"Bu gün Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir, ticarət, nəqliyyat, “yaşıl enerji” sahəsində layihələr həyata keçirilir".
Fact-info.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident Şavkat Mirziyoyev Türkmənistanda Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət görüşünün hazırlanması və keçirilməsi məsələlərinə həsr olunmuş xüsusi tədbirdə bildirib.
İştirakçılar Daşkənddə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Bundan əlavə, ilin sonunadək parlamentlərarası forum, müdafiə, ticarət və nəqliyyat nazirlərinin görüşləri, həmçinin mədəni-humanitar tədbirlər gözlənilir.
Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistan siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət sahəsində, o cümlədən su ehtiyatları, enerji və iqlim məsələlərində yeni təşəbbüslər təklif etməyə hazırdır.
Qeyd edək ki, tədbirdə, həmçinin Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Azərbaycanın Baş naziri Əli Əsədov, eləcə də rəsmi nümayəndə heyətlərinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər (“Report”).
Baxış sayı: 165
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
