FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi”
Bu gün, 14:30 | MƏDƏNİYYƏT
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi”

Noyabrın 4-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” mövzusunda elmi seminar keçirilib.

Fact-info.az  xəbər verir ki, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxışında seminarın mövzusunun aktuallığını və cəmiyyətimiz üçün daşıdığı müstəsna əhəmiyyəti diqqətə çatdırıb. O, azərbaycançılıq ideologiyasının xalqımızın milli kimliyinin formalaşmasında, dövlətçilik ənənələrinin möhkəmlənməsində və ictimai həmrəyliyin təmin olunmasında əvəzsiz rol oynadığını vurğulayıb. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının Azərbaycanda yaşayan, onu Vətən bilən bütün fərdləri birləşdirən ideologiya olduğunu deyən akademik G.Baxşəliyeva milli məfkurə olan azərbaycançılığın dahi şəxsiyyətin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemi olduğunu, eyni zamanda, Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətt olduğunu vurğulayıb.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müaivini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü çıxış edərək Heydər Əliyevin fəaliyyəti dövründə siyasi bir ideologiyaya çevrilən azərbaycançılıq ideologiyasının Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən, tarixi keçmişindən qaynaqlandığını deyib. R.Cümşüdlü Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas sütununa çevrildiyini və ölkədə ictimai-siyasi sabitliyin, milli həmrəyliyin bərqərar olmasında həlledici rol oynadığını vurğulayıb.

Sonra Şərqşünaslıq İnstitutunun rəqəmsal inkişaf üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev “Azərbaycançılıq ideologiyasının siyasi, fəlsəfi və ictimai əsasları: ideyadan ideologiyaya doğru” mövzusunda məruzə ilə çıxış edib. E.Mustafayev bildirib ki, azərbaycançılıq ideologiyası Azərbaycan xalqının çoxəsrlik tarixi təcrübəsinin, milli özünüdərkinin, dövlətçilik ənənələrinin və mənəvi-mədəni irsinin məntiqi nəticəsi kimi formalaşıb. Onun mahiyyəti yalnız milli mənsubiyyət hissinin ifadəsi ilə məhdudlaşmır, həm də siyasi dövlətçilik, fəlsəfi dünyagörüşü və ictimai həmrəylik prinsiplərini özündə birləşdirir. Siyasi baxımdan azərbaycançılığın milli suverenliyin, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, vətəndaş birliyinin və milli maraqların qorunmasının ideoloji əsaslarından biri olduğunu deyən məruzəçi qeyd edib ki, fəlsəfi və ictimai baxımdan bu ideologiya milli özünüdərk, tarixi yaddaş, milli və ümumbəşəri dəyərlərin vəhdəti, dünyəvilik, dini-mənəvi irs və humanizm prinsiplərinə əsaslanır. Bundan əlavə, azərbaycançılıq müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid vətəndaşlıq məkanı daxilində birliyini, multikultural dəyərlərin qorunmasını, milli-mənəvi irsin nəsildən-nəslə ötürülməsini və ictimai məsuliyyətin inkişafını nəzərdə tutur.





Baxış sayı: 85
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30