidmətinə əsasən, yeniyetmələrin cəzalandırılaraq azadlıqdan məhrum edilməsi əvəzinə alternativ tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu xidmət çərçivəsində uşaqların cəzalandırılması, azadlıqdan məhrum edilməsi əvəzinə cəmiyyətdən təcrid olunmamasına, təhsilinin davam etdirilməsinə, reabilitasiyasına şərait yaradılacaq. Probasiya xidmətinin yaradılması bu istiqamətdə böyük nailiyyət ola bilər.

E.Karvardin gələn il UNICEF-in Azərbaycanda fəaliyyətinin 25 illiyinin tamam olduğunu bildirib: “Tarixi nöqteyi-nəzərdən 25 il çox qısa müddətdir. Lakin əldə olunmuş nailiyyətlərə, görülmüş işlərə görə bu illəri UNICEF-in fəaliyyətinin mühüm bir dövrü hesab etmək olar”.

 

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 789
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30