FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi
3-09-2026, 15:30 | SİYASƏT
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

Azərbaycanın xarici siyasət kursu beynəlxalq münasibətlər sistemində ölkənin mövqeyini son illərdə əhəmiyyətli dərəcədə gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və praqmatik diplomatiya Azərbaycanın yalnız regionun deyil, daha geniş coğrafiyanın mühüm siyasi aktorlarından birinə çevrilməsinə şərait yaradıb. Bu siyasətin əsas istiqamətlərindən biri də Azərbaycanın “orta güc dövləti” kimi formalaşması və çoxqütblü dünya nizamında fəal rol oynamasıdır.

"Orta güc dövləti” anlayışı beynəlxalq münasibətlər leksikasında nisbətən yeni konsepsiya hesab olunur və formalaşmaqda olan yeni dünya nizamının mühüm elementlərindən biridir. Müasir beynəlxalq siyasətdə dövlətlərin gücü artıq təkcə hərbi potensial, ərazi böyüklüyü və ya əhali sayı ilə müəyyən edilmir. Hərbi qüdrət mühüm amil olaraq qalsa da, dövlətin çevik və praqmatik siyasət yürütməsi, böyük güclərlə balanslı münasibətlər qurması və qlobal proseslərə təsir imkanları da onun beynəlxalq mövqeyini müəyyən edən əsas meyarlara çevrilib.

Prezident İlham Əliyev son iyirmi ildə Azərbaycanın daxili və xarici siyasətini məhz bu çağırışlara uyğun formalaşdırmağa nail olub. Bu dövrdə əldə olunan siyasi, iqtisadi və diplomatik uğurlar Azərbaycanın dünya siyasətinin ön sıralarında yer almasına imkan verib. Bu gün Azərbaycan həm Şərqin, həm də Qərbin ehtiyac duyduğu, geostrateji mövqeyinə görə Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən körpü dövlət kimi çıxış edir. Bir-biri ilə rəqabətdə olan dövlətlər və siyasi sistemlər arasında uzlaşdırıcı missiyanı uğurla həyata keçirmək Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb və ölkəmizin “orta güc dövləti” statusu beynəlxalq səviyyədə qəbul olunub.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında "tərəfdaş" statusu əldə etməsi də məhz bu çoxvektorlu xarici siyasət kursunun mühüm nəticələrindən biridir. Bu status Azərbaycana təşkilatın layihələrində iştirak etmək imkanı yaradır, eyni zamanda ölkəmizin digər beynəlxalq birlik və tərəfdaşlarla münasibətlərinə heç bir məhdudiyyət qoymur. Beləliklə, Azərbaycan həm mövcud əməkdaşlıqlarını qoruyur, həm də ŞƏT çərçivəsində sərbəst manevr imkanları qazanır. Bu baxımdan "tərəfdaş" statusu Azərbaycanın xarici siyasət doktrinasına daha uyğun və daha əlverişli seçim kimi qiymətləndirilir.

ŞƏT+ formatının əsas mövzusu olan “çoxqütblü dünya nizamı” da Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe ilə tam uyğunluq təşkil edir. Azərbaycan çoxqütblü dünyanın tərəfdarıdır və Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət də məhz bu paradiqmaya əsaslanır. Rəsmi Bakı hər hansı bir güc mərkəzinə üstünlük vermədən bütün qütblərlə eyni məsafədə dayanmağa, qarşılıqlı faydalı və praqmatik əməkdaşlıq qurmağa çalışır. Bu yanaşma Azərbaycanın yeni beynəlxalq münasibətlər sisteminin formalaşmasında maraqlı tərəf kimi çıxış etdiyini və bu prosesdə fəal iştirak etdiyini göstərir.

Son dövrdə Azərbaycanın Asiya və Afrika ölkələri ilə münasibətlərinin sürətlə inkişaf etməsi də “orta güc” konsepsiyasının məntiqi davamıdır. Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq niyyətini uzun illərdir bəyan edir və bu istiqamətdə ardıcıl addımlar atır. Qloballaşmanın dərinləşməsi, elmi-texnoloji inkişafın sürətlənməsi ölkələr arasındakı siyasi və iqtisadi məsafələri əhəmiyyətli dərəcədə azaldıb. Belə şəraitdə qloballaşmanın yaratdığı risklərdən qorunmaqla yanaşı, onun təqdim etdiyi imkanlardan səmərəli istifadə etmək mühüm əhəmiyyət daşıyır. Azərbaycan da milli maraqlarına uyğun olan bütün imkanlardan istifadə etməklə beynəlxalq nüfuzunu gücləndirməyə və yeni geosiyasi konfiqurasiyadan öz mənafeyi naminə faydalanmağa çalışır.

Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi siyasət də diqqət çəkən istiqamətlərdəndir. Xüsusilə Azərbaycan - Qırğızıstan münasibətləri hazırda tarixinin ən yüksək səviyyəsinə yüksəlib. İki ölkə arasında Müttəfiqlik Sazişinin imzalanması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Müttəfiqlik daha sıx inteqrasiya, daha yaxın əməkdaşlıq və daha uğurlu nəticələr əldə olunması üçün yeni imkanlar açır.

Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Qırğızıstanın Türk Dövlətləri Təşkilatının üzvləri kimi müttəfiqlik münasibətləri daha böyük strateji ideyaya, Türk Dövlətləri Birliyinin formalaşmasına xidmət edir. Türk dövlətləri arasında ikitərəfli əsasda müttəfiqlik əlaqələrinin genişlənməsi gələcəkdə vahid geosiyasi və geoiqtisadi məkanın yaranması üçün möhkəm zəmin yaradır. Nəticədə isə Anadoludan Mərkəzi Asiyanın ən ucqar türk dövləti olan Qırğızıstana qədər uzanan geniş bir ərazidə vahid türk geosiyasi regionunun formalaşması və bu regionun yeni güc mərkəzinə çevrilməsi perspektivi ortaya çıxır.

Əminliklə deyə bilərik ki, ölkə başçımızın son illərdə həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində “orta güc dövləti” kimi mövqeyini möhkəmləndirib. Çoxvektorlu əməkdaşlıq, çoxqütblü dünya nizamına dəstək, ŞƏT və Türk Dövlətləri Təşkilatı kimi platformalarda fəal iştirak, həmçinin Asiya və Afrika istiqamətində genişlənən əlaqələr Azərbaycanın qlobal nüfuzunu artıran əsas istiqamətlər kimi çıxış edir. Bu siyasət ölkəmizin milli maraqlarını qorumaqla yanaşı, onu yeni dünya düzənində mühüm siyasi və diplomatik aktora çevirir.


Cavanşir Feyziyev
Milli Məclisin deputatı




Baxış sayı: 270
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031