FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb
18-06-2025, 15:00 | MƏDƏNİYYƏT
Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb

Bu günlərdə Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası çap olunub.

Fact-info.az xəbər verir ki, kitab Azərbaycan ədəbiyyatında mühüm bir mərhələnin – 1960-1990-cı illər dövrünün bədii nəsrinin, xüsusilə də povest janrının elmi-nəzəri baxımdan dərin təhlilinə həsr olunmuş əhəmiyyətli tədqiqat əsəridir. Müəllif monoqrafiyada “altmışıncılar” kimi tanınan ədəbi nəslin yaranmasını, inkişaf yollarını, bədii-estetik prinsiplərini və Azərbaycan nəsrinə gətirdikləri yenilikləri sistemli şəkildə araşdırır.

Cahangir Məmmədli “altmışıncılar” anlayışının dövrün ictimai, mədəni və estetik reallıqları kontekstində izahını verir, xüsusilə povest janrının bu dövrdəki inkişafını detallı şəkildə analiz edir. Monoqrafiyada müəllif ədəbi-tarixi və poetik analiz metodlarından yararlanaraq dövrün povestlərini təkcə mətn səviyyəsində deyil, həm də sosial-mədəni kontekstdə təhlil edir. Professor altmışıncıların yaradıcılığını sovet ideologiyası çərçivəsindəki ziddiyyətlər fonunda dəyərləndirir və onların yazı üslubunda bu ziddiyyətlərin necə poetik ifadə tapdığını göstərir.

“Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası Azərbaycan ədəbiyyatında mühüm mərhələlərdən birinin – sovet dövrünün son otuz ilində formalaşan yeni bədii düşüncə tərzinin sistemli və obyektiv tədqiqinə mühüm töhfə verir. Cahangir Məmmədlinin bu əsəri, yalnız ədəbi tənqid və elmi araşdırma üçün deyil, həm də Azərbaycan ədəbiyyatını öyrənən tələbə və müəllimlər üçün qiymətli bir mənbədir.

Kitaba rəyçiləri filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və filologiya elmləri namizədi, dosent Ələmdar Cabbarlıdır.

Akademik Nizami Cəfərov kitaba yazdığı “Ön söz”də yazıb ki, monoqrafiyanın indiki variantı bir sıra yeniliklərlə zənginləşdirilib və bu məqamda Cahangir Məmmədli “altmışıncılar” adlandırılan yazıçıların yaradıcılığına daha çox diqqət yetirib. İnanıram ki, monoqrafiyada müəllifin müstəqil mühakimələri, sərbəst təhlilləri, nəsrimizə, xüsusilə povest təsərrüfatına verdiyi qiymətləri, gəldiyi ümumi elmi-nəzəri nəticə ayrıca maraq doğuracaq. Əvvəlki kitabları və onlarca məqalələrində olduğu kimi, C.Məmmədli bu əsərini də ədəbiyyata məhəbbətlə, söz sənətinə inam və hörmətlə qələmə alıb.




Baxış sayı: 135
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30