FACT-INFO.AZ » XƏBƏR » Ermənilər Azərbaycan xalçasını mənimsəməyə çalışırlar
22-02-2025, 20:00 | XƏBƏR
Ermənilər Azərbaycan xalçasını mənimsəməyə çalışırlar

Artıq uzun illərdir Azərbaycan mədəniyyətini Türkiyədə təbliğ edən “Xarıbülbül” Mədəniyyət Dərnəyi (Xarıbülbül Vizyon Teatr Birliyi Dərnəyi) fəaliyyət istiqamətini genişləndirərək yeni layihələrin icrasına başlayıb.

Fact-info.az-ın məlumatına görə, Dərnəyin rəhbəri, aktrisa Kamalə Kamal Cabbarova bununla bağlı AZƏRTAC-a müsahibə verib.

Türkiyədəki bir sıra dövlət və rəsmi qurumlar ilə əməkdaşlığa başladıqlarını bildirən Kamalə Kamal fəaliyyət istiqamətləri arasına Azərbaycanın qədim milli xalçalarının və əsərlərinin, eləcə də milli musiqimizin təbliğini də daxil etdiklərini deyib. “Mədəniyyət tarix boyu xalqlar arasında ən böyük bağ olub. Azərbaycan ilə Türkiyə arasındakı mədəni bağlar isə ortaq tarixi köklər və əsrlər boyu davam edən dəyərlər əsasında formalaşıb. Artıq on ildən çoxdur ki, qardaş ölkədə Azərbaycan mədəniyyətini təmsil edir, milli dəyərlərimizin, xüsusilə Qarabağın zəngin irsinin qorunması və daha geniş ictimaiyyətə təqdim olunması məqsədilə mühüm təşəbbüslərə imza atırıq. Bu istiqamətdə fəaliyyətimizi daha da genişlətmək istəyirik. Elə bu məqsədlə son vaxtlar bir çox şəxslərlə görüşmüşük. Türkiyənin və Azərbaycanın Avropa ölkələrindəki QHT-ləri ilə də birgə işlər, əməkdaşlıq perspektivləri barədə müzakirələrimiz olur, bəzi əməkdaşlıq müqavilələri artıq imzalanıb. Bu ilin yaz aylarında dərnəyimizin üzvlərinin Avropa ölkələrinə səfəri planlaşdırılır. Fikrimcə, bu əməkdaşlıqlar Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, Qarabağ irsinin dünya səviyyəsində tanıdılmasına da mühüm töhfə verəcək. Bu çərçivədə planlaşdırılan layihələr isə Azərbaycan qədər Türkiyə üçün də vacibdir və hər iki ölkənin mədəni dəyərlərinin dünyada daha geniş tanıdılmasına xidmət edəcək”, - deyə əlavə edib.

Dərnək tərəfindən həyata keçirilən yeni layihələrdən biri ermənilərin mənimsəməyə çalışdıqları Azərbaycanın qədim milli xalçalarının təbliğidir.

Bununla bağlı danışan dərnək rəhbəri deyib: “Qurumumuzun tərkibi fərqli istiqamətlərdə genişləndirilir. Azərbaycan üzrə rəsmi nümayəndəmiz, Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulova qədim xalçalarımızın və əşyalarımızın Türkiyədə təbliği ilə məşğuldur. Ermənilərin mənimsəməyə çalışdıqları tarixi əsərlərimizdən biri də “Qasımuşağı” xalçasıdır. E.Rəsulovanın dəstəyi ilə biz xüsusilə bu və bu kimi digər xalçalarımızı insanlara tanıtmağa çalışırıq. Çünki “Qasımuşağı” məhz Elnarə xanımın nənəsi tərəfindən toxunan bir xalçadır. Bəli, bu tarixi əsərimizin müəllifi bəlli olduğu halda ermənilər ona da göz dikirlər. Onu da qeyd edim ki, Elnarə Rəsulova tərəfindən Qarabağ Zəfəri, “Dəmir yumruq” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına ithaf olunaraq hazırlanan xalça 2020-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib”.

Aktrisa rəhbərlik etdiyi qurumun sərgi bölməsinin üzvlərinin də son zamanlar vacib görüşlər keçirərək olduqca mühüm layihələrə imza atmağa başladığını deyib. “Bu işlərlə qurumumuzun sərgi bölməsinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lətafət Refik məşğuldur. Ümumiyyətlə, bütün sərgi hissəsi bu bölməyə aiddir. Bu və digər bölmələrimizin fəaliyyətinin genişləndirilməsi üçün dərnəyimizə Azərbaycandan elm və sənət insanlarını dəvət edir, beynəlxalq layihələrə imzalar atırıq. Azərbaycan musiqisinin təbliği bölməsinin rəhbəri isə ölkəmizin yaddaqalan və olduqca gözəl səslərindən birinə malik, Türkiyə ictimaiyyətinə də yaxından tanış olan müğənni Vüsalə Əsgərovadır. Hazırda Vüsalə xanım Novruz şənlikləri, Üzeyir Hacıbəylinin 140 illik yubileyinin Türkiyədə qeyd olunması kimi çox mühüm və tarixi hadisələrimizi özündə əks etdirən vacib layihələr üzərində işləyir. Layihələrimizin icrasında əməyi keçənlərdən biri də Bəhrəm Afsaldır. Fikrimcə, bu gözəl heyətlə daha çox nailiyyətlərə imza atacağıq. Gələcək fəaliyyətlərimiz arasında Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən qalereya və yaradıcı mərkəzlərlə birgə layihələrin icrası da var. Hər kəsə məlumdur ki, İstanbul dünyaya açılan ən mühüm qapılardan biridir. Şəhərə gələn turist axını buna ən böyük nümunədir. Bu və digər səbəblərdən fəaliyyətimizin məhz bu ölkədə davam etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını düşünürəm”.

“Ümumiyyətlə, istər Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi, İstanbuldakı baş konsulluğumuz, səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və ya tərkibində olduğumuz Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), eləcə də Türkiyənin aidiyyəti qurumları bütün layihələrimizin icrasında bizə dəstək olur, böyük maraq göstərirlər. Biz də öz növbəmizdə tariximizin və mədəniyyətimizin təbliğinə gənc nəslin nümayəndələrini cəlb etmək üçün yeni layihələr üzərində çalışırıq”, - deyə Kamalə Kamal bildirib.




Baxış sayı: 190
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30