ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsində 2025-ci ilin 26 fevral tarixi Xocalının Anım Günü elan edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildiriblər ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava və Komissarlar Şurasının sədri Entoni Rodriges Bəyannamə imzalayıblar.
Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 600-dən çox günahsız insanın, mülki şəxsin amansızlıqla qətlə yetirildiyi qeyd olunub. Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un (HRW) Xocalı soyqırımını regionda baş verən ən dəhşətli qətliam adlandırdığı vurğulanıb. Dairə sakinləri Xocalı soyqırımının 33-cü ildönümünü - anım gününü xüsusi ehtiramla qeyd etməyə dəvət olunub.
Sənəd Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə imzalanıb və Assosiasiyanın rəhbəri Töhfə Eminovaya təqdim edilib.
2006-cı ildə Mayamidə yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) ölkəmizin tarixinin, mədəniyyətinin və həqiqətlərinin ABŞ-da təbliği, Amerika və Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü belə işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.
Baxış sayı: 130
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
