2025-ci ildə Ələt limanında terminalın, Almatıda logistika kompleksinin və Moskva vilayətinin Selyatino stansiyasında yeni CRK Terminal Logistika Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
Fact-info.az “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, bu məsələ Çin Kommunist Partiyasının Partiya Komitəsinin katibi Sian Fanq Honqvey ilə SC-nin rəhbəri Nurlan Sauranbayev arasında keçirilən görüşdə müzakirə edilib.
Gələn il Svisloç stansiyasında (Belarus) və Budapeştdə (Macarıstan) logistik mərkəzlər və terminallar işə salınacaq.
Tərəflər qeyd ediblər ki, 2024-cü ildə Sian quru limanından Çin-Avropa marşrutu üzrə 5000-dən çox qatar göndərilib ki, bu da həmin yol ilə bütün daşımaların 25 faizini təşkil edir və tarixi rekorddur.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas qovşağı olan Sian şəhərində birgə yük terminalının fəaliyyəti sayəsində ötən il daşımaların həcmi 33 dəfə artıb.
Baxış sayı: 145
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
