Avqustun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə telefonla danışıb.
Fact-info.az-ın məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən AZƏRTAC-a bildirilib ki, ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, eləcə də regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Qəzza zolağındakı ağır humanitar vəziyyətə xüsusi diqqət yetirilib.
Prezident Ərdoğan Böyük Britaniyanın baş nazirinin diqqətini Türkiyədən Fələstinə humanitar yüklərin çatdırılmasına, eləcə də Ankaranın bölgədə atəşkəsin təmin edilməsinə dair vasitəçilik səylərinə yönəldib.
Türkiyə lideri Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həllinin əhəmiyyətini vurğulayıb.
Baxış sayı: 85
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
