FACT-INFO.AZ » CƏMİYYƏT » Böyük insanların həyatı onların ölümündən sonra başlayır
19-02-2025, 15:00 | CƏMİYYƏT
Böyük insanların həyatı onların ölümündən sonra başlayır
Müşahidələr və faktlar göstərir ki, “böyük insanların həyatı, onların ölümündən sonra başlayır” fikrində həqiqət var. Bu kimlərəsə təsəlli mesajı deyil.
Müqəddiməsiz mətləbə keçmək istərdim. Acı taleli Məhəmməd Hadinin də həyatı belədir. Hadi səfalət içində bu dünyadan köçəndən sonra yadda düşdü, xatırlandı, əsərləri nəşr olundu. Təəssüf ki, bəzi şəxsiyyətlərə sağlığında deyil, dünyadan köçəndən sonra dəyər verilir. Onların necə böyük şəxsiyyət olduğu dərk olunur.
Məhəmməd Hadi ilə bağlı bəzi məqamlara qısaca nəzər salaq. O,1879-cu ildə Şamaxının sayılan seçilən tacirlərindən olan Əbdülsəlim kişinin ailəsində anadan olub. Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə “Hadi” (ərəbcə-doğru yol göstərən) təxəllüsünü seçib. Hadi şeirlə yanaşı, ədəbi, ictimai, siyasi və elmi məqalələr də yazırdı. İstanbulda oxumağa gedir, işləyir, lakin başına olmazın müsibətlər gəlir. Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən əmisi oğlunun köməyi ilə ticarət işinə əl atmış, lakin bu işə marağı olmadığından işi tezliklə tərk etmişdir. 1902-ci ildə yanvar ayının son günündə Şamaxıda təbii fəlakət baş verir. Şamaxı zəlzələsindən sonra hamı kimi Məhəmməd Hadi də oradan köçür.
Ömər Faiq.Nemənzadə öz xatirələrində yazır: "1902-ci il yanvarın 31-də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görünməmiş yer tərpənişi oldu. Bu gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü idi. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş, evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq Kürdəmirə getmiş, ibtidaən bir əttar dükanı açmış isə də, ondan da bir şey çıxmadığını görüncə, ikinci kərə olaraq zərər ilə dükanı qapamışdır".
Digər mənbədə Hadinin Türkiyə həyatına nəzər salınıb. Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Hadinin İstanbul həyatından yazırdı: “Yüksək rütbə sahibini təhqir etmək üstündə onu həbsə alırlar və Salonik şəhərinə sürgün edirlər. Yunanlar Hadinin türk casusu hesab edir, öldürmək istəyirlər. Bir yunan keşişi onu himayəsinə alıb xilas edir. Salonikdə, sürgündə olanda çox ağır və acı həyat keçirir. Günlərlə ac qalır. Sürgündən qayıdandan sonra Bakıya dönür. Ruhi xəstəxanada yatır. Müalicə olunub xəstəxanadan çıxdığı vaxt Birinci dünya müharibəsi başlayır. Məhəmməd cənub-qərb cəbhəsinə könüllü xidmətə gedir. 1915-ci ildə Qafqaz ordusunda feldşer sifəti ilə çalışdığı zaman Avstriya cəbhəsinə, Karpata gedir, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini icra edir”.
Yazıçı Manaf Süleymanov yazır: “Hadi sürgündən sonra qayıdıb gəlir, aclıq keçirir. Hər gün Məhəmməd Hadi üç vərəqə şeir yazıb Qubernator bağına çıxıb hər vərəqi satırdı. Qazandığı pula qara çörək, soğan və araq alıb evə gedirdi. Hər gün şeir həvəskarları bağda onu gözləyirdilər ki, heç olmasa şairin bir vərəqə öz əli ilə yazdığı şeiri alıb oxusunlar. Onun vəziyyətindən xəbər tutan Azərbaycan Cümhuriyyət naziri Cavanşir xan Behbud şairin yanına gəlir və deyir “Hadi əfəndi, xahiş edirəm, buyurun maşına, bərabər gedək. Siz bizə lazımsınız”. Şair onu dərin, mənalı tərzdə süzüb, məğrur bir səslə dedi: “Gedin! Şairinki nazirlə tutmaz!”.
Professor Bədirxan Əhmədli “Gəncə üsyanı ədəbi-bədii düşüncədə” adlı məqaləsində yazır: “Romantik şair Məhəmməd Hadinin ölümünü Gəncə üsyanı ilə bağlayanlar da var. Son vaxtlarda M.Hadinin də Gəncə üsyanında iştirak etməsi ilə bağlı ehtimallar çoxalmışdır. Məlumdur ki, XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi Məhəmməd Hadinin ölümü ilə bağlı müxtəlif versiyalar vardır. Hətta XX əsrin 70-ci illərinə qədər şairin nə vaxt, harada, hansı şəraitdə vəfat etməsi barədə informasiya yox idi. O zaman görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədov bununla bağlı araşdırma aparmış, onun qəbrini dəqiqləşdirmişdi. Bu dəqiqləşdirmə nəticəsində məlum olmuşdu ki, şair 1920-ci ilin mayında vəfat etmişdir. Əlbəttə, dəqiq tarix yoxdur. Lakin bu fakt şairin Gəncə üsyanında iştirakının heç də istisna etmirdi".
Göründüyü kimi, mənbələr ziddiyyətli məlumatlar verir. Hətta Hadinin 1920-ci ilin may ayında Gəncədə soyuq dəymədən vəfat etdiyini və orada da dəfn olunuğunu qeyd edənlər var. Bəzi ehtimallara görə, Məhəmməd Hadi 1920- ci ildə Gəncə üsyanı zamanı əhalinin qarşısına çıxaraq “Qırın bu kafirləri, onlar bizim dövlətimizi əlimizdə aldı”,- deyərək çağrış edib. Bundan sonra onu üsyan zamanı ələ keçirən bolşeviklər sorğusuz-sualsız güllələyiblər. Amma bütün hallarda nakam taleli bu, insanın ömür karvanı, ölümü kədərlidir. Dünyada çox ağır taleli böyük istedad sahibləri olub. Belə intellekt sahibləri hər zaman öz potensiallarını doğru istiqamətə yönəldə bilmirlər. Yarıda qırılan ömür, dövrün ədalətsizliyi və yaxud həmin insanın özünün səhvləri və s. səbəblərdən belə hallar baş verib.
Əkrəm Bəydəmirli
Baxış sayı: 410
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Dünən, 19:30
Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub
Dünən, 18:00
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib
Dünən, 16:30
Sovet repressiyasının əhatə dairəsi
Dünən, 14:00
Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib
Dünən, 13:30
Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır
Dünən, 12:00
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib
Dünən, 10:30
Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq
Dünən, 09:30
ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək
Dünən, 09:30
Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib
Dünən, 09:30
Mənim içimdəki oxunmamış kitab
2-11-2026, 18:30
Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
2-11-2026, 18:00
Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
2-11-2026, 17:30
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
2-11-2026, 16:30
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
2-11-2026, 16:30
İKTA regionlar üzrə internet sürətini açıqlayıb
2-11-2026, 11:00
Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir
2-11-2026, 10:30
Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək
2-11-2026, 09:30
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri
2-11-2026, 09:00
Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir
2-11-2026, 08:30
Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb
1-11-2026, 15:30
“Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub
1-11-2026, 13:30
“Mənim Abşeronum: Üstə gəl” sərgisi
31-10-2026, 12:30
Qubadlıda ilk su elektrik stansiyası tikilir
31-10-2026, 12:00
Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır
31-10-2026, 12:00
Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
30-10-2026, 21:00
Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
30-10-2026, 20:00
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
30-10-2026, 19:30
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
30-10-2026, 17:30
Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir
30-10-2026, 12:00
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
