FACT-INFO.AZ » AKTUAL » “Qəhrəmanlıq tariximiz nəsillərə  örnəkdir” kitabının təqdimatı keçirilib
28-11-2025, 15:00 | AKTUAL
“Qəhrəmanlıq tariximiz nəsillərə  örnəkdir” kitabının təqdimatı keçirilib

Bu gün Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 181 saylı məktəbdə tədqiqatçı jurnalist, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi sədri Əkrəm Bəydəmirlinin müəllifi olduğu “Qəhrəmanlıq tariximiz nəsillərə  örnəkdir” kitabının təqdimatı keçirilib.  Şəhid ailələrinin və məktəb kollektivinin iştirakı ilə keçirilən təqdimat mərasimini öncə məktəbin direktoru Təhmasib Məmiyev açaraq Azərbaycanın Zəfər tarixinə nəzər salıb və şəhidlərimizdən bəhs edən bu kitabın önəmindən danışdı.

Daha sonra məktəbin tarix müəlliməsi, şəhid ailəsi Arzu Yaqubova fikirlərini açıqlayaraq belə nəşrlərin uşaqların dünyagörüşünə, vətənpərvərlik  əhval-ruhiyyəsinin yüksəlməsinə müsbət təsir etdiyini bildirdi.

 

Şəhid Tərlan Eyniyevin atası Gölişad müəllim öz övladı ilə bağlı xatirələrini danışdı və şəhidlərimiz haqqında yazılmış belə kitabların çap olunmasını yüksək dəyərləndirdi.

 

 Daha sonra kitabın müəllifi Əkrəm Bəydəmirli çıxış edərək bildirdi: “II Qarabağ müharibəsində  qazilərimizin, şəhidlərimizin  şücaəti hesabına qazanılmış tarixi qələbə  hər birimizin həyatında  önəmli məqamdır. Bir ilə yaxın müddətdə 40 şəhidin döyüş və həyat yoluna nəzər salaraq “Qəhrəmanlıq tariximiz: nəsillərə  örnəkdir” adlı,  bu kitabı yazıb ərsəyə gətirmək qürurvericidir. Təqdimata, görə məktəbin rəhbərliyinə, ümumilikdə kollektivə təşəkkürümü çatdırıram”. 

 Daha sonra məktəb şagirdlərinin kitabla bağlı çıxışları səsləndirildi, sualları cavablandırıldı.

 

Xatırladırıq ki, kitab AMEA-nın rəyi, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi ilə çap olunub.

 




Baxış sayı: 360
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30