FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Professor Fərrux Rüstəmov: "15 İyun – Parçalanmaqdan bütövlüyə, xaosdan qələbəyə gedən yolun başlanğıcıdır"
8-06-2026, 20:30 | TƏDQİQATLAR-ANALITIKA
Professor Fərrux Rüstəmov: "15 İyun – Parçalanmaqdan bütövlüyə, xaosdan qələbəyə gedən yolun başlanğıcıdır"

Azərbaycan xalqının müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız müəyyən bir dövrün deyil, bütövlükdə dövlətin və millətin taleyinin müəyyənləşdirilməsi ilə ölçülür. 15 İyun – Milli Qurtuluş Günü məhz belə tarixi hadisələrdən biridir. Bu gün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, siyasi sabitliyin təmin edilməsi və müstəqil inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

XX əsrin sonlarında Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə mürəkkəb siyasi, iqtisadi və hərbi problemlərlə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqların işğalı, iqtisadi tənəzzül, hakimiyyət uğrunda mübarizə və dövlət idarəçiliyindəki ciddi problemlər ölkəni dərin böhran vəziyyətinə salmışdı. Xüsusilə 1993-cü ilin yayında yaranmış siyasi qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi Azərbaycan dövlətinin mövcudluğuna ciddi təhdid idi.

Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkənin siyasi həyatında dönüş nöqtəsinə çevrildi və sonradan Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunmağa başladı. Bu hadisənin əsas məzmununu Azərbaycan dövlətçiliyinin dağılmaq təhlükəsindən xilas edilməsi, ictimai-siyasi sabitliyin bərpası və milli həmrəyliyin təmin olunması təşkil edir. Heydər Əliyevin siyasi uzaqgörənliyi və idarəçilik təcrübəsi nəticəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutlarının fəaliyyəti bərpa edildi və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.

Məhz bu tarixdən sonra müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyənləşdirildi, ölkənin beynəlxalq aləmdə mövqeləri möhkəmləndirildi və milli maraqlara əsaslanan xarici siyasət kursu formalaşdırıldı. 1994-cü ildə imzalanmış neft müqavilələri, beynəlxalq əlaqələrin genişləndirilməsi, ordu quruculuğunun gücləndirilməsi və iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi.

Qurtuluş fəlsəfəsinin mühüm istiqamətlərindən biri də milli dövlətçilik ideologiyasının möhkəmləndirilməsi oldu. Azərbaycançılıq məfkurəsinin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi milli birliyin, vətəndaş həmrəyliyinin və dövlətə bağlılığın güclənməsinə səbəb oldu. Bu ideologiya ölkənin etnik, dini və mədəni müxtəlifliyini vahid dövlətçilik maraqları ətrafında birləşdirən mühüm amilə çevrildi.

Bu gün, haqlı olaraq, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq nüfuzu, iqtisadi inkişafı və hərbi qüdrəti 1993-cü ildə başlanmış siyasi sabitlik və dövlət quruculuğu proseslərinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində əldə olunan tarixi uğurlar da məhz həmin dövrdə formalaşdırılmış güclü dövlətçilik təməllərinə söykənir.

Fərrux Rüstəmov,
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri,pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini



 


 


 




Baxış sayı: 755
Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30