Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi Asəf Hacıyevlə görüşüb.
Asəf Hacıyev Azərbaycan, Gürcüstan və Türkiyənin QDİƏT-də xüsusi rolunu qeyd edib və üç ölkə arasında gələcək səmərəli əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə QDİƏT-in Baş Assambleyasının bu ilin noyabrında Bolqarıstanda keçiriləcək sessiyasına hazırlıq məsələsi də müzakirə olunub.
Bildirilib ki, sessiyada quruma sədrlik Bolqarıstandan Gürcüstana keçəcək. Gürcüstan parlamentinin sədri isə QDİƏT-in sədri olacaq.
Şalva Papuaşvili bildirib ki, Gürcüstan QDİƏT-də sədrliyi böyük məsuliyyətlə üzərinə götürəcək və Parlament Assambleyasının fəaliyyətinə aktiv şəkildə rəhbərlik edəcək.
Görüşdə, həmçinin Qara dəniz regionunda Orta Dəhlizin potensialının reallaşmasına töhfə verəcək sülh və sabitliyin vacibliyi qeyd olunub.
Baxış sayı: 185
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
