FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Daşkənddə Füzuli və Nəvai irsinin ortaq dəyərlərinə həsr olunmuş tədbir keçirilib
27-11-2025, 10:00 | MƏDƏNİYYƏT
Daşkənddə Füzuli və Nəvai irsinin ortaq dəyərlərinə həsr olunmuş tədbir keçirilib

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və Məhəmməd Füzuli: Özbəkistan–Azərbaycan ədəbi əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir universitetlə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

 Fact-info.az xəbər ki, tədbirdə çıxış edən universitetin gənclərlə iş və mənəvi-maarif sahələri üzrə birinci prorektoru Gulnoza Jorayeva Şərqin iki görkəmli mütəfəkkirinin mənəvi irsinin öyrənilməsinin əhəmiyyətini və Özbəkistan ilə Azərbaycan arasında elmi və mədəni əməkdaşlığın humanitar əlaqələrin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib.

Prorektor bildirib ki, Nəvai və Füzulinin irsi qardaş xalqların ümumi sərvəti olmaqla ədəbi dialoqun etibarlı əsasını təşkil edir və universitet türkologiya istiqamətinin inkişafına, eləcə də Azərbaycan elmi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırır.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Füzuli irsinin ümumtürk mədəni məkanındakı yerindən danışaraq “Leyli və Məcnun” poemasının Şərq ədəbiyyatında eşq fəlsəfəsinin zirvəsi olduğunu deyib. Direktor vurğulayıb ki, Füzuli eşqi yalnız poetik ifadə kimi deyil, insanın mənəvi kamillik yolunun bədii təcəssümü kimi təqdim edir və bu yanaşma onun yaradıcılığını əsrlər boyu aktuallığını qoruyan klassikaya çevirir.

Akif Marifli, həmçinin Əlişir Nəvainin yalnız özbək ədəbi məktəbinin deyil, bütün türk dilli klassik ədəbiyyatın zənginləşməsində müstəsna rol oynadığını, onun əsərlərinin türkdilli xalqlar arasında ədəbi və mənəvi birliyin genişlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Nəvai və Füzuli kimi klassiklər arasında mövcud ideya-bədii bağlılıqlar Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin mühüm mənəvi dayaqlarından biridir.

Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Jabbarov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini şair Qayrat Məcid və digərləri çıxış edərək Nəvai və Füzuli poeziyasının bədii-fəlsəfi qatları, klassik irsin iki ölkə arasındakı mədəni bağların inkişafındakı rolu və şeirlərin müasir dövrdə tədrisi ilə bağlı məruzələrini təqdim ediblər.

Tədbirə Azərbaycandan onlayn formatda qoşulan alim və tədqiqatçılar Nəvai və Füzuli irsinin yeni elmi yanaşmalarla öyrənilməsi, tərcümə ənənələri və ədəbi əlaqələrin genişləndirilməsi perspektivləri barədə çıxışlar ediblər.

Bədii hissədə Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyəti, Təhsil və Tədqiqat Mərkəzinin tələbələrdən ibarət “Füzuli dilbəndləri” kollektivi şairlərin qəzəl və poetik parçalarını səsləndiriblər.




Baxış sayı: 90
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30