FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Mahmud Kaşqari adına Beynəlxalq Fondun yeni nəşrləri ictimaiyyətə təqdim olunub
1-07-2025, 10:30 | MƏDƏNİYYƏT
Mahmud Kaşqari adına Beynəlxalq Fondun yeni nəşrləri ictimaiyyətə təqdim olunub

Bu günlərdə Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihələrinin uğurlu nəticəsi kimi işıq üzü görən, respublikamızın tanınmış pedaqoqu, alim, şair, tərcüməçi Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş “Ruhlarla danışan adam” məqalələr toplusu, şair Qadir Hüseynovun “Mənim dünyam…” şeirlər toplusu və gənc tədqiqatçı Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabı Prezident Kitabxanasına, M.F.Axundzadə adına Milli Kitabxanaya, şəhər və rayon kitabxanalarına və ictimaiyyətə təqdim olunub.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasından  bildirilib ki, Vaqif Aslanın 75 illik yubileyinə ərməğan olaraq nəşrə hazırlanan “Ruhlarla danışan adam” kitabının Şəki şəhər Heydər Əliyev Mərkəzində, habelə Azərbaycan Milli Elmlər Akademiyasında təqdimatı keçirilib.

Əsasən yubiley təbriklərinin yer aldığı “Vaqif Aslan – 75”, “Vaqif Aslan yaradıcılığı haqqında yazılanlar”, “Müsahibələr”, “Vaqif Aslanın avtobioqrafiyası” fəsillərində bütövləşən, söz ustadının yaradıcılığını müxtəlif aspektlərdən işıqlandıran bu kitab monumental tədqiqat əsərini xatırladır və ədibin elmi, ədəbi və pedaqoji fəaliyyətinə qiymətli töhfədir.

Fondun yeni nəşrlərindən biri də şair Qadir Hüseynovun “Mənim dünyam…” şeirlər toplusudur. Kitabda müəllifin Vətənimiz Azərbaycana, Zəfərimizə, Qarabağ fatehi Ali Baş Komandanımıza, Türk dünyasına həsr etdiyi şeirlər xüsusilə diqqət çəkməkdədir.

Fondun gerçəkləşdirdiyi növbəti layihə isə Şəki ədəbi mühitinin təmsilçisi, gənc tədqiqatçı Tural Adışirinin Azərbaycanın şimal-qərb bölgəsinin folkloruna aid orijinal elmi araşdırmaları, müasir ədəbi prosesin ayrı-ayrı nümayəndələri haqqında publisistik məqalələri toplanmış “Publisistik və poetik düşüncələr” kitabıdır. “Elm və Təhsil” nəşriyyatında səhih dizayn və nəfis tərtibatla işıq üzü görən bu kitablar geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Milli Məclisin deputatı, Fondun prezidenti Cavanşir Feyziyevin rəhbərliyi ilə Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında ümumrespublika və beynəlxalq konfransların təşkili, elmi simpoziumların keçirilməsi, nəzəri-təcrübi əhəmiyyətli dərsliklərin, tərcümə əsərlərinin, elmi monoqrafiyaların nəşri artıq ənənə halını alıb.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30