FACT-INFO.AZ » QHT » Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib
6-04-2026, 08:30 | QHT
Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib

Aprelin 5-də Qərbi Azərbaycan İcmasının Basarkeçər Rayon İcmasının təşkilatçılığı ilə əslən Basarkeçərdən olan və 2025-ci ildə müxtəlif sahələrdə uğur qazanmış gənclərlə görüş keçirilib.

Görüşdə Basarkeçər Rayon İcmasının sədri tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Bayramov tədbirin məqsədinin ötən il müxtəlif sahələrdə uğur qazanmış gənclərin nailiyyətlərini qeyd etmək və onların fəaliyyətini stimullaşdırmaq olduğunu söyləyib.

Sonra çıxış edən İcmanın Ağsaqqallar Şurasının sədri, akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan gənclərinin hər zaman ictimai fəallıqları ilə seçildiyini bildirib. Qeyd edib ki, gənclər cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvədir və onların təşəbbüskarlığı ölkənin inkişafına mühüm töhfə verir. Akademik həmçinin vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı həqiqətlərin qorunması və beynəlxalq müstəvidə təbliği istiqamətində gənclərin iştirakı xüsusi əhəmiyyət daşıyır və bu sahədə onlara hər zaman dəstək göstərməyə hazırdır.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Basarkeçər rayonunun Qərbi Azərbaycan tarixində və ictimai həyatında xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Basarkeçər bölgəsi Qərbi Azərbaycanda azərbaycanlıların ən sıx yaşadığı rayonlardan biri olmaqla yanaşı, həm də geniş coğrafiyanı əhatə edən böyük mahalın tərkib hissəsi olub. Tarixən Basarkeçər rayonu həm təhsil, həm də ictimai fəallıq baxımından seçilib və ali məktəblərə qəbul göstəricilərinə görə daim ön sıralarda yer alıb. Bu rayonun yetirmələri Qərbi Azərbaycan İcmasının formalaşmasında, təşkilatlanmasında və fəaliyyətində hər zaman mühüm rol oynayıblar və bu ənənə davam edir.

Ə.Ələkbərli çıxışında gənclərin uğurlarının yüksək qiymətləndirildiyini qeyd edərək bildirib ki, bu nailiyyətlər gələcək nəsillər üçün örnəkdir. O vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının yaradılması tarixi torpaqlara qayıdış ideyasının həyata keçirilməsi baxımından mühüm bir mərhələdir və bu, dövlət səviyyəsində dəstəklənən strateji istiqamətdir. Deputat bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərdə və qəbul olunan sənədlərdə qayıdış məsələsinin prioritet kimi irəli sürüldüyünü diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Milli Məclisin deputatlarından Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, deputat Qaya Məmmədov çıxış ediblər. Çıxışlarda gənclərin potensialının daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Həmçinin vurğulanıb ki, Qərbi Azərbaycan mövzusu bu gün yalnız regional deyil, eyni zamanda, milli kimlik və tarixi yaddaş məsələsidir. Gənclər Qərbi Azərbaycan həqiqətlərini dərindən öyrənməli, bu istiqamətdə maariflənməli və gələcəkdə bu ideyanın daşıyıcısı olmalıdırlar.

Daha sonra gənclərdən idman sahəsində nailiyyət qazanan Leyla Camalzadə, təhsil sahəsində fərqlənən Murad Əliyev, sosial fəaliyyət və liderlik istiqamətində uğur qazanan Nicat Əliyev, karyera və peşə sahəsində uğur əldə etmiş Başxanım Mahmudlu çıxış edərək gələcək hədəfləri barədə fikirlərini bölüşüblər.

Sonda ötən il müxtəlif sahələrdə uğur qazanmış 70-ə yaxın gənc Basarkeçər Rayon İcması tərəfindən təltif olunub.




Baxış sayı: 160
Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Bu gün, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu gün, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Bu gün, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Bu gün, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Bu gün, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında Dünən, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib Dünən, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir Dünən, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts Dünən, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb Dünən, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir Dünən, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib Dünən, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti Dünən, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb Dünən, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz Dünən, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30