FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Akademik Mustafa bəy Topçubaşov – 130” adlı elektron məlumat bazası hazırlanıb
6-08-2025, 10:30 | MƏDƏNİYYƏT
“Akademik Mustafa bəy Topçubaşov – 130” adlı elektron məlumat bazası hazırlanıb

Bu gün görkəmli alim və cərrah, tibb elmləri doktoru, akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 130 illiyi tamam olur. Alimin anadan olmasının 130 illiyinin qeyd edilməsi ilə bağlı iyunun 10-da ölkə başçısı Sərəncam imzalayıb. Mustafa bəy Topçubaşovun ad günündə müvafiq Sərəncama uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikin mənalı ömür yolundan və fədakar elmi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Bu barədə  Fact-info.az-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında Mustafa bəy Topçubaşovun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, tibb elmləri doktoru, professor Fariz Camalovun və akademik M.A.Topçubaşov Xatirə muzeyinin rəhbəri, dosent Şəfa Əliyevin “Dünyaşöhrətli cərrah akademik Mustafa bəy Topçubaşov”, fəlsəfə doktoru, dosent İradə Əliyevanın “Fədakar alim, şəfalı həkim, böyük şəxsiyyət” kimi məqalələrinin tam mətni təqdim edilir.

Elektron bazada görkəmli alimin müəllifi, elmi redaktoru olduğu kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Akademikin 130 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən akademikin yubileyi ilə əlaqədar “Cərrah, alim Mustafa bəy Topçubaşov 130” adlı videomaterial da hazırlanıb. Materialda görkəmli alimin zəngin elmi fəaliyyəti haqqında məlumat verilir. Materialda akademikin respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri kimi anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulu istiqamətində ixtirasına görə həm Azərbaycanda, həm də bütün dünyada böyük şöhrətə malik olması haqqında məlumat verilir, İkinci Dünya müharibəsi dövründə hərbi cərrahiyyə sahəsində göstərdiyi mühüm xidmətlərdən bəhs edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Mustafa bəy Topçubaşovun müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və videogörüntüləri də sərgilənir.

“Cərrah, alim Mustafa bəy Topçubaşov 130” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.




Baxış sayı: 230
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30