FACT-INFO.AZ » AKTUAL » Həyatımızı kinosuz təsəvvür etmək mümkün deyil
4-08-2025, 13:30 | AKTUAL
Həyatımızı kinosuz təsəvvür etmək mümkün deyil
Bir neçə gün öncə Azərbaycan kinosu günü qeyd olundu. Etiraf etmək lazımdır ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Sovet dönəmində, sonrakı illərdə uğurlu bədii filmlər tamaşaçının diqqətindən yayınmayıb, Ümumilikdə götürsək Azərbaycanın bu sahədə çox zəngin potensialı olub. Təəssüf ki, bu potensialdan yetirəncə istifadə olunmayıb. Çox nəhəng sənətkarlar olub ki, öz istedadlarını özləri ilə qəbirə aparıblar.
Gerçəkdən bu gün Azərbaycanın kino sahəsində yaranmış boşluqlar, bəlkə də bərbad vəziyyət cəmiyyətə sirayət edir. Təbii ki, bütün bunlar nəticədir. Səbəbləri aradan qaldırmaq gərəkdir.
İbn Sina da deyirdi ki, bir adamın ruhu sağlamdırsa, onun bədəni də sağalmağa meyilli olur, əksinə, ruhunda xoşagəlməz nəsnələri yetişdirən adam xəstələnməyə məhkumdur. İnsanların ruhunu pərişan edən, zədələyən amillər çoxdur. Ruhumuzu təmizləyən faktorlar az deyil. Bunlardan biri ruhumuza yaxın olan filmlərdir.
Nəhayət, biz millət olaraq oz tarixi-bədii filmlərimizi ortalığa qoymalıyıq. Milli düşüncəmizə yad olan, heç bir informasiya yükü olmayan bu gün bəzi serialları çəkib televiziyalarda nümayiş etdirənlər nəhayət, papaqlarını qabaqlarına qoyub düşünməlidirlər.
Bu gün kino ssenariləri ilə bağlı aktul mövzular kifayət qədərdir. Niyə görə bizim tariximizlə bağlı bədii filmlərimiz yoxdur?
Bir daha qeyd etmək istərdim ki, insanların, xüsusilə, gənclərin özünə dərkə, daha çox öyrənməyə, başqalarını anlamağa yardımçı olan, mənəviyyatı gücləndirən, həm də Zəfər tariximizdən, II Qarabağ savaşında misilsiz qəhrəmanlıqlar göstərən gənclərimizin döyüş yolundan və digər mövzularla bağlı bədii filmlərə ehtiyac var. Həmçinin Azərbaycanın ağlı-qaralı tarixindən, taleyindən bəhs edən filmlərə zərurət var. Kino sahəsinin yalnız dövlət büdcəsi hesabına inkişafı qeyri mümkündür. Dövlət yalnız inkişafa təkan verə bilər, müxtəlif formada yardımlar göstərər. Bu sahənin rentabelli işləməsi üçün “Kino iqtisadiyyatı” formalaşmalıdır.
Kifayət qədər intellektual potensialın və kapitalın olduğu şəraitdə müəyyən standartlara uyğun filmlər çəkib xarici ölkələrin bazarlarına yol tapmaq olar. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, kino iqtisadiyyatı formalaşar.
Azərbaycan çərçivəsində kinofilmlər çəkib ciddi gəlir götürmək real görünmür. Dünyaya çıxmaq üçün Azərbaycanın kino adamları beynəlxaq kodları tapmalıdır.
Digər önəmli məsələ ondan ibarətdir ki, kino çəkilişlərinə ayrılan vəsaitlərin şəfaf bölgüsü olmalıdır. Yerlibazlıq, dostbazlıq və digər xəstəliklərdən uzaq olmaq vacib məsələdir.
Onu da qeyd etmək istərdim, hər əli qələm tutan, hər yazıçı ssenari yaza bilməz. Kino ssenarilərində müasir tamaşaçınının gözündən heç bir məqam yayınmır. Burada hər hansı uzunçuluq, boşluq, qeyri peşəkar yanaşma ssenarinin zəifliyini bir daha artırır.
Əkrəm Bəydəmirli
Baxış sayı: 325
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır
Dünən, 19:30
Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir
Dünən, 19:00
Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək
Dünən, 18:30
Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır”
Dünən, 17:00
Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil
Dünən, 16:30
Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Dünən, 14:00
Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Dünən, 12:00
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
Dünən, 11:30
Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik
Dünən, 08:30
Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM
Dünən, 08:30
Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında
23-11-2026, 16:30
Prezident İlham Əliyev Trampa təşəkkür edib
23-11-2026, 16:00
TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir
23-11-2026, 15:00
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
23-11-2026, 15:00
Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
23-11-2026, 14:30
Qlobal bazarlarda narahatlıq davam edir
23-11-2026, 13:30
Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib
23-11-2026, 11:00
"Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti
23-11-2026, 11:00
Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb
23-11-2026, 09:00
İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz
23-11-2026, 09:00
Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik
21-11-2026, 12:30
Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür
21-11-2026, 11:00
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
21-11-2026, 11:00
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib
21-11-2026, 11:00
Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub
20-11-2026, 20:00
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb
20-11-2026, 19:00
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
20-11-2026, 12:30
Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar
20-11-2026, 12:30
Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb
20-11-2026, 11:00
QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20-11-2026, 09:30
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
