FACT-INFO.AZ » XƏBƏR » Çikaqoda Xocalı soyqırımına həsr olunmuş 2-ci Qlobal Dialoq Konfransı keçirilib
23-02-2025, 09:00 | XƏBƏR
Çikaqoda Xocalı soyqırımına həsr olunmuş 2-ci Qlobal Dialoq Konfransı keçirilib

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Keçmişlə gələcək arasında körpü” mövzusunda 2-ci Qlobal Dialoq Konfransı keçirilib.

Fact-info.az xəbər verir ki, konfransda beynəlxalq ekspertlər, ABŞ-ın müxtəlif ştatlarında yaşayan Azərbaycan icmasının nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmsədrləri Fərid Məmmədov və Mehriban Məmmədova Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında belə konfransların əhəmiyyətini vurğulayıblar.

Sonra Azərbaycan və ABŞ-ın Dövlət himnləri səsləndirilib. Daha sonra Xocalı faciəsi qurbanlarının əziz xatirəsi sükutla yad edilib və soyqırımı ilə bağlı sənədli film nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, 30 ildən artıqdır Azərbaycan xalqı və dünya azərbaycanlıları Xocalı faciəsinin acısını ürəklərində daşıyır. Azərbaycan münaqişə ilə bağlı həqiqətləri, Qarabağın tarixini, xalqımıza qarşı törədilən cinayətləri dünyaya çatdırır.

“2020-ci ildə Azərbaycan işğal altında olan torpaqlarının böyük hissəsini, 2023-cü ildə isə Xocalını azad etdi. Hazırda bölgədə yenidənqurma işləri gedir və 30 il əvvəl Qarabağdan məcburi köçkün düşənlər yeni salınmış kəndlərə, ağıllı şəhərlərə qayıdırlar”, - deyə komitə rəsmisi əlavə edib.

Onun sözlərinə görə, Xocalı qurbanlarının ruhları bu cinayətə görə məsuliyyət daşıyanlar qanun qarşısında cavab verdikləri zaman şad olacaq.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara son səfəri və yerli sakinlərlə görüşünə dair videoçarx nümayiş etdirilib.

Ölkəmizin ABŞ-dakı səfirliyinin nümayəndəsi çıxışında Azərbaycan hökumətinin və Azərbaycan icması təmsilçilərinin səyləri nəticəsində beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını insanlığa qarşı törədilmiş cinayət kimi tanıdığını deyib. Vurğulanıb ki, ABŞ-ın 11 ştatının assambleyaları qətliama dair rəsmi olaraq qətnamələr qəbul edib, 15-dən çox ştat isə qurbanların xatirəsinə bəyanatlar, bəyannamələr verib.

Daha sonra keçirilən panel müzakirələrində çıxış edən pakistanlı geosiyasi analitik, jurnalist Malik Ayub Sumbal Xocalıda baş verənlərin təsəvvür edilməyəcək qədər dəhşətli olduğunu bildirib. Onun sözlərinə görə, daha çox ölkənin bu faciəni soyqırımı kimi tanıması üçün addımlar atılmalıdır. Pakistanlı ekspert indiyədək 16 ölkənin bu faciəyə siyasi qiymət verdiyini və İƏT-in Xocalı soyqırımı ilə bağlı 13 sənəd qəbul etdiyini xatırladıb.

ABŞ Milli Müdafiə Universitetinin professoru Stefan Bruks çıxışında silahsız mülki şəxslərin qəsdən hədəfə alınmasının müharibə qanunlarının, həmçinin Cenevrə konvensiyalarının pozulması olduğunu deyib. O, Xocalıda baş verənlərin müharibə cinayəti olduğunu deyib.

Braziliyanın Jurnalistlərin Xarici Əlaqələr üzrə Şəbəkəsinin prezidenti, jurnalist Fabiana Ceyhan 44 günlük müharibə bitdikdən sonra Qarabağa səfər edən ilk jurnalistlərdən biri kimi təəssüratlarını bölüşüb. O qeyd edib ki, belə faciələrin heç bir ölkədə təkrarlanmaması və beynəlxalq ictimaiyyət tərəfindən unudulmaması üçün bu günü həmişə xatırlamaq və xatırlatmaq vacibdir. O əlavə edib ki, Xocalı mülki yaşayış məntəqəsi olduğundan dinc əhaliyə hücum etmək ədalətsizlik və cinayətdir.

Daha sonra çıxış edən “RC Communications” təşkilatının prezidenti, beynəlxalq əlaqələr və kommunikasiya üzrə ekspert Kelvin Dark Qarabağa səfəri zamanı, əslində, minaların nə dərəcədə böyük təhlükə törətməsinin şəxsən şahidi olduğunu deyib. Onun sözlərinə görə, minalar münaqişə zamanı baş vermiş zorakılığın miqyasını göstərir və ərazinin minalardan tamamilə təmizlənməsi onilliklər, milyardlarla dollar tələb edir. Ekspert, həmçinin müharibə zamanı Gəncə şəhərinə edilən hücumlardan danışaraq, Gəncə terroru qurbanlarının, əslində, səngərdən uzaq ailələr olduğunu vurğulayıb. Onun sözlərinə görə, bunun insanlara verdiyi psixoloji təsirlərin aradan qaldırılması üçün uzun illər lazımdır.

Şimali Karolina Universitetinin professoru Əli Əsgərov isə Xocalı faciəsindən əvvəl ermənilərin azərbaycanlılara qarşı ərazi iddialarının arxasında duran səbəblər və Xocalıda törədilənlərin soyqırımı olmasını sübuta yetirən amillər barədə təqdimatla çıxış edib.

Tədbir Men ştatı Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun çıxışı ilə yekunlaşıb.




Baxış sayı: 145
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30