Fact-info.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri bu barədə rəsmi Telegram kanallarında məlumat yayıblar.
Avqustun 5-də baş verən M4.4 səviyyəli böyük günəş alışması nəticəsində tac kütləsinin atılması Yerə ciddi təsir göstərə bilər. Alimlər bildiriblər ki, Yerin maqnit sahəsinə təsir əvvəlki ehtimallardan qat-qat güclü ola bilər. Modellər göstərir ki, planet yüksək sürətli plazma buludu ilə toqquşacaq və bu da geomaqnit aktivliyini artıracaq.
Plazmanın Yerə avqustun 8-də Moskva vaxtı ilə təxminən saat 07:00-da çatacağı gözlənilir. Lakin, Yer kürəsinin tac dəliyi zonasına daxil olması səbəbindən maqnit pozuntuları artıq cümə axşamı gecədən başlaya bilər.
Mütəxəssislərin hesablamalarına görə, geomaqnit indeksi Kp G2 səviyyəsinə uyğun gələn 6 dəyərinə çata bilər. Bu, iyunun 13-dən bəri qeydə alınan ən yüksək göstərici olacaq. Sonuncu dəfə maqnit qasırğası iyulun sonunda, yalnız G1 (minimum) səviyyəsində müşahidə olunmuşdu.
Qeyd edək ki, Perm Politexnik Universiteti və Politexnik Məktəbinin alimləri günəş aktivliyini 11 il əvvəldən proqnozlaşdırmağa qadir olan unikal model hazırlayıblar.
Baxış sayı: 110
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
