Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin inkişaf dinamikasına uyğun olaraq istər milli media subyektlərimiz, istərsə də aidiyyəti qurumlar xalqlarımızın mənəvi dəyərlərinin təbliği, dövlət maraqlarımızın müdafiəsi, o cümlədən informasiya mühitimizi dezinformasiyalardan qorumaq məqsədilə medianın etik prinsipləri əsasında daha peşəkar fəaliyyət göstərmək üçün əzmlə çalışır.
Bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masada deyib.
Azərbaycan və Türkiyə arasında media sahəsində qurulan strateji əməkdaşlığın yalnız iki ölkənin informasiya məkanını zənginləşdirməklə kifayətlənmədiyinə diqqət çəkən Ə.İsmayılov qeyd edib ki, eyni zamanda, bu əməkdaşlıq regionda və dünyada səsləndirilən həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına da əvəzolunmaz töhfələr verib: “Beş il ərzində hər iki ölkənin media subyektləri bir sıra birgə layihələr həyata keçirib, peşəkar kadrların hazırlanması üçün təlimlər təşkil edilib və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilib.
Anlaşma Memorandumunun 5 illik yubileyini qeyd edərkən, əminəm ki, əməkdaşlığımız gələcək illərdə yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcək. İki ölkənin media sahəsinə məsul qurumları arasında bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdə əməkdaşlıq imkanları daha da artırılacaq”.
Baxış sayı: 180
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
