Ukraynada müharibədən əziyyət çəkən uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb olunması davam etdirilir. Fact-info.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Uşaqların emosional vəziyyətlərinin stabilləşdirilməsi, cəmiyyətə inteqrasiyalarının dəstəklənməsi məqsədilə onlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək. Eyni zamanda, psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq.
Proqram çərçivəsində uşaqlar üçün, həmçinin Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, eləcə də tarixi-memarlıq abidələrinə ekskursiyalar nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəlki 7 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
Baxış sayı: 105
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
