Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri bu həftənin sonunda sülh planının müddəaları üzərində işi davam etdirəcək və gələn həftə onun iştirakı ilə mühüm danışıqlar keçiriləcək.
Fact-info.az xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yayımlanan videomüraciətində məlumat verib.
“Komandamız Amerika nümayəndələri ilə birlikdə həftənin sonunadək Cenevrə danışıqları nəticəsində əldə etdiyimiz razılaşmaları bizi sülhə və təhlükəsizlik təminatlarına yaxınlaşdıracaq şəkildə inkişaf etdirməyə davam edəcək. Nümayəndə heyətlərinin görüşü keçiriləcək. Ukrayna nümayəndə heyəti bu görüşə yaxşı hazırlaşacaq və əsaslı işə sadiq olacaq. Hazırda Amerika tərəfi və Avropadakı dostlarımızla əlaqə saxlayırıq”, – deyə dövlət başçısı bildirib.
“O da var ki, gələn həftə yalnız nümayəndə heyətlərimiz arasında deyil, həm də mənim iştirakımla vacib danışıqlar aparılacaq. Biz bu danışıqlar üçün möhkəm baza formalaşdırırıq”, – deyə o əlavə edib.
Baxış sayı: 85
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
