FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt
30-06-2017, 10:45 | TƏDQİQATLAR-ANALITIKA
Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt

Hər bir xalq üçün müstəqillik böyük nemətdir. Yalnız müstəqil dövləti olan millətlər müasir mürəkkəb dünyada mövcud ola bilir, ləyaqətli həyat sürürlər. Tarixi təcrübə onu da göstərir ki, heç də bütün xalqlar öz dövlətlərini müasir tələblərə və çağırışlara cavab verən səviyyədə qura bilmirlər. Onlardan bəziləri kənar qüvvələrdən asılı olan və müstəqil hərəkət edə bilməyən kvazi (yalançı) dövlətlərə çevrilirlər. Həmin ölkələr suverenliklərini təmin etmək iqtidarında olmurlar. Buna nümunə Cənubi Qafqazda Ermənistandır. Azərbaycan isə keçən müddətdə tam müstəqil və sürətlə inkişaf edən, bütün sferalarda suverenliyini təmin edən dövlətdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu kursu öz bəhrəsini verməkdədir. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlətçilik təcrübəsi qiymətli tarixi irsimizdir. 28 May tarixi müqəddəsdir və fəxarət yerimizdir.

Şərqdə ilk təcrübə: demokratik cümhuriyyətin zəngin irsi

99 il bundan əvvəl Şərqdə ilk demokratik dövlət meydana gəldi. Ancaq onun ömrü uzun sürmədi. 1920-ci il aprelin 28-də sovet ordusu Azərbaycana daxil oldu. Xarici müdaxilə nəticəsində Şərq dövlətçiliyinin ən parlaq ulduzu söndü. Lakin müdrik Azərbaycan xalqı SSRİ tərkibində də inkişaf etməyi bacardı. Xüsusilə keçən əsrin 70-ci illərində hakimiyyətə Ulu öndər Heydər Əliyevin gəlməsi ilə respublika sürətli inkişaf mərhələsinə qədəm qoydu.

Prezident İlham Əliyev bu bağlılıqda ifadə edib: "Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alınmışdır... Ondan sonra 70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşayırdı. Baxmayaraq ki, müstəqil deyildik, Azərbaycan xalqı inkişaf edirdi. Xüsusilə 1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazanmışdır" (bax: 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Prezident İlham Əliyev rəsmi qəbulda iştirak edib / AZƏRTAC, 26 may 2017).

Dövlət başçısı ayrıca vurğulayıb ki, əgər Azərbaycan Xalq Cümhuriyyəti yaşasaydı, indi Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında idi. Burada çox təbii bir məntiq vardır. Və o, konkret reallığa əsaslanır. Prezident İlham Əliyev onun səbəbini dəqiq ifadə edib. 1993-cü ildən başlayaraq, müstəqil Azərbaycan regionda heç bir dövlətin keçə bilmədiyi inkişaf yolunu qət edib. Heydər Əliyev yenidən xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün istiqamətlərdə sürətlə inkişaf edib. İndi də bu proses dünya üzrə çətinliklərin mövcud olmasına baxmayaraq, davam edir. Şübhəsiz ki, müstəqil dövlətimiz bu yoldan heç zaman dönməyəcək, Ulu öndərin yaratdığı inkişaf yolunu yeni zirvələrə doğru aparacaq.

Bu reallıq 1918-ci il mayın 28-də rəsmən elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini geniş şəkildə ortaya qoyur. Hər şeydən əvvəl, tam əminlik yaranır ki, Azərbaycan xalqı tarixən olduğu kimi, müasir mərhələdə də demokratik müstəqil dövlət yaratmağa tam qabildir. Sirr deyil ki, hətta SSRİ dağılandan sonra bir sıra respublikalar müstəqil dövlət formalaşdırmağa nail ola bilməyiblər. Onların sırasında birinci yeri Ermənistan tutur.

Rəsmi İrəvanın bəyanatlarına baxmayaraq, Ermənistanın müstəqil dövlət olduğu qəbul edilmir. Bunu hətta erməni alimlər və ekspertlər belə etiraf edirlər. Onların əsas işi hazırda Ermənistan rəhbərlərini kənardan olan tam asılılıqdan qurtarmağa təhrik etməkdən ibarətdir. Lakin erməni dövlətçiliyi elə bir bataqlığa düşüb ki, onun oradan xilas olması imkansız görünür. Onu vurğulayaq ki, bunun fonunda ABŞ-da yaşayan bir sıra erməni alimlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün etdiklərini yüksək qiymətləndirirlər. Onlar etiraf edirlər ki, Azərbaycan rəhbəri müasir şərtlərə tam cavab verən müstəqil dövlətçilik kursu formalaşdıra bildi.

Deməli, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşasa da, bütün dünyaya bu xalqın müstəqil dövlət qurmaq qüdrətinə sahib olduğunu təsdiqlədi. Cənubi Qafqaza dövlət səviyyəsində demokratiyanı gətirən də məhz Azərbaycan Xalq Cümhuriyyəti oldu. 2 il müddətində bir sıra demokratik islahatlar aparıldı. Ayrıca qadınların sosial fəallığını təmin etmək işində konkret addımlar atıldı. Azərbaycanın inkişaf etmək üçün ciddi potensiala malik olduğunu bütün dünya gördü. Lakin bütün bunlarla yanaşı, Cümhuriyyətin mövcudluğu il bağlı bir məqamı da xüsusi vurğulamaq lazımdır.

İnkişafa davam: müstəqil dövlətçilikdə yeni səhifələr

Bu barədə Prezident İlham Əliyev 28 may – Respublika Günü münasibəti ilə təşkil edilmiş qəbulda konkret danışıb. Dövlət başçısı vurğulayıb ki, sosial-iqtisadi, mədəni inkişafla yanaşı, təhlükəsizliyin təmini məsələsi də Azərbaycan üçün böyük önəm daşıyır. Təcrübə göstərir ki, təhlükəsizliyin təminində problem olanda, ümumiyyətlə, müstəqillik qalmır. Ölkə rəhbəri deyib: "Bu gün qarşıda duran vəzifələr haqqında danışmaq istərdim. Biz gələcək illərdə də müsbət dinamikanı saxlamalıyıq və əminəm ki, saxlayacağıq. Daxili siyasətə gəldikdə, ilk növbədə, Azərbaycanda bundan sonra da təhlükəsizlik təmin edilməlidir. Deyə bilərəm ki, Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda, düzgün siyasət aparmaqla. Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaqdır" (bax: əvvəlki mənbəyə).

Kifayət qədər real, dəqiq və konkret mövqedir. Çünki müstəqil dövlət quruculuğu təcrübəsinə əsaslanır. Burada sosial-iqtisadi və mədəni sahələrdə islahatlarla yanaşı, təhlükəsizliyin təmini də vardır. Müstəqil Azərbaycan tarixi təcrübəni çox doğru qiymətləndirərək, ikinci dəfə dövlətin süqut etməsinə imkan vermədi. Bu siyasətin memarı Ulu öndər Heydər Əliyevdir! Məhz bu məqamı Prezident İlham Əliyev incəliklə vurğulayıb. Dövlət başçısı müasir şərtlər daxilində cəmiyyətin dayanıqlı inkişafı ilə dövlətin təhlükəsizliyinin təmininin nisbətini çox doğru vurğulayıb. Ulu öndərin yaratdığı inkişaf konsepsiyasında bu iki vacib element mükəmməl şəkildə öz ifadəsini tapıb. Bunu təmin etmək isə həm böyük diplomatik ustalıq, həm də sistemli islahatlar proqramlarını həyata keçirməyi tələb edirdi. Prezident həmin prosesin əsas məqamlarını öz nitqində vurğulayıb (bax: əvvəlki mənbəyə).

Bu sırada enerji, nəqliyyat, sosial sferanın inkişafı, hərbi qüdrətin artırılması, xarici siyasətdə yeni formatlardan istifadə, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında əməkdaşlığın inkişaf etdirilməsi, təhlükəsizlik sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, nəqliyyat sferasında nəhəng layihələrin gerçəkləşdirilməsi, multikulturalizmin dövlət siyasətinə gətirilməsi kimi əhəmiyyətli aspektləri qeyd etmək gərəkdir.

Məsələn, Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP, "Cənub qaz dəhlizi" layihələrinin reallaşması xüsusi əhəmiyyəti olan hadisədir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin qurulması, "Yeni İpək Yolu" layihəsi çərçivəsində aparılan işlər (deyək ki, böyük potensiala malik yeni dəniz limanının inşası və s.) həmin bağlılıqda ciddi rolu olan hadisələrdir. Bütün bunlara görə, Azərbaycan müstəqilliyi ilə fəxr edə bilər. Müstəqil dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri vurğulaya bilər.

Bəs Ermənistan müstəqillik kontekstində nədən danışa bilər? Mahiyyətcə heç nədən danışa bilməz və bilmir də. Məsələn, bu il Serj Sarkisyan respublika günü ilə bağlı etdiyi müraciətdə hansı məqamları vurğulayıb? 100 il bundan əvvəl ermənilərin xarici havadarlarının yardımı ilə törətdikləri qətlləri azadlıq savaşı kimi təqdim etməkdən başqa heç bir şey deyə bilməyib (bax: Президент в Сардарапате принял участие в торжественном мероприятии, посвящённом Празднику Республики / "president.am", 28 may 2017). Onun yekun fikrinə diqqət edin: "Müasir Ermənistan da müharibə alovundan yaranıb". Bununla da keçən əsrdəki Ermənistanın ənənəsinə sadiqdir. Bəli, Ermənistan mahiyyətcə qırğınların, günahsız insanları qətlə yetirmənin, etnik təmizləmənin, qonşuların mədəni dəyərlərini mənimsəmənin və talan etmənin səfində ortaya atılıb. Bunlardan başqa, onun hansı "müstəqil nailiyyəti" var? Bu səbəbdən də S.Sarkisyan kimiləri müstəqillikdən danışanda insanları özlərinə güldürürlər, gülünc vəziyyətə düşürlər.

Azərbaycan isə müstəqil dövlət quruculuğu prosesini qətiyyətlə davam etdirir. Bunun bir ildən sonra, Respublika Gününün 100 illik yubileyində bir daha şahidi olacağıq, inşallah!
Newtimes.az

 

 

 

 




Baxış sayı: 1 677
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir Bu gün, 16:30 Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir Bu gün, 15:00 II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı? Bu gün, 12:30 “Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb Bu gün, 10:00 Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür Bu gün, 09:30 Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük Bu gün, 08:30 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır Bu gün, 08:00 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu Dünən, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər Dünən, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media Dünən, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb Dünən, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Dünən, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb Dünən, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz Dünən, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək Dünən, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb Dünən, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Dünən, 09:30 Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı 10-08-2026, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib 10-08-2026, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb 10-08-2026, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub 10-08-2026, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur 10-08-2026, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 10-08-2026, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır 10-08-2026, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur 10-08-2026, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir 10-08-2026, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir 10-08-2026, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir 9-08-2026, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu 9-08-2026, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb 9-08-2026, 07:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31