FACT-INFO.AZ » AKTUAL » Döyüş meydanında tarix yazan şəhid Mustafa Kərimovun doğum günüdür
27-11-2025, 11:00 | AKTUAL
Döyüş meydanında tarix yazan şəhid Mustafa Kərimovun doğum günüdür

Hər bir şəhidimiz haqqında ətraflı məlumat toplamağa çalışırıq. Onların ömür yolu qısa olsa da, göstərdikləri qəhrəmanlıq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında fədakarlıqları əvəzsizdir. Bu cəsur insanlar torpağı Vətənə çevirdilər. Hər bir şəhid qəhrəmandır. Onları geniş auditoriya, indiki və gələcək nəsil tanımalıdır, onlarla qürur duymalıdır.  

Şəhid Mustafa Kərimovun atası Mais Kərimov qəhrəman övladı haqqında belə deyir: “Mustafa 1995-ci il noybrın 25-də anadan olub. Mərdəkan qəsəbəsində  181 sayı orta məktəbi bitirib. Çox fəal şagird olub. Oğlum sonra Türkiyədə təhsil alıb. Azərbaycana qayıdan kimi hərbi xidmətə yollanıb.  Hərbi xidməti başa vurmağa sayılı günlər qalmış müharibə başladı. Mustafa könüllü olaraq cəbhəyə yollandı. Onun müharibəyə qatılmasından xəbərim olmayıb. Sonradan eşitdim ki, Mustafa  Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl rayonlarında döyüşüb. Tərtər rayonuna gələn zaman yolda düşmən tərəfindən açılan atəşlə maşınları partlayıb və oğlum şəhid olub. Biz bu xəbəri oktyabrın 7-də eşitdik”..

Bu yerdə  söhbətə qoşulan şəhidin anası Əminə Qədirova deyir ki, oğlu ilə son dəfə oktyabrın 6-da telefonla danışıb: “Bir saat mənimlə danışdı. “Ana, sən bacıma və mənə görə çox əziyyət çəkmisən, ona deyərsən xoşbəxt olsun”, –  dedi. Özümü pis hiss etdim: “Mustafa, anan qurban, niyə belə danışırsan?”, – soruşdum. “Özün gələrsən, sözünü də bacına özün deyərsən”. O da cavabında dedi ki, həyatda hər şey ola bilər, atasını mənə tapşırdı. Bacısının toyunu görmək Mustafanın arzusu idi. Amma bu ona qismət olmadı”.   

Şəhidimizin bacısı Şəbnəm Kərimova Mustafanın uşaqlıq illərini belə xatırlayır: “Mustafa məndən bir yaş kiçik olub. Amma onun dəstəyini, qayğısını hər zaman hiss etmişəm. Mən də Mərdəkanda 181 saylı orta məktəbdə oxuyurdum. Mustafa məndən balaca olsa da, hər gün gəlib dərslərimlə maraqlanırdı. Məni müəllimə tapşırırdı. Biz bir yerdə məktəbə gedib-gəlirdik. O, uşaqlıqdan ciddi xarakterli insan olub. Çox nadir hallarda sevdiyi qızla bağlı fikirlərini mənimlə bölüşərdi. Bundan başqa Mustafa kənarda baş verənlər haqqında mənimlə heç vaxt danışmazdı. Müharibə dövründə onun valideynlərimlə və mənimlə sonuncu danışığını xatırlayıram. O, sanki vidalaşırdı. Mənimlə danışandan sonra yenidən anamla danışdı, son sözündə dedi: “Şəbnəmin toyunu edəndə, onu köçürəndə nə lazımdır alın. Heç bir çatışmazlıq olmasın”. Bu telefon zəngi Mustafa ilə son danışığımız oldu”.    

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladırıq ki, şəhidimizin atası Mais Kərimov Azərbaycan Ordusunun zabiti kimi Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Vətənpərvər bir mühitdə böyüyən Mustafa Kərimov  hər zaman Qarabağın işğaldan azad olunmasında iştirakını qürur mənbəyi hesab edib. Nəhayət o, belə müqəddəs yolda şəhidlik zirvəsinə ucalır.

Mənbə: Əkrəm Bəydəmirlinin “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı




Baxış sayı: 420
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30