FACT-INFO.AZ » QHT » Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub
Dünən, 20:00 | QHT
Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub

Daşkənd Oriental Universitetində yazıçı Güllü Məmmədovanın “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” adlı tarixi-sənədli romanının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Əsərdə qədim Azərbaycan torpağı olan İrəvanın tarixi taleyi, müxtəlif dövrlərdə azərbaycanlıların öz qədim yurd yerlərindən qovulması və bölgənin tarixi irsi işıqlandırılır.

Tədbir çərçivəsində Qərbi Azərbaycandan deportasiya və yurd həsrəti mövzusuna həsr olunmuş fotosərgi təşkil edilib. Sərgidə Qərbi Azərbaycanın tarixi-mədəni irsini və deportasiya ilə bağlı həqiqətləri əks etdirən fotoşəkillər nümayiş olunub.

Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək, qədim Azərbaycan torpağı olan İrəvanın tarixən azərbaycanlıların yaşadıqları mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu bildirib. Qeyd edib ki, 1905–1906-cı, 1918–1920-ci, 1948–1953-cü və 1988–1991-ci illərdə baş verən deportasiyalar nəticəsində Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar doğma ata-baba yurdlarından zorla didərgin salınıblar.

O vurğulayıb ki, həmin tarixi yaddaş və yaşanmış talelər əsərin ideya məzmununda da öz əksini tapıb. A.Marifli əsərin özbək dilinə tərcümə edilərək nəşr olunmasının Azərbaycan xalqının tarixi-mədəni irsinin və milli kimliyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Həmçinin belə nəşrlərin Azərbaycan və Özbəkistan xalqları arasında qədimdən formalaşmış mədəni-humanitar münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Oriental Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Nozimjon Mamataxunov nəşrin Azərbaycan mədəni irsinin öyrənilməsi və bu istiqamətdə elmi araşdırmaların aparılması, eləcə də tələbə və tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd edib.

Tədbirdə, həmçinin Oriental Universitetinin elmi işlər və innovasiyalar üzrə prorektoru, professor Malika Nosirova, ali təhsil ocağının gənclərlə iş və mənəvi-maarifçilik işləri üzrə birinci prorektoru Baxtiyor Arabov, Özbəkistan Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folklorşünaslığı institutunun nümayəndəsi, professor Ulug‘bek Hamdam, filologiya üzrə fəlsəfə doktoru, Xaqani Şirvani adına Türkologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru, dosent Marufcan Dostmurodov, tərcüməçi-publisist Pirmuhammad Xolmatov, eləcə də universitetin doktorantları və tələbələri çıxış ediblər. Çıxışlarda əsərin mövzusunun aktuallığı, tarixi yaddaşın qorunmasının vacibliyi və romanın özbək dilində nəşrinin oxucular üçün əhəmiyyəti qeyd olunub.

Yazıçı Güllü Məmmədova romanın yaranma tarixi və ideya məzmunu, qədim Azərbaycan yurdu İrəvanın tarixi, əsərdə əks olunan talelər, eləcə də kitabın özbək dilində nəşrinin əhəmiyyəti barədə məlumat verib. Müəllif tədbirdə iştirakçılarının suallarını cavablandırıb.

Təqdimat mərasimində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” Rəqs Ansamblı tərəfindən Zəngəzurun tarixi-mədəni irsini yaşadan “Zəngəzur yallısı” təqdim olunub.

Mərasim yazıçı Güllü Məmmədovanın tədbir iştirakçıları üçün kitablarını imzalaması ilə başa çatıb.




Baxış sayı: 100
Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30