FACT-INFO.AZ » CƏMİYYƏT » Akademik Hüseyn Əhmədov elmi məktəbinin layiqli davamçısı: professor Səxavət Ociyev-75
8-06-2026, 22:00 | CƏMİYYƏT
Akademik Hüseyn Əhmədov elmi məktəbinin layiqli davamçısı: professor Səxavət Ociyev-75



Eyni etnik-mədəni kökdən qidalanan, ortaq tarixi yaddaşa, zəngin mənəvi irsə, yaxın dil xüsusiyyətlərinə, islam dini dəyərlərinə və oxşar adət-ənənələr sisteminə malik olan Azərbaycan və  özbək xalqları əsrlər boyu qarşılıqlı əlaqə və əməkdaşlıq şəraitində yaşamışdır. Türk dünyasının ayrılmaz tərkib hissəsi olan bu iki xalq yalnız coğrafi deyil, həm də mədəni-intellektual baxımdan bir-birinə bağlı olmuş, bəşər sivilizasiyasına böyük alimlər, mütəfəkkirlər, şairlər və maarifçilər bəxş etmişdir. 

XX əsrdə iqtisadi, mədəni və ədəbi əlaqələrlə yanaşı, elmi-pedaqoji əməkdaşlıq da daha sistemli xarakter almış, ali təhsil müəssisələri və elmi məktəblər arasında qarşılıqlı təcrübə mübadiləsi genişlənmişdir. Azərbaycan və özbək elmi-pedaqoji məktəbləri arasında əməkdaşlığın  möhkəmlənməsində akademik Hüseyn Əhmədovun və onun layiqli davamçılarından biri  olan prof.Səxavət Ociyevin  xüsusi xidmətləri olmuşdur.  Onların fəaliyyəti Azərbaycan və Özbəkistan arasında pedaqoji əməkdaşlığın real elmi platformaya çevrilməsində mühüm rol oynamışdır. Səxavət Ociyev türk dünyası maarifpərvərlərinin pedaqoji irsinin araşdırılması, xüsusilə Türküstan regionunda fəaliyyət göstərmiş Azərbaycan ziyalılarının maarifçilik missiyasının tədqiqi ilə məşğul olmuş, iki xalqın ortaq təhsil  və pedaqoji fikir tarixinin elmi əsaslarla öyrənilməsinə töhfə vermişdir. Onun “Səid Rza Əlizadənin maarifçi-pedaqoji fəaliyyəti və pedaqoji görüşləri” mövzusunda yazdığı fəlsəfə doktorluğu dissertasiyası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dissertasiyada türksoylu xalqların maarifçilik tarixində mühüm yer tutan Səid Rza Əlizadənin elmi-pedaqoji fəaliyyəti kompleks şəkildə araşdırılmış, onun maarifçilik ideyaları elmi təhlilə cəlb edilmişdir. Tədqiqatda ilk dəfə olaraq alimin təlim və tərbiyə ilə bağlı baxışları sistemləşdirilmiş, pedaqoji irsinin elmi dəyəri müəyyənləşdirilmişdir. Eyni zamanda, Səid Rza Əlizadənin müəllifi olduğu dərsliklərin məzmun xüsusiyyətləri təhlil edilmiş, həmin dərsliklərin özbək və tacik xalqlarının maariflənməsi prosesində oynadığı rol və əhəmiyyəti elmi əsaslarla qiymətləndirilmişdir. Prof.Səxavət Ociyevin “Türküstanlı Azərbaycan maarifpərvərlərinin maarifçilik fəaliyyəti və pedaqoji görüşləri (XIX–XX əsrlər)” mövzusunda apardığı elmi tədqiqatlar türk dünyasının  pedaqoji fikir tarixinin öyrənilməsi istiqamətində mühüm elmi əhəmiyyətə malikdir. O, bu istiqamətli  araşdırmalarında Azərbaycan mənşəli ziyalıların Türküstan regionunda maarifçilik hərəkatının formalaşması və inkişafındakı rolunu sistemli şəkildə təhlil etmiş, onların pedaqoji ideyalarını tarixi-müqayisəli kontekstdə elmi əsaslarla ümumiləşdirmişdir.Tədqiqatlarda Azərbaycan və Türküstan maarifçilik hərəkatları arasında ideya yaxınlığı, ortaq pedaqoji dəyərlər və qarşılıqlı təsir əlaqələri müəyyənləşdirilmiş, türk dünyasının vahid elmi-mədəni məkan kimi inkişaf etdiyi elmi faktlarla sübut edilmişdir.

200-dən artıq elmi-pedaqoji və metodik əsərin, monoqrafiya, elmi məqalə və konfrans məruzələrinin müəllifi olan prof.S.Ociyev həm Özbəkistan, həm də Azərbaycan pedaqoji ictimaiyyətində yaxşı tanınmıda nüfuzlu alimlərdəndir. Onun elmi yaradıcılığı pedaqogika tarixi, maarifçilik ideyalarının inkişafı, türk xalqlarının ortaq pedaqoji irsi və Azərbaycan–Türküstan elmi-mədəni əlaqələrinin araşdırılması istiqamətlərini əhatə edir. 

Prof. S.Ociyev elmi fəaliyyətlə yanaşı, geniş ictimai-təşkilati fəaliyyəti ilə də seçilmişdir. O, 1992-ci ildən “Azərbaycan–Özbəkistan mədəni-iqtisadi əlaqələr” Mərkəzinin təsisçisi və sədri kimi iki qardaş xalq arasında elmi, mədəni və humanitar əməkdaşlığın inkişafında fəal iştirak etmiş, qarşılıqlı elmi görüşlərin, konfransların və mədəni tədbirlərin təşkilinə təşəbbüs göstərmişdir. Bu fəaliyyət Azərbaycan və Özbəkistan ziyalıları arasında davamlı əməkdaşlıq ənənəsinin formalaşmasına xidmət etmişdir.

S.Ociyev  uzun illər ictimai fəaliyyətlə məşğul olmuş, yerli özünüidarəetmə orqanlarında məhəllə ağsaqqalı kimi çalışaraq cəmiyyət həyatında fəal mövqe nümayiş etdirmişdir. Onun fəaliyyəti sosial həmrəyliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və maarifçilik ideyalarının təbliği baxımından əhəmiyyətli olmuşdur.

 Səxavət müəllimi  keçən əsrin 90-cı illərindən tanıyıram. Onda mən ADPU-nun Ümumi pedaqogika kafedrasının nəzdindəki “Şagirdlərin peşəyönümü” ETL-nin müdiri işləyirdim. O, fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyirdi. İldə bir neçə dəfə elmi rəhbəri, Ümumi pedaqogika kafedrasının müdiri prof.Hüseyn Əhmədovla görüşmək üçün universitetimizə gəlirdi. Onun təşəbbüsü ilə mənim bir neçə yazım, o cümlədən kitablarım haqqında  resenziyalar  Səmərqənd mətbuatında işıq üzü gördü. Onun 1998-ci ildə Səmərqəndin Suğdien  nəşriyyatında çap edilən  «Жизнь и деятельност Саид Ризо Ализаде» kitabına prof.H.Əhmədovla birlikdə ön söz yazdım. İlk tanışlığımız çox keçmədi ki, dostluğa və elmi əməkdaşlığa çevrildi.  

Belə görüşlərin birində məndə  Səxavət müəllimin ADPU-nun professor-müəllim heyəti və tələbələri ilə geniş elmi-pedaqoji görüşünün keçirməsi ideyası formalaşdı. Həmin dövrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı vəzifəsində çalışırdım. Bu təşəbbüsün reallaşdırılması üçün müvafiq razılıq əldə etdim. Nəticədə 17 fevral 2017-ci ildə ADPU-nun İbtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasında professor Səxavət Ociyevin professor-müəllim heyəti ilə geniş tərkibli görüşü təşkil olundu. Bu görüş həm elmi məzmunu, həm də emosional-intellektual təsiri baxımından yaddaqalan hadisəyə çevrildi. O, Azərbaycan torpağından – Cəlilabad rayonunun Qarazəncir kəndindən başlayan həyatının yadda qalan anlarnı dilə gətirdi, ilk təhsilindən, Bakıda orta təhsil almasından, 1975–1981-ci illərdə Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almasından danışdı.  Səmərqənddən həyatının və taleyinin dönüş nöqtəsi kimi bəhs etdi. Bu şəhər onun üçün yalnız elmi fəaliyyət məkanı deyil, həm də şəxsiyyət kimi yetişdiyi, mənəvi cəhətdən formalaşdığı bir ocaq oldu. Məhz burada ailə qurdu, həyat yoldaşını tapdı və xoşbəxt bir ailənin təməlini qoydu. Zamanla Səmərqənd onun üçün doğma yurda çevrildi — sanki ikinci vətəni oldu. Səmərqənd Dövlət Universitetinin Pedaqogika kafedrasındakı elmi-pedaqoji fəaliyyətinin mühüm məqamlarını dilə gətirdi, ictimai-siyasi fəaliyyətindən, elmi uğurlarından danışdı.  ADPU-da keçirilən görüşün onun üçün xüsusi məna daşıdığını bildirdi.  Kafedra müdiri dosent Yaqut Rzayeva, professor Sərdar Quliyev, dosent Teyyubə Hüseynova Azərbaycan-Özbəkistan elmi-pedaqoji əlaqələrinin inkişafında onun gördüyü işləri yüksək qiymətləndirdilər. Yadda qalan görüşdə Özbəkistanın təhsil və maarif tarixinə dair verilən sualları cavablandırdı, elm və maarifi xalqları birləşdirən ən möhkəm körpü hesab etdi.

Səxavət Ociyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. O, pedaqoji sahədə professor elmi adına layiq görülmüş, Turan Elmlər Akademiyasının akademiki seçilmiş, Beynəlxalq Turan Yazıçılar Birliyinin üzvüdür. Həmçinin UNESCO tərəfindən müxtəlif diplom və medallarla, fəxri adlarla təltif olunmuşdur. 2011-ci ildə onun 60 illik yubileyi münasibətilə Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində elmi-praktiki konfrans keçirilmişdir.

Azərbaycan-özbək pedaqoji ictimaiyyəti üçün çox dəyərli bir şəxsiyyət olan Səxavət müəllimin 75 illik yubileyi tamam olur. Çoxşaxəli elmi, pedaqoji və ictimai fəaliyyəti ilə türk dünyası elmi-mədəni əməkdaşlığının inkişafına mühüm töhfələr vermiş görkəmli alimi təbrik edir, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. 


 

Fərrux Rüstəmov,

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri,

 pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Akademik Mehdi Mehdizadə”, “Gənc alimlər”, “F.B.Köçərli” mükafatları laureatı

 


 

 

 

 




Baxış sayı: 510
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031