FACT-INFO.AZ » AKTUAL » Ağ Evdə tarixi gün: “Sülh çərçivə sənədi” imzalanır – Minsk Qrupu ləğv edilir, Zəngəzur dəhlizi "TRUMP" adı ilə beynəlmiləlləşdirilir
7-08-2025, 20:30 | AKTUAL
Ağ Evdə tarixi gün: “Sülh çərçivə sənədi” imzalanır – Minsk Qrupu ləğv edilir, Zəngəzur dəhlizi "TRUMP" adı ilə beynəlmiləlləşdirilir

Sabah ABŞ-ın paytaxtı Vaşinqtonda - Ağ Evdə Azərbaycan və Ermənistan arasında uzun müddətdir aparılan danışıqların nəticəsi olaraq çox mühüm sənəd - "Sülh çərçivə sənədi" imzalanacaq.

Fact-info.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu sənəd hələ sülh sazişi deyil, lakin sazişə hazırlıq üçün hüquqi və siyasi bazanı müəyyən edən əsaslı bir sənəd olacaq. Bu, regionda ABŞ-ın birbaşa diplomatik iradəsi və vasitəçiliyi ilə atılmış ən ciddi addım kimi qiymətləndirilir.

Minsk Qrupu tarixin arxivinə göndərilir

Əldə olunan razılaşmaya əsasən, ATƏT-in 30 ildən artıq fəaliyyət göstərmiş Minsk Qrupunun mandatı və fəaliyyəti tamamilə dayandırılacaq. Bu qərar, ABŞ-ın indiki administrasiyasının Tramp dövründəki "faydasız strukturların ləğvi" strategiyasının davamı kimi təqdim olunur. Minsk Qrupu faktiki olaraq artıq uzun müddətdir işləmir və indi rəsmi olaraq diplomatik tarixə çevrilir.

Zəngəzur dəhlizi "TRUMP marşrutu" olur

Ən diqqətçəkən məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. Reuters-in məlumatına görə, dəhlizin idarəsi və təhlükəsizliyi ABŞ-a bağlı özəl şirkətə təhvil veriləcək. Həmin dəhliz bundan sonra "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" - Trump Route for International Peace and Prosperity (TRIPP) adlandırılacaq.

Bu ad Donald Trampın diplomatik təşəbbüsü və şəxsi nümayəndəsi Stiv Vitkoffun vasitəçiliyi ilə aparılan proseslərə simvolik töhfə kimi qəbul olunur.

Ekspertlər bu addımı Zəngəzur dəhlizinin beynəlmiləlləşməsi və regionda Qərbin iştirakı ilə yeni siyasi xəritənin formalaşması kimi qiymətləndirirlər.

Bakı və İrəvan imza atmağa hazırdır

Rəsmi mənbələrdən hələlik təsdiq gəlməsə də, Reuters bildirir ki, sənədin imzalanması üçün tərəflər tam razılıq əldə edib və sənəd Ağ Evdə rəsmi mərasimlə təqdim olunacaq.

Bu hadisə Cənubi Qafqazda yeni dövrün başlanğıcı, Rusiya və İranın bölgədəki təsirinin zəifləməsi, Azərbaycan diplomatiyasının isə yeni uğuru kimi dəyərləndirilir. (musavat.com)




Baxış sayı: 135
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30