FACT-INFO.AZ » XƏBƏR » Ermənistanın sürətlə və kütləvi şəkildə silahlanması narahatlıq doğurur
21-02-2025, 09:30 | XƏBƏR
Ermənistanın sürətlə və kütləvi şəkildə silahlanması narahatlıq doğurur

“Çıxışıma 33 il əvvəl bu günlərdə baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etməklə başlamaq istəyirəm. Ermənistan tərəfindən törədilən bu qətliam nəticəsində 600-dən çox azərbaycanlı mülki şəxs amansızcasına qətlə yetirilib. Bu günlərdə biz həmin cinayəti törədənlərin bəzilərinin ədalət məhkəməsi qarşısına çıxarılmaları və Xocalı faciəsinin sağ qalmış qurbanlarının 30 illik işğaldan sonra öz evlərinə qayıda bilmələri ilə təsəlli tapırıq”.

Fact-info.az  xəbər verir ki, bu fikirləri Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov qurumun Vyanada keçirilən qış sessiyasında səsləndirib.

Bildirilib ki, Azərbaycanın öz ərazilərini azad etməsi hazırkı dünyada ədalətin bərqərar edilməsinin nadir nümunələrindən biridir və bölgədə davamlı sülhə yol açır. Lakin bu yolda hələ də çətinliklər mövcuddur. Ermənistan sözdə sülh sənədi imzalamaq istədiyini bildirir, Azərbaycan isə həqiqi sülhə nail olmaq istəyir: “Ermənistanın sürətlə və kütləvi şəkildə silahlanması, maneəsiz tranzit öhdəliklərini yerinə yetirməkdən imtina etməsi və vətənlərindən qovulmuş Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına mane olması bizi ciddi şəkildə narahat edir. Bütün bunlar bir daha təsdiq edir ki, sülh yalnız kağız üzərində yazılmış sözlərdən ibarət olmamalıdır.“

Nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, ATƏT Avropa təhlükəsizliyi üçün mühüm bir mexanizm olaraq qalır, lakin o, öz qüsurlarını və keçmiş uğursuzluqlarını təhlil etməlidir. İkili standartlara, beynəlxalq hüququn selektiv şəkildə tətbiqinə və insan hüquqlarından siyasi məqsədlər üçün sui-istifadəyə yol verilməməlidir.




Baxış sayı: 160
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30