Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 10-da 367 milyon 021 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə Fact-info.az TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 4,91 % çoxdur.
Kipoi çıxış nöqtəsindən noyabrın 11-dən noyabrın 16-dək hər gün üçün 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, noyabrın 4-6-sına olan sifariş göstəriciləri ilə müqayisədə 0,53 %, noyabrın 7-sinə nisbətən təxminən 0,54 %, noyabrın 8-9-u ilə müqayisədə isə 5,18 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 10-dan noyabrın 16-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 10-dan noyabrın 16-dək hər gün üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 10-da 288 milyon 332 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 3-dəki olan sifariş göstəricisi ilə müqayisədə 6,48 % çoxdur.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 11-dən 16-dək hər gün üçün 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 4, 5 və 6-sına olan sifariş göstəriciləri ilə müqayisədə 0,47 %, noyabrın 7-sinə nisbətən isə 0,99 %, azdır. Eyni zamanda, Melenduqno çıxış nöqtəsindən noyabrın 8 və 9-na olan sifariş göstəriciləri ilə müqayisədə qazın tədarükü 6,51 % azalıb.
Baxış sayı: 130
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
