FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etmək üçün Ankarada səfərdədir
21-05-2025, 10:00 | XƏBƏR
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etmək üçün Ankarada səfərdədir

Mayın 21-də Türkiyənin Ankara şəhərində keçiriləcək “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransda iştirak məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin başçılığı ilə nümayəndə heyəti Ankaraya səfər edib.

Fact-info.az xəbər verir ki, nümayəndə heyətinə Prezident Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, ADA Universitetinin, Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin nümayəndələri daxildir.

Səfər iştirakçıları mayın 20-də Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsinin ziyarət edərək önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn edildiyi Anıtqəbir ziyarət olunub, Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyulub, əziz xatirəsi yad edilib.

Daha sonra Türkiyə Böyük Millət Məclisində sədr Numan Kurtulmuşla keçirilən görüşdə Azərbaycan ilə qardaş ölkə arasında parlamentlərarası münasibətlərin sağlam təməllər üzərində qurulduğu qeyd olunub, bu dostluq və qardaşlıq əlaqələrinin beynəlxalq müstəvidə gətirdiyi dividendlər, parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsi məsələləri haqqında danışılıb.

Türkiyə Respublikası Prezidentinin Administrasiyasında vitse-prezident Cevdet Yılmazla görüşdə isə iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafı haqqında fikir mübadiləsi aparılıb. Tərəflər Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın yorulmaz və qətiyyətli addımları nəticəsində Azərbaycanın və Türkiyənin “Bir millət, iki dövlət” ideyasını hər zaman qoruduğunu, ən çətin anlarda bir-birinə dayaq olduqlarını xüsusi vurğulayıblar.

Səfər çərçivəsində, həmçinin Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala ilə görüş keçirilib. Görüşdə hakim siyasi partiyaların gələcəkdə müxtəlif məsələlərlə bağlı qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, beynəlxalq konfransa Azərbaycan və Türkiyədən 200-dən çox iştirakçı qatılacaq.




Baxış sayı: 120
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30